Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

BAKIDA YAŞAMA HÜQUQU OLMAYAN 34 ƏCNƏBİ SAXLANILIB

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı tədbirlər davam etdirilir.

70 KİLOQRAM NARKOTİK VASİTƏ DÖVRİYYƏDƏN ÇIXARILIB

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının keçirdikləri sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü – əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.

BƏRPA OLUNAN ENERJİ İLƏ BAĞLI KOMİSSİYANIN İCLASI KEÇİRİLİB

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

DAHA BİR QANUNSUZ TİKİLİ SÖKÜLÜB

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

QULDURLUQ ETMƏYƏ HAZIRLAŞAN İKİ NƏFƏR SAXLANILIB

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saat 3 radələrində rayonun Beştalı kəndi ərazisində əvvəllər məhkum olunmuş Orxan Ələkbərov və tanışı, Atakişi Məmmədov saxlanılıblarx Onların idarə etdiyi “Chevrolet” markalı avtomobildən eynək, iki ədəd dəyənək, iki cüt əlcək və iki ədəd papaq aşkarlanıb.

NARKOTİKLƏ BAĞLI TUTULANLAR VAR

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 45 yaşlı Nadir Ağayev saxlanılıb.

ÖTƏN SUTKA ƏRZİNDƏ 68 YANĞINA ÇIXIŞ OLUB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

AZƏRBAYCANDA FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 10:00-a olan məlumatına görə, öncədən xəbər verildiyi kimi gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

AZƏRBAYCAN VƏ QAMBİYA ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

İyulun 24-də UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində idman nazirlərinin “Change the Games” beynəlxalq forumu keçirilib. Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində baş tutan Forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.

MƏDƏNİYYƏT VƏ YARADICI SƏNAYELƏR ÜZRƏ XÜSUSİ TƏQAÜD PROQRAMI HƏYATA KEÇİRİLƏCƏK

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında “Mədəniyyət və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə yer alan məsələlərdən biri MYS sahəsində kadr potensialının inkişaf etdirilməsidir.

GÖMRÜK STATİSTİKASI: XARİCİ TİCARƏT DÖVRİYYƏSİ-BÜDCƏ DAXİLOLMALARI

2024-cü ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 21 768,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8 867,2 milyon ABŞ dollarını (* 747,8 milyon ABŞ dolları qeyri-monetar qızıl) və ya 40,7 faizini isə ölkəyə idxal olunmuş malların, 12 901,0 milyon ABŞ dollarını və ya 59,3 faizini ölkədən ixrac olunmuş malların dəyəri təşkil etmiş, nəticədə 4 […]

MİLYARDERƏ QARŞI SUİ-QƏSDİ HAZIRLAYAN MƏLUM OLDU

Maraqlıdır, Dövlət Təhlükəsizlik Xidməti hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sui-qəsd də daxil olmaqla bir sıra cinayət əməllərinə hazırlıqlarla bağlı faktlar əsasında araşdırmalara başlayıb.

UKRAYNAYA MƏLUMAT ÖTÜRƏN YAXALANDI

FTX əməkdaşları Rostov-na-Donuda Rusiya Silahlı Qüvvələri haqqında məlumatları Ukrayna tərəfinə ötürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏ AŞKAR EDİLDİ

Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikası istiqamətindən ölkəmizə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti həyata keçirilib.

89 YAŞLI ATASINI ÖLDÜRƏNƏ HANSI CƏZA VERİLMƏLİDİR?

Bakıda bu ilin aprelin 14-də 1935-ci il təvəllüdlü İsmayıl Rəhimovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

RUSLAR XARKOVU YENİDƏN BOMBALADI…

Xarkov şəhərinin meri İqor Terexov və Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov rusların hücumları nəticəsində Xarkovda partlayışlar baş verdiyini,  ölənlərin də olduğunu bildiriblər…

AVTOBUSUN AŞMASI NƏTİCƏSİNDƏ 9 NƏFƏR XƏSARƏT ALIB

İlkin məlumatlara görə, Krasnodar diyarının Severski rayonunda Rostov-na-Donu-Gelendjik marşrutu ilə hərəkət edən avtobusun aşması nəticəsində 9 nəfər xəsarət alıb, lakin onların həyatı üçün təhlükə yoxdur.

MÜXTƏLİF QURUMLARIN SERVERLƏRİNƏ KİBERHÜCUMLAR EDƏN ŞƏXS SAXLANILIB

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-texniki tədbirlər nəticəsində özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edən Rəcəbov Şahin Rəcəb oğlu saxlanılıb.

QADINA BALTA İLƏ XƏSARƏT YETİRƏN ŞƏXS BARƏSİNDƏ ARAŞDIRMA APARILIR

İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

ÖTƏN SUTKA ƏRZİNDƏ 84 YANĞINA ÇIXIŞ OLUB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

BANK KARTLARINA KİBER HÜCUMLAR EDƏN ŞƏBƏKƏ ÜZVLƏRİ HƏBS EDİLDİ

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata  keçirdikləri növbəti əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

