Bəxtiyar Sadıqovun “Azərbaycan”dakı daha bir kobud səhvi – FOTOLAR

Milli Məclisin orqanı olan qəzet MİLLİ MƏCLİSin komitə sədrini də tanımır?! “Azərbaycan” qəzetnin 15 sentyabrda 107 yaşı tamam olur. Qəzet həftənin ilk günü çap edilmədiyindən öz bayramını bir gün əvvəl, yəni 14 sentyabrda qeyd edib. Amma bu bayram nömrəsində özünü ölkənin “ən peşəkar jurnalisti, ən qabiliyyətli baş redaktoru” elan edən Bəxtiyar Sadıqov növbəti dəfə “gül […]

15 sentyabr – Bilik Günüdür

Azərbaycanda 15 sentyabr Bilik Günü kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin cənab prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün Bilik Günü kimi qeyd olunur. Onu da qeyd edək ki, 15 sentyabr […]

Bu, qəsddir: “Ağdamlılar hara baxır axı…”

Bir-iki neqativ fakta görə məcburi köçkünlərin – və hansısa təcavüz faktına görə bir az da konkretləşdirilərək, küll halda ağdamlıların – adını hallandırmaqda məqsəd nədir? Hər şeydən öncə “35 ildir evi zəbt edən” 2-3 məcburi köçkünün qeyri-adekvat cavabından başlayaq: Bu ölkənin 1 milyona yaxın qaçqını və məcburi köçkünü olub. Bir milyon adamın içindən 2, 3, 5, […]

Putinlə Zelenskinin bir-birinə nifrətindən danışan Tramp Rusiyanı işğalçı adlandırdı!

Səbri tükənən ABŞ Prezidenti Donald Tramp, nəhayət, Rusiya-Ukrayna müharibəsində Rusiyanı təcavüzkar kimi tanıdı, bu da onun Moskvaya qarşı mövqeyinin sərtləşdiyini göstərir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. Nəşr bildirir ki, jurnalistlərlə danışan Tramp Ukrayna və Rusiya hərbçilərinin itkilərinə toxunaraq deyib: “Bu həftə hər iki ölkədən 8 000 əsgər həlak […]

Tanınmış politoloq ermənilərin Xankəndi təxribatından danışdı

Ermənilərin Qarabağ həsrəti və təxribatı dayanmaz deyil… Görünür, Dəmir yumruğun gücünü hələ tam dərk etmirlər… Bu mənada, “Xankəndində baş verən hadisə kütləvi informasiya vasitələrinin və ümumilikdə cəmiyyətin diqqət mərkəzində olan bir hadisədir. Xankəndi sakini, erməni əsilli Karen Avanesyanın törətdiyi terror hadisəsi ictimai-siyasi baxımdan araşdırılmalı bir mövzudur. Çünki Azərbaycan-Ermənistan arasında aparılan sülh sazişi ərəfəsində belə bir […]

“Vogue Hotel Nabran”müştərilərinə 15% endirim təklif edir- QİYMƏTLƏRLƏ MARAQLANDIQ

Azərbaycanın tanınmış otellərindən olan “Vogue Hotel Nabran” müştərilərə payızın gözəlliyini hiss etmək üçün ən gözəl fürsəti yaradıb. Belə ki, Hotel yeni payız endirimi  kampaniyasını elan edib. Tezadlar.az    fed-ə istinadən xəbər verir ki, müştərilər üçün xüsusi payız endirimi 15-30 sentyabr tarixlərini əhatə edir. “Vogue Hotel Nabran”da rezervasiya edən müştərilər 15% endirim əldə edərək kampaniyadan yaralana biləcəklər. Endirim qiymətinə […]

Ermənilər Kərgicahanda dinc insanlara belə zülm edib

Sentyabrın 15-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir. Tezadlar.az  xəbər verir ki, elan olunan sənədlərdən biri 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı olub. Elan olunan sənədə əsasən, […]

“Kitabi-Dədə Qorqud” dastanının Avropada ilk nəşrinin 210 illiyinə həsr olunmuş videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcümə edilməsinin və onun Avropada ilk nəşrinin 210 illiyinə həsr olunmuş videoçarx hazırlanıb. Tezadlar.az xatırladır ki, videoçarxda Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanı haqqında sitatları,““Kitabi-Dədə Qorqud”un alman dilində ilk […]

Qarabağdan olan deputatlar niyə köçkünlərin təhqirinə susurlar?

…Köçkünlərin Qarabağa qayıdışı nədənsə bəzi adamların qarın ağrısına, sancısına… çevrilib! Burda məqsəd aydındır: süni gərginlik yaratmaq! Demişəm, yazmışam, yenə də deyirəm: köçkünü geriyə dövlət qaytarmalıdır və qaytaracaq da! Nəslimizdə 50-dən çox köçkün var, hamısı da Mərziliyə qayıtmaq üçün növbədədir! Bütün kənd camaatı da elə. Axı nəsli-kökü oralarda dəfn edilmiş insan necə ora qayıtmaq istəməz?! Başqaları […]

Blogger 6 il 6 ay azadlıqdan məhrum edildi və…

Fransada yaşayan bloqer Məhəmməd Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Tezadlar.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsaəsən, Məhəmməd Mirzəli qiyabi olaraq kütləvi ixtişaşa çağırış)və dövlət əleyhinə açıq çağırışlar ittihamı təqsirli bilinib Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə 2  il 6 ay, Cinayət Məcəlləsinin 281.1-ci maddəsi […]

Tramp Putinin düşməninin ovuna başlayıb

ABŞ prezidenti Donald Tramp milyarder maliyyəçi Corc Soros və onun oğlu Aleksandrı, eləcə də onlarla əlaqəli şirkətləri amerikalı gəncləri radikallaşdırmaqda, ekstremizmi artırmaqda və iğtişaşlar təşkil etməkdə ittiham edib. Xarici KİV-in məlumatına görə, biznesmenin bütün təşkilatlar şəbəkəsi mütəşəkkil cinayətkarlığa və onunla məşğul olan məmurlara qarşı mübarizəyə yönəlmiş RICO Aktı çərçivəsində araşdırılacaq. Beləliklə, Tramp Rusiya prezidenti Vladimir […]

Türkiyə Trampın təhdidləri ilə bağlı gözlənilməz nəticəyə gəlib

ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli məsələsində “səbrinin tükənməsi” ilə bağlı bəyanatı Moskvaya deyil, Vaşinqtonun avropalı müttəfiqlərinə ünvanlanıb. Tezadlar.az xəbər verir ki, bunu “Haber7”nin köşə yazısında türkiyəli politoloq Bartu Eken deyib. Tramp daha əvvəl Rusiya lideri Vladimir Putinlə səbrinin tükəndiyini bildirmişdi. Ekenin fikrincə, Trampın təhdidləri hərbi məzmundan daha çox siyasi və diplomatik məzmun daşıyır. […]

