Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

“”İ.S.B TERMİNAL” MMC QANUNSUZ TƏLƏB ETDİYİ 100 MANATA GÖRƏ AVTOMOBİLİMİ GİROV SAXLADI”

“Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovun 04.12.2023 tarixli 3-33-3300/2-B-000036/1-10/2023 nömrəli və Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlunun 06.12.2023 tarixli 3-33-5600/2-000976/2023 nömrəli cavablarından görünür ki, məndən əlavə 100 manat alan qurum özünü gömrük orqanına məxsus olduğunu göstərsə də, əslində adi dayanacaq xidməti […]

SƏTTAR MEHBALIYEV AZƏRBAYCANIN REGİONAL DÖVLƏT OLMASINDAN DANIŞIB

Səttar Möhbalıyev: “Azərbaycan istənilən regional və beynəlxalq tədbirin əsas iştirakçı dövlətidir” “Böyük Britaniyada “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə Toplantısı baş tutdu. Dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı bu əlamətdar tədbirə dövlətimizin başçısı cənab İlham Əliyev də dəvət alıb. Təbii ki, bu, beynəlxalq miqyasında Azərbaycanın yüksələn mövqeyini və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olması […]

HƏRBİ POLİS İDARƏSİNDƏ SEMİNAR KEÇİRİLİB

Cari ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində Azərbaycan Ordusunun birlik və birləşmələrinin əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəislərinin baş köməkçiləri ilə qoşun xidmətinin təşkili üzrə seminar keçirilib.

MAHMUD ABBAS RUSİYAYA SƏFƏR EDƏCƏK

Fələstin lideri Mahmud Abbasın Moskvaya səfəri avqustun 12-14-nə planlaşdırılıb. Bu tarixlərdə o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

ÜMUMRESPUBLİKA TƏMİZLİK MARAFONU DAVAM EDİR

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) və bir sıra tabeli tibb müəssisələrinin əməkdaşlarının, yerli icra və bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib.

MƏHKƏMƏ SAHİBSİZ HEYVANLARIN EVTANAZIYASINI QADAĞAN EDİB

Maqadanda regional məhkəmə müvəqqəti saxlama təcridxanalarında saxlanılan təhlükəli olmayan sahibsiz heyvanların evtanaziyasını qadağan edib. Tədbir ən azı vilayət prokurorluğunun heyvanların öldürülməsinə icazə verilməsinə etiraz edən iddiasına baxılarkən qüvvədə olacaq.

ERKƏN UŞAQLIQ DÖVRÜNDƏ UŞAĞA QAYĞIDA GENDER ASPEKTİNİN TƏBLİĞİ İSTİQAMƏTİNDƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

17 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində növbəti görüş keçirilib.

NÖVBƏTİ “TULLANTILARI EKOÇANTAYA DƏYİŞ” AKSİYASI KEÇİRİLƏCƏK

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 19 iyul tarixində “Araz” supermarketlər şəbəkəsinin Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 filialında təşkil olunacaq.

14 İYUL 1969-CU İL: MÜSTƏQİL VƏ QÜDRƏTLİ AZƏRBAYCAN DÖVLƏTİNİN TƏMƏLİNİN QOYULDUĞU TƏQVİM

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Ona görə də Ümummilli Liderin xalqa xidmətdə keçmiş parlaq və mənalı […]

KİTABXANALAR BELƏ ZƏNGİNLƏŞİR

  Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında əl işlərinin növbəti sərgisinin açılışı oldu.

ZƏLZƏLƏ İLƏ BAĞLI MƏLUMAT VAR

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, iyulun 17-də yerli vaxtla saat 06:09 dəqiqədə Zaqatala seysmik stansiyasından 61 kilometr cənub-qərbdə, Gürcüstan ərazisində 5 kilometr dərinlikdə 4.8 maqnitudalı zəlzələ qeydə alınıb.

BU DA TPAMPIN RUSİYA SİYASƏTİ…

Nəhayət, ABŞ-nin 35-ci prezidenti və bu ilin noyabrında keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Ağ Evə qayıdandan sonra Rusiya ilə bağlı siyasətini açıqladı…

MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN TƏMƏLİNİN QOYULDUĞU GÜN – 14 İYUL 1969-CU İL

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ona görə də Ümummilli Liderimizin […]

SU POLİSİNDƏN XƏZƏRDƏ BROKONYER ƏMƏLİYYATI

Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan İlham Heydərov saxlanılıb.