MİLLİ MƏTBUATIMIZIN İNKİŞAFI YOLU…

Milli mətbuatımızın ana dilində ilk nəşrə başlamasından 149 il ötür. 149 il bundan əvvəl Azərbaycan dilində “Əkinçi” qəzeti işıq üzü görüb. “Əkinçi” qəzetini ərsəyə gətirən, onun həm redaktoru, həm də naşiri olan Həsən bəy Zərdabi böyük bir bünövrə qoyub. Sonrakı 149 ildə Azərbaycan mətbuatı çətinliklərə baxmayaraq, həmin bünövrə üzərində sürətli inkişaf yolu keçib və uğurlar […]

22 İYUL – BU GÜN ONLARIN GÜNÜDÜR

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 149 ili tamam olur. 149 il bundan əvvəl Azərbaycan dilində “Əkinçi” qəzeti işıq üzü görüb. “Əkinçi” qəzetini ərsəyə gətirən, onun həm redaktoru, həm də naşiri olan Həsən bəy Zərdabi böyük bir bünövrə qoyub. Sonrakı 149 ildə Azərbaycan mətbuatı çətinliklərə baxmayaraq, həmin bünövrə üzərində sürətli inkişaf yolu […]

BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİ SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİB

2

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi hallarına rast gəlinir. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi səhlənkar davranış təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub.

BAŞ PROKURORLUQDA KOLLEGİYA İCLASI KEÇİRİLİB

Ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətinin üstünün açılması ilin birinci yarısında prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlar ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri nəticəsində təmin edilib.

JURNALİSTLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Poeziya evində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə bir qrup jurnalistlə görüş keçirilib.

MƏNİ YAZMAQ YAŞADIR

Aprel ayı idi. Avtobusda gedərkən bugünkü işlər barədə düşünürdüm. Çox keçmədi ki, “Azərbaycan” nəşriyyatına çatdım. İkinci mərtəbəyə qalxıb, kompüter otağına tərəf döndüm. Dəhlizdə həmkarlarımla görüşüb, hal-əhval tutarkən, Səadət Sultanı görüb salamlaşdım.

ZƏRDABİ MƏKTƏBİNİN YETKİN YETİRMƏSİ

“Şamaxı” deyiləndə gözlərim önünə daim narahat torpaq, sanki dağların sinəsinə sərilmiş, yaz Günəşinin qurutduğu ağ köynək və işıqlı çöhrələr gəlir. O yer mənim üçün daha çox tariximizi yaşadan qədim şəhər, mədəniyyət, söz beşiyi olmaqdan başqa, gəncliyimin ən qaynar illərini qoyub gəldiyim ünvan, köhnə dostlarımın və yuxularımın qərar tutduğu bir məkandır. O şəhərin əyriköndələn küçələrini qışın […]

ÖTƏN SUTKA ƏRZİNDƏ 40 YANĞINA ÇIXIŞ OLUB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

HİKMƏT HACIYEVDƏN MİLLİ MƏTBUAT GÜNÜ TƏBRİKİ!

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.

186 VAKANT HAKİM ŞTATI VAR

167 namizədin iştirakı ilə elektron qaydada hakimliyə namizədlərin seçimi prosesi həm yerli, həm beynəlxalq müşahidəçilər iştirakı ilə tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında aparılır.

“EKOLOJİ MAARİFLƏNDİRMƏDƏN BAŞLAYAN YAŞIL GƏLƏCƏK” MÖVZUSUNDA TƏLİM PROQRAMI TƏŞKİL EDİLİB

Göygöl şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 19 iyul 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin Göygöl, Daşkəsən, Goranboy, Samux, Xocalı, Kəlbəcər rayonları, Gəncə və Naftalan şəhərləri üzrə regional nümayəndələri və fəalları üçün “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib.

SAĞLAMLIĞIN KEŞİYİNDƏ DAYANMAQ ŞƏRƏFLİDİR

Azərbaycan tibb elminin yaratdığı xarüqələr gündən-günə, aydan-aya, ildən-ilə daha parlaq şəkildə özünü büruzə verir. Həkimlərimizin xoş sorağı yaxın-uzaq tibb ocaqlarında eşidilməkdədir. Gecəsini gündüzünə qatıb xəstəsinin çarpayısından bir an belə ayrılmayan həkimlərimizin barəsində nə qədər xoş sözlər söyləsək azdır. Hər bir insan xəstələnəndə onun ümid dolu gözləri ağ xalatlı həkimlərimizə zillənir. Onlardan dərdlərinə əlac diləyirlər.

DÖVLƏTÇİLİYİN SADİQ KEŞİKÇİLƏRİ

Ölkəmizdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır.

UNİVERSİTET DİREKTORU DƏLƏDUZLUQLA BAĞLI SAXLANILDI

Kimya elmləri doktoru, Biokimyəvi Texnologiyalar və Nanotexnologiyalar İnstitutunun (IBKhTN) RUDN direktoru Yaroslav Stanişevski Moskvada xüsusilə külli miqdarda dələduzluqla bağlı cinayət işi çərçivəsində saxlanılıb.

“”İ.S.B TERMİNAL” MMC QANUNSUZ TƏLƏB ETDİYİ 100 MANATA GÖRƏ AVTOMOBİLİMİ GİROV SAXLADI”

“Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovun 04.12.2023 tarixli 3-33-3300/2-B-000036/1-10/2023 nömrəli və Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlunun 06.12.2023 tarixli 3-33-5600/2-000976/2023 nömrəli cavablarından görünür ki, məndən əlavə 100 manat alan qurum özünü gömrük orqanına məxsus olduğunu göstərsə də, əslində adi dayanacaq xidməti […]