Sabirabadda qəsdən adam öldürən həbs edildi

Sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabirabad rayon prokurorluğundan “Təzadlar”a bildirilib ki, araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı […]

Müğənni mahnılarının baxış sayı üçün yutuba pul xərclədiyini etiraf edib

“Düşünməsinlər ki, ailə qurandan sonra bütün mahnılarımı həyat yoldaşıma və uşaqlarıma həsr edirəm. Mahnı alanda sözlərinə fikir verirəm. Gözəl mahnıdı deyə, alıb oxumayıb. Mahnı paltar kimidir, ifaçıya yaraşmalıdır”.   Tezadlar.az   xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva dicey Kazım Sübhanın 106.3 FM-də qonağı olarkən deyib. Mahnılarından danışan sənətçi onu ailə üzvlərinə həsr etmədiyini […]

Təxribat: milli kimliyimiz hədəfdə… – Radikal Elnur Nəsirli kimdir?

 II Qarabağ müharibəsindən sonra Azərbaycan ərazi suverenliyini bərpa etsə də, milli-ideoloji suverenliyin qorunması məsələsində ciddi boşluqlar qalmaqdadır. Milli dəyərlərimiz, ideoloji sərhədlərimiz işğala məruz qalır, tapdalanır və hər gün müxtəlif cəbhələrdən sarsıdıcı zərbələr alır. Cavab atəşı varmı? Yoxdur! Müdafiə sistemi qurulubmu? Qurulmayıb! Bir müddət sonra bu dəyərlər tamamilə eroziyaya uğrasa, bu zaman coğrafi suverenlik də öz […]

Ölkədə estetik əməliyyat: dodağı şişən, burnu əyilən… xanımların sayı artır!

Xüsusən də Bakının küçələrində yəqinki dodağı şişmiş, çat vermiş, burnu əyilmiş… xanımlara çox rast gəlirsiniz… Dodağını yekəldənlərin bir neçə ildən sonra dodaqlıqdan çıxması, eybəcər hal alması da yetətincədir. Nə olub, bu cür estetik əməliyyatlarla nə etmək istəyirlər??? Cavan xanımların isə belə əməliyyatlara könül verməsi heç başa düşülən deyil… XXX Hazırda sosial şəbəkələrdə də bu tip […]

Qərbi Azərbaycan İcması (TV) nə demək istəyir?-SƏİDƏ BƏKİRQIZINI TƏBRİK EDİRLƏR Kİ…

…Qərbi Azərbaycan İcmasının nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan TV”-nin Feysbuk səhifəsində Səidə Bəkirqızının ünvanına alovlu təbrik yazılıb. Heç şübhəsiz, bu təbrik 54 min izləyicisi olan Qərbi Azərbaycan İcmasının mövqeyini özündə əks etdirir. Niyə məhz indiki situasiyada? S.Bəkirqızının doğum günüdür, sırf buna görəmi?! əslən Qərbi Azərbaycandan olan xeyli sayda jurnalist var, İcma bunların hansını təbrik edir!? […]

AYNA Bakını parklama, velosiped və skuter şəhəri etmək istəyir…

Bakı şəhərində “Avropa Mobillik Həftəsi” çərçivəsində sentybarın 16-22-də davamlı hərəkətliliyə yönələn tədbirlər və “Avtomobilsiz Gün” keçiriləcək. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, tədbirlər çərçivəsində mikromobillik və piyada zolaqlarının təhlükəsizliyi yoxlanılacaq, yeniyetmə və tələbələrə təhlükəsiz skuter sürmə təlimi keçiriləcək, veloyürüş təşkil olunacaq. Bundan başqa, orta və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə sessiyaları keçiriləcək. Uşaqlar üçün avtobusla […]

Türkiyə XİN-dən Bakının erməni-rus və ingilis işğalından azad olunması təbriki!

Türkiyə Xarici İşlər Nazirliyi Bakının işğaldan azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in “X” səhifəsində paylaşım edilib. Sitat: “Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi diləklərimizlə təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmətlə anırıq”. Azadlığımız əbədi […]

İlham Əliyev Xocalının Daşbulaq kəndindəki tut bağında olub

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub. Tezadlar.az  xəbər verir ki, dövlət başçısına görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, burada Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi yaradılıb. Qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə […]

İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olub. Tezadlar.az  xəbər verir ki, dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verildi. Qeyd edək ki, Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb. Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik […]

7-ci sinif tarix dərsliyinin üstü erməni, içi isə Azərbaycan dilindədir!

Gürcüstanda tədris edilən 7- ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilində çap olunub. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə fəlsəfə doktoru, “Maarif” təşkilatının direktoru Aygül İsayeva sosial şəbəkə hesabında məlumat paylaşıb. O qeyd edib ki, sözügedən dəftər Gürcüstanda fəaliyyət göstərən […]

Ukrayna Rusiyanın neft emalı zavodlarını hədəflədi

“Ukraynanın Rusiya neft emalı zavodlarına, onların terminallarına və neft anbarlarına zərbələri bu ölkənin neft sənayesini əhəmiyyətli dərəcədə ziyan vurub və bu, müharibəni əhəmiyyətli dərəcədə məhdudlaşdırır”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla  xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski çıxışında deyib. Sitat: “Hamı bilməlidir ki, bu gün ən təsirli sanksiyalar – ən sürətli hərəkət edən sanksiyalar Rusiyanın […]

32 ildən sonra Kəlbəcər şəhərinə növbəti köç karvanı getdi…

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlət Qaçqınkom- dan Tezadlar.az- a bildirilib ki, Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə – 139 nəfər köçürülüb. “Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə […]

Səidə Bəkirqızı kin və küdurətinin qurbanı oldu…

İnsan cəmiyyət yetişməmiş olanda aqibəti Səidə Bəkirqızı kimi olur… Əvvəlki iş yerindən kənarlaşdırılan xanım sonra SpaceTV- də işə götürülmüşdü ki, bəlkə abrına qısılıb səhvini başa düşə. Amma başa düşmədi, içindəki kini bu dəfə SpaceTV efirindən püskürdü! Amma etiraf edək ki, TV rəhbərliyi də belə bir adamın hansı niyyətlə işə götürülüb efirə buraxılmağının fərqində olmalı idi… […]

NATO ölkələri Rusiyaya təzyiqləri artırmalıdır – Vadeful

Almaniyanın xarici işlər naziri Yohan Vadeful hesab edir ki, NATO ölkələri alyansın şərq cinahını daha da gücləndirməli və Rusiyaya təzyiqləri artırmalıdır. Tezadlar.az xəbər verir ki, o, bu barədə ZDF telekanalının efirində bildirib. “Rusiya bilməlidir ki, biz hər zaman cavab verəcəyik”, o, Polşa və Rumıniyada baş verən PUA insidentlərini şərh edərkən deyib. Onun sözlərinə görə, NATO […]