ƏLƏ KEÇMƏMƏK ÜÇÜN METAMFETAMİNİ MAYE HALINDA GƏTİRİBLƏR, AMMA…

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, tranzit yükdaşıma fəaliyyəti ilə məşğul olan Sahil Cabbarov və əvvəllər məhkum olunmuş Səfadar Ağazadə tutulublar.

PARTLAYICI MADDƏ SATARKƏN CİNAYƏT BAŞINDA YAXALANDI

Oryol vilayətinin Zaleqoşenski rayonunun sakini partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz satışı, eləcə də eyni əməlləri törətməyə cəhdlə bağlı iki cinayət işində şübhəli bilinib.

FHN-İN BEYNƏLXALQ AXTARIŞ-XİLASETMƏ DƏSTƏSİ DAHA BİR TAKTİKİ-XÜSUSİ TƏLİM KEÇİRİB

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə və beynəlxalq humanitar əməliyyatlara hazırlıq məqsədilə 10-12 iyul 2024-cü il tarixlərində Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə növbəti dəfə 36 saat ərzində fasiləsiz olaraq davam edən taktiki-xüsusi təlim keçirilib.

MÜDAFİƏ NAZİRİ QAZAXISTANA SƏFƏR EDİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antiterror tədbirləri ilə bağlı ola bilər, lakin ümumilikdə ölkədə messencerin “yavaşlaması” müşahidə olunmur. Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, bəzi bölgələrdə, o cümlədən Dağıstanda messencerin fəaliyyətinin ləngiməsi ilə bağlı məlumatları şərh edərkən, “Mənim bu barədə məlumatım yoxdur” deyib. Eyni şəkildə o, Rusiya […]

NATO GÜRCÜSTANA ÇAĞIRIŞ EDİB Kİ…

NATO Gürcüstan hökumətini demokratik təsisatları gücləndirmək və Gürcüstan xalqının Avro-Atlantik inteqrasiyaya doğru istəklərini inkişaf etdirmək üçün islahatları sürətləndirməyə çağırıb.

16 İYULUN ULDUZ FALI

Ulduzlar bütün bürclərə sağlamlıq üçün vaxt ayırmağı və diqqətini ən vacib məsələlərə yönəltməyi tövsiyə edir

NARKOTİKLƏ ƏLAQƏDAR SAXLANILDILAR

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 27 yaşlı Anar Kaltayev saxlanılıb.

DİN VƏ DSX BİRGƏ ƏMƏLİYYAT KEÇİRİB

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Aİ İRANA QARŞI SANKSİYALARI BİR İL MÜDDƏTİNƏ UZADIB

Aİ Şurasının bəyanatında deyilir ki, Avropa İttifaqı Rusiyanı dəstəklədiyi üçün İrana qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb. Brüssel də hesab edir ki, Tehran Yaxın Şərqdə sabitliyi pozmağa təhrik edir.

DÜNYADAKI EPİZOOTİK VƏZİYYƏTƏ UYĞUN OLARAQ MÜVAFİQ TƏDBİRLƏR GÖRÜLÜR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AĞCABƏDİDƏ İSTEHLAKA YARARSIZ ƏTİN DÖVRİYYƏSİNİN QARŞISI ALINIB

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və digər aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyata keçirdiyi birgə tədbirlər zamanı istehlaka yararsız, mənşəyi məlum olmayan ətin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

O, DAŞKƏSƏNƏ BAŞÇI TƏYİN EDİLDİ – SƏRƏNCAM

O.İ.Abbasovun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 iyul 2024-cü il

DƏNİZ SAHİLLƏRİ, ÇAY VADİLƏRİ VƏ YAŞILLIQ ƏRAZİLƏRDƏ TƏMİZLİK AKSİYALARI KEÇİRİLİB

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Astara rayonu sahilində, Siyəzən rayonu Zarat kəndində, Yevlax şəhəri Ceyhun Mustafayev küçəsində, Tərtər-Ağdərə avtomobil yolunun ətraf ərazilərində, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində, Bolqarçayın Biləsuvar rayonu ərazisindən keçən hissəsində iməciliklər keçirilib.

