15 Oktyabr 2025 / 19:31

Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Günel Aslanlının məruzəsindən Özbəkistan mətbuatı yazıb

 AMEA A.A.Bakıxanov adına Tarix Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı ÖzbəkistanRespublikasının Daşkənd şəhərində keçirilənTürk Dünyasında ModernləşməBeynəlxalq Simpoziumunda iştirak etmişdir. Bu barədə “Təzadlar”a Günel Aslanlı özü məlumat vermişdir. 

 Qeyd edək ki, bu mötəbər tədbirdə türk dünyasının müxtəlif ölkələrindən gəlmiş alim tədqiqatçılar XIX–XX əsrlərdə baş vermiş modernləşmə prosesləri, milli oyanış mədəni yeniləşmə hərəkatları ilə bağlı elmi məruzələr təqdim etmişlər. Simpoziumda Azerbaycan Toplumunda Kadın Kurtuluş Fikirlerinin Tarihsel Gelişimi (Ceditçilikden Modern Çağa)adlı məruzə ilə çıxış edən Günel Aslanlı Azərbaycan tarixində modernləşmə ideyalarının formalaşması, Cədidçilik hərəkatının ictimai mədəni təsirləri, həmçinin Heydər Əliyevin müasir dövrdə milli inkişaf strategiyasına verdiyi töhfələr mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzı böyük maraqla qarşılanmışdır.  AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlının belə bir mötəbər Beynəlxalq elmi müzakirələrdə iştirakı simpozium iştirakçıları tərəfindən Azərbaycan elminin regional əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə türk dünyasında ortaq dəyərlərin təbliğinə mühüm töhfə kimi dəyərləndirilmişdir. Bu barədə “Özbəkistan həqiqətləri” portalında da ayrıca qeydlər verilmişdir. 

Elçin Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!