Roma Papası Kiyev və Moskva arasında vasitəçilikdən danışıb

Papa XIV Leo Vatikanın Ukrayna böhranının həllində vasitəçiliyini qeyri-real adlandırıb. Tezadlar.az xəbər verir ki, o, bu barədə “Crux”-a müsahibəsində bildirib. O qeyd edib ki, o, “sülhü müdafiə edən Müqəddəs Taxt-tacın səsi” ilə vasitəçi rolunu fərqləndirir. “Vatikandan vasitəçi kimi danışarkən, hətta biz bir neçə dəfə Ukrayna və Rusiya arasında danışıqlar üçün Vatikanda və ya kilsəyə məxsus […]

Arizona ştatında Kirkin abidəsini dağıdan həbs edilib

Feniks (Arizona ştatı) polisi bu həftə Yuta ştatında güllələnərək öldürülən sağçı fəal Çarli Kirkin müvəqqəti abidəsini dağıtmağa cəhd edən 19 yaşlı Rayder Korralı həbs edib. Tezadlar.az xəbər verir ki, bu barədə yerli KOLD telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, saxlanılan şəxs Kirkin yaratdığı “Turning Point” təşkilatının qərargahının yaxınlığında yerləşən abidəni dağıtmağa cəhd edib. Korral hadisə […]

15 sentyabr- Bilik və Yeni dərs ilidir!

Azərbaycanın təhsil müəssisələrində bu gün Bilik günü qeyd olunur. Tezadlar.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin 2023-2024-cü tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrə əsasən tədris ili 15 sentyabr 2025-ci il tarixində başlayacaq, 14 iyun 2026-cı il tarixində başa çatacaq. Sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris […]

Türkiyə XİN: İsrailə qarşı müstəsna münasibət ABŞ-ın bölgədəki mövqelərinə xələl gətirir

ABŞ-İsrail münasibətləri müstəsna xarakter daşıyır və bu, Vaşinqtonun Yaxın Şərqdəki mövqelərinə xələl gətirir. Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin “Əl-Cəzirə” və “Qatar TV” telekanallarına müsahibəsində deyib. “Bildiyiniz kimi, bütün Körfəz ölkələrinin, Türkiyənin və prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ABŞ-la xüsusi münasibətləri var. Amma Amerikanın siyasi sistemində İsraillə münasibətlər müstəsnadır. Təəssüf […]

HƏMAS İslam ölkələrinin İsrailə təzyiq göstərmək üçün ittifaq yaratmasını gözləyir

Fələstinin HƏMAS hərəkatı Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qətərin paytaxtı Dohada keçirilən sammitində İsrailə təzyiq göstərmək üçün beynəlxalq koalisiyanın yaradılması barədə qərar qəbul edəcəyinə ümid etdiyini bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə radikalların Telegram kanalında açıq məktub dərc olunub. “Biz Qəzza zolağında atəşi dayandırmaq üçün təcili tədbirlərin görüləcəyini, o cümlədən […]

Xankəndində bir erməni silahlı təxribata hazırlıq görərkən yaxalandı – VİDEO

Ötən gün  Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb. Tezadlar.az xatırladır ki, həmin görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub. Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb. Qeyd edək ki, Katen Avanesyan bu gün qabaqcadan […]

“Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi”

“Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi”. Tezadlar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bildirib. “2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda […]

Beynəlxalq Qalereyada xalçaçı rəssamın tələbələri ilə qrup sərgisi keçirilib – FOTOLAR

Sentyabrın 12-də Beynəlxalq Qalereyada “Gold School”, “Mir Talantov”, “Premium” tədris mərkəzlərinin və “Sabah” kurslarının müəllimi, xalçaçı rəssam Gülşən Mirzəyevanın tələbələri ilə qrup sərgisi təşkil olundu. Qeyd edək ki, sərginin layihə rəhbəri Aygün Əzizovadır. Tezadlar.az  xəbər verir ki, sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgi iştirakçılarını salamladı və Gülşən xanımın işlədiyi 4 […]

Prezident Qarabağ Universitetinin Klinikası binasının açılışında olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib. Tezadlar.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Qarabağ Universiteti Klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev dövlətimizin başçısına yaradılan şərait […]

“Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur”

“Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur”.  Tezadlar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdə bildirib. “Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, […]

Elm ilə təhsilin elmi olmayan nazirlikdə birləşdirilməsi absurd deyilmi?

Hələ də sual olaraq qalır: elm sahəsini təhsil nazirinin kurasiyasına verilməsi gələcəkdə hansı nəticələrə gətirib çıxara bilər? Bu sual tanınmış alimlərimizi həmişə düşündürməkdədir! Axı bu o halda müsbət nəticə verə bilər ki, nazirlikdə görkəmli alimlərin bir dünyəvi  mərkəzi olsun! Hazırda isə Təhsil Nazirliyində dünyada tanınan bir alim belə yoxdur. Tanınmışlarımız ya xarici ölkələrə çıxıb gedib, […]

14 SENTYABRIN ULDUZ FALI

Bütün bürclərə 14 sentyabr üçün ulduz falı tərtib edilib. Bazar günü məhsuldar olacaq və yaxşı nəticələr verəcək. Siz də diqqətli olmalı və taleyin əlamətlərinə daha yaxından nəzər salmalısınız. Qoç Qoç üçün gün aktivlik və yeni təəssüratlar gətirəcək. Maraqlı bir şeyə keçmək istəyini hiss edəcəksiniz. Həm də günü sevdiklərinizlə keçirmək, ailə bağlarını möhkəmləndirmək imkanınız olacaq. Şəxsi […]

Ukrayna dronları ABŞ- da ciddi rezonans doğurmaqdadır

Ukrayna dron texnologiyası üzrə dünya lideri olub və bu sahə Amerika Birləşmiş Ştatlarında ciddi maraq doğurmaqdadır. xeyli geridə qoyub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi general Kit Kelloq deyib. “Biz geridəyik, ciddi şəkildə geri qalırıq. Ukraynalılar dron texnologiyası üzrə dünya liderləridir. Hər dövrün əsas […]

Daxili qoşunların keçmiş rəis müavini rüşvətə görə həbsxanaya göndərildi

Hərbi məhkəmə məhəllə və tikinti idarəsinin keçmiş rəisi – Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş Komandanlığının maddi-texniki təminat üzrə keçmiş rəis müavini general-leytenant Vladimir Panovu Kemerovo vilayətinin qubernatorunun keçmiş müavini Anton Sibil və “SK Remstroytorg” şirkətinin keçmiş baş direktoru Sergey Çeçkodan xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunur. Tezadlar.az xəbər verir ki, bu barədə […]

