ÖTƏN SUTKA ƏRZİNDƏ 87 YANĞINA ÇIXIŞ OLUB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

LAMİYƏ VƏLİYEVA SABAH FİNAL YARIŞINDA

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) növbəti sınağını ortaya qoyacaq…

BU SAXTA XƏBƏRİ RƏDD EDİN- SON DƏQİQƏ

Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.

BU DEPUTATLAR İRSƏN BU TANINMIŞ NƏSİLDƏNDİR

Beləliklə, MSK-nın ilkin məlumatına görə, Azərbaycan parlamentinin yeni tərkibinə əvvəlki deputatların və dövlət məmurlarının övladları və qohumları olan bir qrup şəxs daxil olub:

AZƏRBAYCAN AMERİKAYA İXRACI ARTIRIB

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 2,4 dəfədən çox artaraq 717,7 milyon dolları üstələyib.

ASİF MƏRZİLİNİN MSK-YA QARŞI İDDİASI ÜZRƏ HAKİM TƏYİN EDİLDİ

Xəbər verdiyimiz kimi, Avropa Mətbuat Federasiyasının üzvü və Türkiyənin dörd saytının köşə yazarı, jurnalist Asif Mərzili 119 saylı Ağdam Seçki Dairəsində baş vermiş qanunsizluqlarla bağlı qanuni tədbir görməməsinə (həm də hərəkətsizlik) görə Mərkəzi Seçki Komissiyasına qarşı iddia qaldırıb…

ZELENSKİ ALMANİYADAN SİLAH İSTƏYƏCƏK

Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 6-da “Ramştayn” qrupunun iclasında iştirak etmək üçün Almaniyaya gələcək və müttəfiqlərdən Kiyevə daha çox silah vermələrini xahiş edəcək.

KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

DÖVLƏT XİDMƏTİ İLƏ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında “Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova imzalayıblar.

ŞAMAXIDA İKİ NƏFƏR BIÇAQLANIB

Sentyabrın 4-də saat 23:00 radələrində Şamaxı şəhərində 1966-cı il təvəllüdlü Laçın Məmmədov və 1975-ci il təvəllüdlü Əlisafa Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.

BAEA RƏHBƏRİ ZAPOROJYE AES-Ə GƏLİB

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti təşkilatın direktoru Rafael Qrossi ilə birlikdə Zaporojye AES-ə gəlib. Bu, BAEA rəhbərinin əraziyə üçüncü səfəridir.

MƏHKƏMƏ ONUN LEBEDEV VƏ DUDUYA QARŞI İDDİASINI QƏBUL EDİB

Moskvanın Lefortovo Məhkəməsi Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın bloqqerlər Yuri Dudu (Rusiya Federasiyasında xarici agent kimi tanınan) və Artemi Lebedevə qarşı şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı iddiasını qəbul edib.

FHN: ÖTƏN GÜN 54 HALDA YANĞINA ÇIXIŞ OLUB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

ASİF MƏRZİLİ MƏZAHİR PƏNAHOVU MƏHKƏMƏYƏ VERDİ

Asif Mərzili: “119 saylı Ağdam Seçki Dairəsində baş vermiş qanunsizluq barədə Məzahir Pənahova yazılı, eləcə də MSK-nın 115 qaynar xəttinə dəfələrlə şikayət etsəm də, tədbir görülmədiyindən məhkəməyə üz tutmalı oldum…”

MƏHKƏMƏ ONUN HƏBS MÜDDƏTİNİ UZATDI

Moskvada məhkəmə Fransa vətəndaşı Loran Vinatyenin (Rusiya Federasiyasında xarici agent kimi tanınan) həbs müddətini fevralın 21-dək uzadıb. Müddətin uzadılması ilə bağlı qərarı Zamoskvoretski məhkəməsinin hakimi verib, – Tezadlar.az TASS-a istinadən xəbər verir.

QROSSİ UKRAYNANIN ENERGETİKA NAZİRİ İLƏ GÖRÜŞÜB

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) səfər etməzdən əvvəl Ukraynanın energetika naziri German Qaluşenko və bu ölkənin Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin rəhbəri Oleq Korikov ilə görüşüb.

