Türkiyəli aktrisa Bergüzar Korel “A.B.İ.” serialının ikinci mövsümündə rol alacaq.
Türkiyə mediasının məlumatına görə, serialın çəkilişlərinə avqustun 22-də başlanması planlaşdırılır.
Yeni mövsümdə hadisələrin daha çox aksiyon və intiqam üzərində qurulacaq.
Beləliklə, aktrisa illər sonra Kenan İmirzalıoğlu ilə yenidən eyni layihədə rol alacaq. Onlar daha əvvəl “Karadayı” serialında tərəf müqabili olublar.