Rusiyanın bölgələri və Azov dənizi üzərində 80 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya Federasiyasının regionları və Azov dənizi suları üzərində Ukraynanın 80 pilotsuz təyyarəsini ələ keçirib və məhv edib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 80 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: […]

De Qoll Rusiyaya qarşı sanksiyaların nəticələrini dəyərləndirib

Rusiyaya qarşı sanksiyalar yalnız Avropanın özünə zərbə vurdu, Rusiya iqtisadiyyatı isə artım nümayiş etdirir. Tezadlar.az xəbər verir ki, Fransada Şarl de Qolla müsahibəsində anti-Rusiya məhdudiyyətlərinin nəticələri belə müzakirə olunub. “Avropaya ancaq zərər vuran sanksiyalara baxmayaraq, sizin iqtisadi artımınız ildə dörd faizi ötüb”, – o deyib. De Qoll onu da vurğulayıb ki, Rusiya Federasiyasında inflyasiya, onun […]

İş elanları yalanları və fırıldaqları- “TƏZADLAR”IN ARAŞDIRMASI

İşə ehtiyacı olan minlərlə insan bu elanlara açıb baxır və nəticədə  dələduzların TikTok-da və digər sosial platformada baxış sayını artırır ki, bu da əlavə “n” qədər gəlir deməkdir… …Sosial şəbəkələr artıq həyatımızın müəyyən hissəsinə çevrilib. Nə istəsən orada tapmaq olur. Hansısa bir saytı, proqramları axtararkən tik-tok səhifəsində iş elanları adamın gözünü yağır edir. Özü də […]

Zelenski Avropaya səslənərək Rusiyaya sanksiya tətbiq etmək üçün bəhanə axtarmamağı xahiş etdi

“Mən bütün tərəfdaşlarımızdan xahiş edirəm: daha sanksiyaların tətbiq edilməməsi üçün bəhanə axtarmağı dayandırın…” Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb. O, Avropa ölkələrinə müraciət edərək yalnız sanksiyaların Rusiyanın apardığı müharibəyə son qoya biləcəyini vurğulayıb: “Bu müharibənin sona çatmasını istəyən hər kəs Rusiya müharibə maşınının dayandırılması üçün zəruri […]

34 il sonra Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola düşdü

Xocalıya daha bir dönüş… Tezadlar.az xatırladır ki, “Böyük Qayıdış” planına uyğun olaraq, Xocalı Daşbulaq kəndinə ilk köç karvanı bu gün yola düşüb. Belə ki, ilkin mərhələdə Daşbulaq kəndinə 13 ailə 67 nəfər sakin köçürülür. Və kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Yurda qayıdışımız əbədi olsun!

Azərbaycanda kərə yağı ehtiyatı 4 dəfə artıb?- İNANILMAZ

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 min 886,4 ton kərə yağı istehsal edilib. Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır. Təkcə sentyabrın 1-nə ölkədə 202 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,9 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon […]

“Göy məscid” qarşısında piyada vuruldu – DİN-dən xəbərdarlıq

Bu gün günorta saatlarında Nəsimi rayonu, Səməd Vurğun küçəsi, “Göy məscid”in qarşısı, mərkəz istiqamətində piyada vurulması ilə nəticələnən bu yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib. O qeyd edib ki, bu, yol hərəkəti iştirakçıları üçün ibrət dərsi və ciddi xəbərdarlıq […]

Rusiya dronlarının Polşa səmasında görünməsi NATO–Rusiya toqquşması riskini artırır

Polşa hava məkanının Rusiya dronları tərəfindən pozulması NATO ilə Rusiya arasında ilk real toqquşma riski kimi qiymətləndirilir. Bu, həm Vladimir Putinin riskə meylli siyasətini, həm də NATO-nun hərbi hazırlığını ortaya qoyur. Tezadlar.az xəbər verir ki, bu barədə xarici medialar məlumat yayıb. Rusiya PUA-larının Ukraynaya hücum edəcəyi barədə xəbərdarlıqdan sonra Polşanın Hava Hücumundan Müdafiə sistemləri yüksək […]

Kadırov qızının siyasətdən getməsi qərarını dəstəkləyib

Çeçenistan rəhbəri Ramzan Kadırov böyük qızı Ayşət Kadırovanın siyasətdən getməsi qərarını dəstəklədiyini bildirib. Tezadlar.az xəbər verir ki, bu barədəo, RİA Novosti-yə müsahibəsində deyib. Fevral ayında Ayşət respublika hökumətinin baş nazirinin müavini vəzifəsini tərk edərək moda biznesinə qayıdacağını açıqlamışdı. Kadırovun sözlərinə görə, qızı özü getmək istədiyini bildirəndə o, ona razılıq verib. “Mən bu barədə düşündüm və […]

Keçmiş baş nazir Boris Conson Odessaya gəlib

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Odessaya gəlib. Tezadlar.az xəbər verir ki, onun birgə görüntülərini Ali Radanın deputatı Oleksiy Qonçarenko Telegram kanalında yerləşdirib. Onun sözlərinə görə, bu, britaniyalı siyasətçinin şəhərə ilk səfəridir. Bundan əvvəl Ukrayna mətbuatı Consonun Odessaya səfəri barədə məlumat yayıb. Keçmiş baş nazirin avtomobilə mindiyini əks etdirən görüntülər yayımlanıb. Consonun Ukraynaya səfərinin […]

Smolensk vilayətində üç PUA vurulub

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə və səhər Smolensk vilayətinin ərazisində üç pilotsuz təyyarəni vurub. Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vasili Anoxin özünün Telegram kanalında məlumat verib. Daha əvvəl Müdafiə Nazirliyi məlumat vermişdi ki, cümə günü Moskva vaxtı ilə saat 23:00-dan şənbə günü saat 06:00-a qədər bölgə üzərində bir pilotsuz uçuş aparatı vurulub. […]

Yaroslavl hava limanında məhdudiyyətlər götürülüb

Uçuşların təhlükəsizliyini təmin etmək üçün Yaroslavl hava limanında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Rosaviatsia məlumat yayıb. “Yaroslavl (Tunoşna) hava limanı, təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib”, – məlumatda deyilir. E.ŞİRİNOV

7,0 bal gücündə zəlzələ baş verib

Sunami təhlükəsi elan edilib Sakit okeanda Kamçatka yaxınlığında 7,0 bal gücündə zəlzələ baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. “Seysmik hadisənin maqnitudası 7,0 bal təşkil edib. Zəlzələnin episentri Sakit okeanda, Petropavlovsk-Kamçatski şəhər rayonundan 114 kilometr şərqdə olub”, – Fövqəladə Hallar Nazirliyinin Telegram kanalı […]

