23 Avqust 2025 / 19:50

Türkiyə Ukraynaya qoşun göndərəcək?

“Türkiyə müharibə başa çatandan sonra Qara dənizin minalardan təmizlənməsi əməliyyatlarına qoşulmağa hazırdır”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində deyib. Səfir bildirib ki, Ankara təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun yeritməyi də nəzərdən keçirir. Sitat: “Dünən müdafiə naziri Yaşar Gülər ilə görüşdüm, çox səmimi və məhsuldar söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsi əməliyyatına qoşulmağa hazırdır. Türkiyə tərəfi dənizlə yanaşı, humanitar mülki torpaqların minalardan təmizlənməsində iştirak təkliflərini də nəzərdən keçirir. Cəlal həmçinin xatırladıb ki, Türkiyə təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə potensial olaraq hazır olan 10 ölkədən biridir. Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!