BALAKƏN SAKİNİNDƏN TAPANÇA GÖTÜRÜLÜB

Qanunsuz olaraq odlu silah-sursat saxlayan, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

GƏDƏBƏYDƏ MAYE QAZDOLDURMA MƏNTƏQƏSİNİN İSTİSMARI DAYANDIRILIB

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Düzyurd kəndində fəaliyyət göstərən, fərdi sahibkar Elnur Vahid oğlu İsgəndərova məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

AZƏRBAYCANDAN BELARUSA İXRAC ARTIB

 Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Belarusla ticarət dövriyyəsinin ümumi həcmi 28,8 faiz artaraq 248,2 milyon ABŞ dollarını üstələyib.

SABİRABADDA ÇƏTƏNƏ KOLLARI MƏHV EDİLİB

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Qaralı kəndi ərazisində yabanı halda bitən 947 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

“TULLANTILARI HƏDİYYƏLƏRƏ DƏYİŞ” FESTİVALI NÖVBƏTİ DƏFƏ KEÇİRİLİB

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “Təmiz Şəhər” ASC-nin, “AzEkol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Yasamal rayonu 2-ci Alatava meşə-parkı ərazisində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

ÖTƏN SUTKA ƏRZİNDƏ 50 YANĞINA ÇIXIŞ OLUB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

İKİSİ AZYAŞLI OLMAQLA, 7 NƏFƏR XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində 2, Nəsimi rayonu ərazisində 1, Yasamal rayonu ərazisində 1 nəfərin liftdə və Yasamal rayonu ərazisində 2, Suraxanı rayonu ərazisində isə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

BALIQ OVU DAYANDIRILDI

Balıqların kürütökmə dövrü ilə əlaqədar bu gündən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.

NARKOTİK VASİTƏLƏRİN ÖLKƏ ƏRAZİSİNƏ KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 68 qram olan narkotik vasitə – marixuananın və 1488 ədəd metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

ÖTƏN SUTKA ƏRZİNDƏ 52 YANĞINA ÇIXIŞ OLUB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

AZƏRBAYCAN VƏ SERBİYA NÜMAYƏNDƏLƏRİ ARASINDA HƏRBİ TƏBABƏT ÜZRƏ EKSPERT GÖRÜŞÜ KEÇİRİLİB

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov ölkəmizdə səfərdə olan Serbiya Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Radivoje Andelkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XOCALIDA İŞÇİLƏRİN ƏMƏK HÜQUQLARINI POZANLAR CƏRİMƏLƏNDİ

Xocalı rayon ərazisində fəaliyyət göstərən “Azadoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında rayon prokurorluğunda araşdırılma aparılıb.

QUBADA 8 NƏFƏR SAXLANILIB

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Sahib Bağırov saxlanılıb.

“KROKUS” TERROR AKTI İŞİ ÜZRƏ DAĞISTANDA 5 NƏFƏR SAXLANILIB

Moskvanın Basmannı Məhkəməsi tərəfindən həbs müddəti uzadılan “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı 5 təqsirləndirilən şəxs Dağıstanda saxlanılıb. Onlar terror aktını törədənləri silahla təmin etməkdə ittiham olunurlar.

NARKOKURYERDƏN 3 KİLOQRAM HEROİN AŞKARLANIB

Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Elçin Əlizadə saxlanılıb.

SUMQAYITDA MÜƏSSİSƏ RƏHBƏRİ CƏRİMƏLƏNDİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Rustavi küçəsi, 20-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Manafov Zaur Tofiq oğluna məxsus müxtəlif növ ədviyyatların qablaşdırılması müəssisəsində planlı yoxlama keçiriblər.

BAKIDA RESTORANDA NÖQSANLAR AŞKARLANIB

Paytaxtın Xətai rayonu, Ə.Şıxlinski küçəsində fəaliyyət göstərən, fiziki şəxs Bağırov Ruhiddin Nadir oğluna məxsus “Şahbuz” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları plandankənar yoxlama keçiriblər.