Rusiya bölgələri üzərində Ukraynanın 42 pilotsuz təyyarəsi vurulub

Dronların əksəriyyəti Rostov vilayəti üzərində vurulub Hava hücumundan müdafiə vasitələri bir gecədə Rusiya regionları üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 42 pilotsuz təyyarəni vurub. Tezadlar.az xəbər verir ki, bu barədə sentyabrın 13-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Ötən gecə Moskva vaxtı ilə sentyabrın 12-si saat 23:00-dan 13 sentyabr saat 06:00-a kimi növbətçi hava hücumundan müdafiə vasitələri […]

Qayığın batması nəticəsində 100-dən çox adam ölüb

Daha 150 nəfərədək itkin düşüb Konqonun şimal-qərbində azı 500 sərnişinin olduğu qayıq alovlanıb və çevrilib. Tezadlar.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, 107 nəfər həlak olub, 146 nəfər itkin düşüb. Ölkənin humanitar nazirliyi hesabat yayaraq bildirib ki, faciə Ekvator əyalətinin Lukolela bölgəsində Konqo çayında baş verib. Bu, bir […]

Habil Əliyev kəkələyən qonşusuna xəstəliyini belə başa salır- GÜLMƏK ÜÇÜN

Rəhmətlik Habil Əliyev günün birində xəstəxanadan evə qayıdır. Məhəlləyə çatanda kəkələyən pəltək qonşusu qabağına çıxır. Qonşusu sənətkardan nədən şikayətləndiyini soruşur. Habil prostatında problem olduğunu deyir. Qonşusu bu xəstəliyin nə olduğunu anlamır. Habil Əliyev ha izah edir ki, prostat xəstəliyi nədir, qonşusu başa düşmür. Axırda izahdan yorulan Habil Əliyev deyir: – Ay qonşu, bax, sən necə […]

Xarkov vilayətində bir qrup Ukrayna Silahlı Qüvvələri mühasirəyə alınıb

Xarkov vilayətində 143-cü mexanikləşdirilmiş briqadanın bir qrupu mühasirəyə alınıb. Tezadlar.az bildirir ki, bu barədə Rusiya təhlükəsizlik orqanlarından məlumat verilib. “Ukrayna Silahlı Qüvvələrinin bir qrupu məhv edilir. Söhbət Ukrayna Silahlı Qüvvələrinin 114-cü ərazi müdafiə briqadasının hərbçiləri tərəfindən gücləndirilmiş 143-cü mexanikləşdirilmiş briqadadan gedir. O, Ambarnoye yaxınlığındakı meşədə mühasirəyə alınıb”, – mənbə bildirib. E.ŞİRİNOV

Ermənistanın Azərbaycana təcavüzü bu sənədlərlə tam sübut edildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Ukrayna ordusu rusların Sumıya hücumunu dəf etdi

Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Sumıya qarşı hücum əməliyyatını tamamilə puça çıxarıb. Ruslar böyük itki verib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Zelenski deyib ki,  Ali Baş Komandanın qərargahında çox əhatəli iclas keçirib və hava hücumundan müdafiə sistemləri və onlara raketlərin tədarükü, Ukrayna ordusunun ehtiyacları və mövcud […]

Anestezioloqun qalmaqallı hərəkəti: xəstəni qoyub otağı tərk etdi

Həkim ümumi anesteziya altında olan xəstəni nəzarətsiz qoyaraq əməliyyat otağını tərk edib. Böyük Britaniyada 44 yaşlı anestezioloq Suhayla Anjuma ilə bağlı qalmaqal baş verib. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, peşəkar uyğunluğu ilə bağlı dinləmələrdə məlum olub ki, 2023-cü ilin sentyabrında prosedur zamanı əməliyyat otağını tərk edib və qonşu otağa gedib, orada tibb bacısı ilə […]

Eldar Tağızadə “Barselona” ilə yollarını ayırdı

Azərbaycanlı qolkiper Eldar Tağızadənin “Barselona”dakı karyerası uzun çəkməyib. Tezadlar.az xəbər verir ki, 22 yaşlı qolkiper İspaniya klubundan ayrılıb. Onun karyerasına hansı komandada davam edəcəyi hələ ki dəqiq deyil. Tağızadə “Barselona”nın B komandasında məşqlərə başlamışdı, amma sonradan bu klubdan ayrılmaq qərarına gəlib. Tağızadə hazırda klubsuzdur. “Neftçi”nin yetirməsi olan Eldar “Klermon” U-19, “Luqo”, “Tudelano” klublarında çıxış edib.

Dünya və Avropa çempionu Rafiq Hüseynov AGF-də koordinator oldu

Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov Azərbaycan Güləş Federasiyasında (AGF) koordinator təyin edilib. Bu barədə AGF-nin mətbuat xidmətindən məlumat verilib. Qurum ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə ona təşəkkürünü bildirib. […]

İrlandiya “Avroviziya 2026”dan imtina edə bilər – səbəb İsrailin iştirakı

İrlandiya, “Avroviziya” tarixində rekord sayda yeddi qələbə qazanan ölkə, on ildən sonra ilk dəfə 2026-cı il mahnı müsabiqəsində iştirakdan imtina edə biləcəyini bəyan edib. Əgər yarışmada İsrail iştirak edərsə. Əsas İrlandiya yayımlayıcısı RTE öz mövqeyini açıq şəkildə bildirib və ölkənin iştirakını Qəzzadakı humanitar böhran, jurnalistlərə qarşı hücumlar və beynəlxalq reportyorların münaqişə zonasına girişinə qoyulan məhdudiyyətlər səbəbilə “qəbuledilməz” […]

Çarli Kirkin qətlində şübhəli saxlanıldı – Tramp ölüm hökmü tələb edir

Yuta ştatının qubernatoru Spenser Koks amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını təsdiqləyib. Tezadlar.az xəbər verir ki, saxlanılan şəxsin adı Tayler Robinsondur. Məlumata görə, qətl hadisəsi ilə bağlı istintaq davam edir və cinayətdə iştirak edən bütün şəxslərin axtarışı aparılır. 16:46 Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs, çox güman ki, […]

“Araz Naxçıvan” “Kəpəz”i məğlub edərək liderliyə yüksəldi

Misli Premyer Liqasının IV turunda “Kəpəz” “Araz Naxçıvan”a məğlub olub. Tezadlar.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0. Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65-ci dəqiqə) və Bar Kohen (86-cı dəqiqə) fərqləniblər. Bu nəticədən sonra komanda xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 12-ci […]

