Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Çinlə ittifaq yaratmaq ideyasını şərh edərək, hələlik bu təşəbbüsün təfərrüatları ilə tanış olmadığını, lakin “hər şeyin yaxşı olmasını” arzuladığını qeyd edib.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının təklif etdiyi Türkiyə, Rusiya və Çin arasında ittifaq yaratmaq ideyasını Türkiyə prezidenti şərh edib.
Xarici mətbuata istinadən, Ərdoğan məsələni tam izləmədiyini, ancaq “yaxşısı olsun” deyərək, təşəbbüsün təfərrüatları ilə tanış olmadığını vurğulayıb.
Bundan əvvəl Baxçalı ABŞ və İsrailin təmsil etdiyi “şər koalisiyasına” qarşı çıxmaq üçün Ankara, Moskva və Pekin arasında strateji ittifaq təklif etmişdi. O, İsraili Qəzza zolağında 700 gündən artıqdır davam edən soyqırımda ittiham edib və İsrailin hərəkətlərinin Türkiyənin təhlükəsizliyi və regionun sabitliyinə təhdid yaratdığını qeyd edib.
TASS xəbər verir ki, Nyu-Yorkda jurnalistlərlə görüşü zamanı Ərdoğan Yaxın Şərqin əhəmiyyətini də vurğulayaraq, regionun ABŞ prezidenti Donald Trampla görüşünün əsas mövzusu olacağını qeyd edib. İclas sentyabrın 25-nə təyin edilib.
Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı Özay Şendir hesab edir ki, Ərdoğanla Tramp arasında Suriyadakı vəziyyət və İsrailin Yaxın Şərqdəki siyasəti əsas müzakirə mövzusu olacaq. Ankaraya F-35 qırıcılarının tədarükü məsələsi danışıqların uğuru üçün həlledici hesab edilmir, əsas diqqət Suriyanın ərazi bütövlüyünün qorunması və İsrailin ekspansiyasına qarşı mübarizədə qalır.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili dünya düzəninə təhlükə adlandırmışdı.
Kütləvi informasiya vasitələri Ankaraya dost olmayan qüvvələrin onu İsraillə hərbi toqquşmaya təhrik etməyə cəhd etdiyini yazıb.
Donald Tramp sentyabrın 25-də Ağ Evdə Ərdoğanla görüşəcəyini açıqlayıb.
E.ŞİRİNOV