LERİKDƏ “EL ÜÇÜN” KAFESİNDƏ İSTEHLAKA YARARSIZ MƏHSULLAR AŞKARLANIB

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik şəhəri, C.Şahıyev küçəsində fiziki şəxs Mirzəyev Elçin Hüseynbala oğluna məxsus “El Üçün” kafesində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

FH VƏ DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ ƏHALİYƏ MÜRACİƏT ETDİ

Yay mövsümü insanların təbiət qoynunda istirahətə marağının artması ilə yanaşı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi ilə müşayiət olunur. Havanın yüksək temperaturu, xüsusilə bəzi vaxtlarda güclü küləklərin müşahidə olunması, eləcə də əkin sahələrində texniki cəhətdən tam saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikalarının istismarı yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır.

ÖTƏN SUTKA ƏRZİNDƏ 80 YANĞINA ÇIXIŞ OLUB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

NATİQ QASIMOVUN ANASI İLƏ MÜSAHİBƏ- “TƏZADLAR”DA

…32 ildən sonra, Ali Baş Komandan prezident İlham Əliyev tərəfindən öz halal haqqını alan Milli Qəhrəman Natıq Qasımovun Gəncədəki evində, 82 yaşlı anası Dursun ana, bacıları Kəmalə xanım, u Nahidə xanım və Kəmalə xanımın oğlu, 44 günlük II Qarabağ müharbəsinin iştirakçısı, iki oğul atası Elşadla görüşmək olduqca qürurvericidir… Əməkdaşımız Elçin Məmmədli Gəncədə bu ailəni ziyarət […]

KÜRDƏ BATDIĞI EHTİMAL OLUNAN İKİ NƏFƏRİN AXTARIŞLARI DAVAM EDİR

İyunun 2-də Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində avtomobildə çaya düşərək batdıqları ehtimal olunan digər iki nəfərin – 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.

DİN VƏ DSX BİRGƏ ƏMƏLİYYAT KEÇİRDİ

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində alınıb.

İRANIN YENİ PREZİDENTİ RUSİYAYA MÜNASİBƏTİNİ AÇIQLAYIB

Rusiyanın İranın dəyərli strateji müttəfiqi olduğunu ölkənin yeni prezidenti Məsud Pezeşkian prezident seçildikdən sonra dünyaya müraciətində bildirib. O, Moskva ilə Tehran arasında əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

FERMADA ÇƏTƏNƏ KOLLARI YETİŞDİRƏNLƏR SAXLANILDI

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Fəzail Məcidov, qardaşı Fədayıl, İnqilab İsmiyev və Elşad Heydərli saxlanılıblar.

DYP SÜRÜCÜLƏRƏ MÜRACİƏT ETDİ

Sabah səhər saat 06:00-dan iyulun 14-ü saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində və Mikayıl Müşfiq küçəsində (M.Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, M.Müşfiq dairəsi də daxil olmaqla Parlament prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

YAPONİYA BUNA GÖRƏ RUSİYAYA ETİRAZ EDİB

Yaponiya Xarici İşlər Nazirliyi Rusiya baş nazirinin müavini Yuri Trutnevin Kuril arxipelaqına daxil olan İturup adasına səfərinə etirazını bildirib. Yaponiya bu ərazini özününkü hesab edir.

ANTALYADA AZƏRBAYCANLI MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT XADİMLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin Antalya bölgəsində mədəniyyət və incəsənət sahəsi üzrə fəaliyyət göstərən həmvətənlərimizlə görüşüb. Toplantıda gələcəkdə milli mədəniyyətimizin və Azərbaycan-Türkiyə qardaşlığının birgə təbliğinə dair müzakirələr aparılıb.

ASİF MƏRZİLİ MEDİA-NIN “FƏRDİ JURNALİST MÜSABİQƏSİ”NİN QALİBİ OLDU

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən iyunun 10-da elan olunmuş “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb. Tezadlar.az xəbər verir ki, “Ən yaxşı reportaj”, “Ən yaxşı ictimai-siyasi təhlil”, “Ən yaxşı sosial-iqtisadi təhlil”, “Ən yaxşı müsahibə”, “Ən yaxşı mədəniyyət materialı”, “Ən yaxşı köşə yazısı”, “Ən yaxşı jurnalist araşdırması”, “Ən yaxşı oçerk” və “Ən yaxşı reportaj” mövzuları üzrə qaliblər […]

PAYTAXTIN BU PROSPEKTİNDƏ HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ

İyulun 13-ü saat 06:00-dan iyulun 14-ü saat 22:00-dək Bakı şəhərinin Yasamal rayonunun Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.