Fuad Nəcəfli AKP sədr müavini Kürşat Zorlu ilə Naxçıvanda görüşdü

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 12-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tezadlar.az-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründən başlayaraq geniş vüsət […]

Astarada 17 yaşlı qızı avtomobil vurdu: vəziyyəti ağırdır

Astara rayonunda avtomobil 17 yaşlı yeniyetməni vurub. Tezadlar.az-ın cənub bürosunun məlumatına görə, hadisə Ərkivan qəsəbəsi ərazisində olub. Belə ki, avtomobil vuran şəxs qəsəbə sakini – 2008-ci il təvəllüdlü Bibixanım Elçin qızı Əliyevadır. Yaralıya əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin zəruri tibbi yardım göstərilərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə göndərilib. Vəziyyəti ağır olan pasiyent […]

ATƏT rəhbəri: “Azərbaycan və Ermənistanın birgə müraciəti tarixi addımdır”

ATƏT Parlament Assambleyası Cənubi Qafqazdakı diplomatik prosesləri alqışlayır.  Tezadlar.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampyetro (Pere Joan Pons Sampietro) Vyada ATƏT-in Daimi Şurasının Prezidenti kimi ilk müraciəti zamanı deyib. O, həmçinin Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun bağlanması ilə bağlı tarixi birgə müraciətini bir daha alqışladığını bəyan edib: “Ümid edirəm […]

Bakıda qoyun sahiblərini aldadan şəxsə hökm oxundu

Bakıda qoyun saxlayan 5 nəfərə qarşı dələduzluq edilib. Tezadlar.az xəbər verir ki, hadisələr Xəzər rayonu ərazisində qeydə alınıb. 49 yaşlı Elçin Musayev (soyad şərtidir) Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində yaşayan qoyun saxlayan 5 nəfərin qapısına gedərək, qızı üçün toy edəcəyini deyib. Bunun üçün onlardan ümumi dəyəri 5900 manat olan 13 qoyun alıb. Qoyunların […]

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 ayda 1,75 milyard manata çatıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 1 milyard 751 milyon manat olub. Tezadlar.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14 % çoxdur. 8 ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 %-i hüquqi şəxslərin, 49 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hesabat dövründə […]

142 ölkə səs verdi: BMT iki dövlətli həll yolunu təsdiqlədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib. Tezadlar.az xəbər verir ki, 142 ölkə bəyannamənin lehinə, 10 ölkə əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb. Sənəddə, həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata […]

Bakının mərkəzində yol bağlanacaq

Bakı şəhər Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, məhdudlaşdırılma 13 sentyabr saat 08:00-dan 14 sentyabr 22:00-dək qüvvədə olacaq. Qeyd olunub ki, buna səbəb sözügedən yol sahəsində təmir işlərinin aparılmasıdır. Sürücülərdən […]

Qafqaz Müsəlmanları İdarəsi: “Saytımıza hücum olub, texniki işlər görülür”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi veb-saytına girişdə problemlər yaranıb. Tezadlar.az xəbər verir ki, bu barədə Müsavat.com məlumat yayıb. QMİ-dən verilən açıqlamada fakt təsdiqlənib və saytın haker hücumuna məruz qaldığı bildirilib. Qeyd olunub ki, bu səbəbdən texniki yenilənmə işləri aparılır və sayt müvəqqəti olaraq bağlanıb: “Yenilənmə prosesi başa çatdıqdan sonra sayt yenidən fəaliyyətə başlayacaq. Hazırda QMİ-yə dair ən […]

Xətai rayonunda bağçada qalmaqal: tərbiyəçi işdən çıxarıldı

Bir neçə gün öncə “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonu Həzi Aslanov filialında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılmışdı. Tezadlar.az-ın məlumatına əsasən, sözügedən bağçanın meneceri Samirə Muradova Xəzər TV-yə açıqlamasında bildirib ki, kadrlarda əks olunan uşaq aprel ayında bağçaya qəbul olunub. Onun sözlərinə görə, azyaşlının valideyni bir müddət öncə həmin kadrları onlara təqdim edib […]

Lamin Yamalın sevgilisi barədə iddialar təsdiqləndi – Niki Nikola: “Çox aşiqəm”

“Barselona”nın vingeri Lamin Yamal, deyəsən, argentinalı reper Niki Nikola aşiq olub və münasibətləri rəsmiləşib. Lakin sonradan cütlüyün ayrıldığı haqda xəbərlər yayılıb. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, argentinalı müğənni “Barselina” ulduzu ilə münasibəti ilə bağlı səssizliyini pozub. Bu yaxınlarda Barselonada keçirilən tədbirdə Nikoldan Yamalla həqiqətən münasibətdə olub-olmadığını soruşublar. O, bunu təsdiqləyib və Laminə olan sevgisindən […]

Anasını döyən aktyorun günahını etiraf etdiyi bildirilir

Anasını döyən aktyor 10 illik həbs oluna bilər. Tezadlar.az xəbər verir ki, Moskvada aktyor Yakov Levda anasını döydüyünə görə hakim qarşısına çıxarılacaq. Bu barədə məlumatı “Mash” yayıb. Hadisə 2024-cü ilin noyabrında baş verib. Levda qonşusu ilə spirtli içki qəbul etdiyi vaxt anası ona zəng edib və yanına çağırıb. Aktyor tanışı ilə birlikdə evə gedib. Əvvəlcə […]

Xırdalan–Sumqayıt qatarlarının hərəkəti dayandırılır

Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti dayandırılacaq. Tezadlar.az xəbər verir ki, bu haqda ADY məlumat yayıb. Bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan […]

“Rusiyanı yalnız güclü cavab dayandıra bilər” – Zelenskidən çağırış

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ Ukraynanın müdafiəsini hava hücumundan müdafiə (HHM) sistemləri və döyüş təyyarələri ilə təmin edə bilər. Bu barədə Tezadlar.az xəbər verir. “Bu, Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək. Üstəlik, Putin (Rusiya Prezidenti Vladimir Putin – red.) öz hərəkətləri ilə bunu etməyin lazım olduğunu göstərir”, – Ukrayna lideri bildirib. Onun sözlərinə görə, Rusiya […]

Bakıda külək fəsad törətdi: dam örtüyü qopdu

Yasamal rayonunda güclü külək fəsada səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə güclü külək səbəbindən rayonun Süleyman Tağızadə küçəsində yerləşən üçmərtəbəli binanın dam örtüyündə dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub. Məlumatla əlqədar dərhal əraziyə cəlb edilən […]

Azərbaycan şorbaları unikal mətbəxin inciləridir

Uruqvayın aparıcı qəzetlərindən biri olan “Diario la R” Azərbaycan mətbəxi haqqında dərc etdiyi materialda onun zəngin irsi və unikallığını vurğulayıb. Tezadlar.az xəbər verir ki, nəşrdə milli qastronomiyada əsas yer tutan şorbalara xüsusi diqqət ayrılıb. “Şorbasevərlər Azərbaycana səfəri layiqincə qiymətləndirəcəklər. Yeməklərin müxtəlifliyi səyahət boyunca darıxmadan yerli şorbaları kəşf etməyə imkan verir”, – məqalədə qeyd olunur. Nəşr Azərbaycan […]

“SAVALAN Grappolo” IWSC 2025-də ən yüksək mükafata layiq görüldü

“SAVALAN–ASPI Winery” şirkəti bir daha öz peşəkarlıq səviyyəsini təsdiqləyərək, IWSC 2025 (International Wine and Spirit Competition) müsabiqəsində nüfuzlu mükafatlara layiq görülüb. Bu il münsiflərin diqqətinə 90-dan çox ölkədən 12 mindən artıq şərab və spirtli içki nümunəsi təqdim olunub. Ən böyük nailiyyət isə “SAVALAN Grappolo”nun qələbəsi olub. O, “Marc/Pomace Brandy” (qrappa və onun analoqları) kateqoriyasında ən […]

Məşhur aktrisa qaynana olmağa hazırlaşır

Xalq artisti Səidə Quliyevanın evində xeyir iş baş tutacaq. Tezadlar.az xəbər verir ki, aktrisa bu barədə “Günə uğurla” vefirlərin birində danışıb. Onun oğlunun sentyabrın 24-də toyu olacaq: “Bir balam var. Allah hamının balalarını qorusun. Çox həyəcanlıyam. Toy etmək, hamının qarşısına yaxşı çıxmaq çox çətindir. Amma bu, valideyn kimi borcumdur. Məni tanıyanlar deyə bilər ki, necə […]

Aella: “Mənə uyğun ərə tapana 100 min dollar verəcəyəm”

Amerikalı porno model Aella evlənmək qərarına gəlib və onu gələcək həyat yoldaşı ilə tanış edəcək şəxsə 100 min dollar ödəyəcəyinə söz verib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, 33 yaşlı Aella Kaliforniyanın San-Fransisko körfəzi bölgəsində yaşayır. Onun sözlərinə görə, onunla evlənmək istəyənləri tapmaq çətin deyil. Çətin olan isə onda evlənmək istəyi yarada biləcək insanlarla rastlaşmaqdır. Aellanın […]

2025-in qalanında sizi nə gözləyir?

Zaman uçur və biz artıq 2025-ci ilin son rübünə yaxınlaşırıq. 2026-cı il yanvarın 1-də yeni il başlamazdan əvvəl hər kəsin böyümək, ambisiyalarını reallaşdırmaq və əhəmiyyətli nəticələr əldə etmək imkanları var. Ümumiyyətlə, yanvar vədləri ilə əlaqəli olan yeni bir başlanğıc üçün hər şeyi təxirə salmadan əvvəl, ilin qalan hissəsinin ən böyük uğurlar vəd etdiyi tarixlərə diqqət […]

Arbitraj məhkəməsi Volkswagen AG-nin Rusiyadakı aktivlərinə qarşı iflas proseduruna başlayıb

Moskva Arbitraj Məhkəməsi Almaniyanın Volkswagen AG avtomobil konserninin Rusiyada yerləşən aktivlərinə qarşı iflas proseduruna başlayıb. Tezadlar.az TASS-a istinadən xəbər verir. “Volkswagen AG-yə qarşı yerli iflas prosedurunu və altı ay müddətinə Rusiya Federasiyasının ərazisində yerləşən və onunla əlaqəli əmlaka qarşı iflas prosedurunu tətbiq edin. Kreditorların tələbləri reyestrinə “Kameya” ASC-nin 16,9 milyard rubl məbləğində iddiasını daxil edin”, […]

İlk qar yağdı…

Zaqatalada yüksək dağlıq əraziyə qar yağıb. Tezadlar.az-ın məlumatına görə, bölgədə qeyri-sabit hava müşahidə olunur, fasilələrlə yağış yağış yağıb. Qeyri-sabit hava daha çox Zaqatala və Balakən rayonlarında müşahidə olunub, leysan yağıb. Dağlara yağan leysan yağışları nəticəsində Tala və Katex çaylarında suyun səviyyəsində kəskin artın müşahidə olunur. Sentyabrın 11-dən 12-ə keçən gecə Böyük Qafqaz dağlarının cənub ətəyinin […]

AKP rəsmisi: Naxçıvan Türk dünyasının strateji mərkəzinə çevriləcək

Naxçıvan həm Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, həm də Azərbaycan–Türkiyə münasibətlərində xüsusi əhəmiyyət daşıyan mərkəzdir. Tezadlar.az-ın Naxçıvan bürosu xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu Naxçıvanda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu çərçivədə Azərbaycan–Türkiyə münasibətləri ən yüksək […]

Ayrılıqlar hər zaman kədərlimi?

Ayrılıq sözü hər zaman hüzn gətirsə də, arzular guşəsində yeri var. Amma bu arzular da hər zaman sevinclə bitmir. Xatirələr heç zaman insanı tərk etmir. Hər birimizin ömrü xoş və kədərli xatirələrlə doludur. Ayrılıqlar bu xatirələrin əvəzolunmaz simvoludur. Ömürboyu bir yerdə olduğumuz insanlarla da xatirələrdə yaşayan günlərimiz, aylarımız, illərimiz var. Bizə pislik etmiş insanlardan da […]

Şəxsiyyətinizi açan vizual test – ilk gördüyünüz nə oldu?

Bu qeyri-adi test sizə bir neçə saniyə ərzində şəxsiyyətinizin bəzi tərəflərini aşkar etməyə kömək edəcək.  Sizə lazım olan tək şey şəklə baxmaq və ilk olaraq diqqətinizi çəkəni qeyd etməkdir. Çox uzun baxmaq deyil, ilk təəssüratınıza etibar etmək vacibdir. Tezadlar.az-ın məlumatına görə, seçiminiz, təsadüfi görünsə də, xarakteriniz, vərdişləriniz və daxili dünyanız haqqında çox şey deyə bilər. […]

Ağdamda 14 yaşlı yeniyetmə yol qəzasında həlak olub

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib. Tezadlar.az  xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində maşında olan sərnişin 14 yaşlı yeniyetmə hadisə yerində həyatın itirib. Faktla bağlı araşdırma aparılır.

Yanvar–avqustda 233 mindən çox mülkiyyət hüququna çıxarış verilib

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 233 943 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib. Tezadlar.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 43 352-si (18,5 %) ilkin, 190 581-i (81,5 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə […]

Kişi sevgilisinin körpəsini öldürdü

Rusiyanın Novosibirsk şəhərində kişi sevgilisinin 10 aylıq körpəsini öldürüb. Tezadlar.az xəbər verir ki, o, birlikdə yaşadığı qadının 10 aylıq körpəsini başından tutaraq yerə çırpıb. Körpə aldığı xəsarətlərdən dünyasını dəyişib. Cinayət ötən ilin iyul ayında baş verib. Ana 10 aylıq uşağını iki günlüyə birlikdə yaşadığı şəxsə etibar edib. Körpənin ağlamasına dözə bilməyən kişi onu götürüb başını […]

Rafiq Hüseynov AGF-də koordinator təyin olundu

Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov Azərbaycan Güləş Federasiyasında (AGF) koordinator təyin edilib. Bu barədə Tezadlar.az-a AGF-nin mətbuat xidmətindən məlumat verilib. Qurum ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə ona təşəkkürünü […]

Ermənistan və Türkiyə nümayəndələri Gümrü-Qars dəmir yolu ilə bağlı razılığa gəldilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçı qəbul edib. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” hesabında yazıb. Xatırladaq ki, bu gün Ermənistanda iki ölkənin münasibətlərin normallaşdırılması üzrə nümayəndə heyətlərinin görüşü keçirilib. Danışıqların yekunları üzrə tərəflər Gümrü-Qars dəmir yolunun və elektrik ötürücü […]

Bakıda elektrik skuterləri ilə qəzalar artır

Son dövrlərdə Bakıda elektrik skuterlərinə maraq artıb. Tezadlar.az xəbər verir ki, bu nəqliyyat vasitələrinin iştirak etdiyi yol-nəqliyyat hadisələrinin də çoxaldığı müşahidə olunur. Əksər hallarda bu tip qəzalar mikromobillik üçün xüsusi hərəkət zolaqlarının olmadığı yerlərdə baş verir. Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu qəzaların qarşısını almağın əsas yollarından biri şəhərdə mikromobillik […]

Baş nazir: Gürcüstan ABŞ-ın mövqeyini gözləyir

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın bərpasını istəyir. Tezadlar.az-ın Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, gürcü xalqına və dövlətinə qarşı düşmənçilik hərəkəti uğursuzluğa düçar olub. “Biz bəyan edirik ki, keçmiş Bayden administrasiyasının Trampın inauqurasiyasından az əvvəl ləğv etdiyi strateji tərəfdaşlığı yeniləmək istəyirik. Bu, bizim istəyimizdir. Qalanı isə […]

Sərdar Fərəcov Kardiologiya şöbəsinə köçürüldü

Dörd gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb. Bu barədə Tezadlar.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Xalq artisti Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir: “Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilib.

Bakı məktəblərində yarım milyondan çox şagird təhsil alacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 505 766 şagirdin təhsil alacağı gözlənilir. Bu barədə Tezadlar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumat verilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 622, IX sinfində 47 438, XI sinfində 35 134, XII sinfində 124 şagirdin təhsil alacağı […]

Rusiya Belarusda NATO-ya nüvə təlimləri ilə güc göstərir ki…

 Rusiya və Belarus NATO sərhədləri yaxınlığında nüvə müharibəsinin imitasiyası ilə təlimlərə başlayıb. Cəmi iki gün əvvəl Polşa hərbçiləri öz hava məkanlarında Rusiya dronlarını vurduqdan sonra, Moskva və Minsk genişmiqyaslı “Qərb-2025” təlimlərinə start verib. Bu dəfə söhbət təkcə sərhədlərin müdafiəsindən getmir: Rusiya dövlət KİV-lərinin qeyd etdiyinə görə, hərbçilər “nüvə silahının tətbiqini” də sınaqdan keçirəcəklər. Rəsmi məlumatlara […]

Hesablama Palatasına da kələk gəlmək istədilər, həm də dövlət qurumu tərəfindən….

 Saxta arayış gözdən yayınmadı… Xəbər verdiyimiz kimi, Hesablama Palatası  Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” Publik Hüquqi Şəxsində yoxlamalar aparıb. 2023-2024-cü illəri əhatə edən yoxlamada irili-xırdalı çoxsaylı pozuntular aşkra edilib. Tezadlar.az   xəbər verir ki, yoxlama zamanı sözügedən qurumun Palatanın sorğusuna cavab olaraq saxta, yəni geri tarixə yazılmış arayış təqdim […]

Британия ударила новыми санкциями против “теневого флота” и военных поставок РФ

Нефтяные доходы и военная машина РФ 12 сентября получили новый удар благодаря санкциям Великобритании, в то время как министр иностранных дел Иветт Купер прибыла в Киев. Как сообщает tezadlar.az со ссылкой, что об этом говорится в заявлении британского правительства, обнародованном в пятницу, сообщает “Европейская правда”. “Великобритания ввела 100 новых санкций, чтобы сократить источники доходов и военных поставок […]

Təbrik edirik!

“Veysəloğlu” Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İB-nin keçirdiyi araşdırma yazı müsabiqəsində “Təzadlar” qəzetinin dörd əməkdaşı qalib olub. Baş redaktor Asif Mərzili I yerə layiq görülüb. Əməkdaşlarımız Yasəmən Məmmədli, Elçin Məmməli və Rövşanə Nağıyeva da qaliblər sırasındadır. Başda Asif müəllim olmaqla hər birini ürəkdən təbrik edirik. Bu uğur bizi sevindirdi. Arzu edirik […]

İldırım Şəki dağlarını alovlandırdı

Şəkidə ildırım düşməsi dağlıq ərazidə yanğına səbəb olub. Tezadlar.az-ın Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Qozlubulaq kəndi ərazisində qeydə alınıb. Yanğının söndürülməsi üçün Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvələri əraziyə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Koreyalararası gərginliyi azaltmaq üçün yeni addım

Cənubi Koreyanın Liberalist Prezidenti Lee Jae Myung Şimali və Cənubi Koreya arasında “Koreyalararası” hərbi razılaşmanı bərpa edəcəyinə söz verib. “Tezadlar.az” “The Washington Post”a istinadən xəbər verir ki, o, anlaşmanı iki ölkə arasındakı gərginliyi azaltmaq məqsədilə bərpa etmək istədiyini deyib. Prezident, həmçinin Şimali Koreyaya qarşı düşmənçilik hiss etmədiyini bildirib. Xatırladaq ki, 2018-ci ildə Pxenyan və Seul […]

Bəs hansı aylarda evlənmək uğurlu sayılır, hansı aylardan isə çəkinmək lazımdır? 

Evlilik planlayan cütlüklər arasında belə bir inanc var: toy etdiyin ay gələcək ailə həyatının necə keçəcəyinə təsir edir. Hətta batil inanclara çox da inanmayan insanlar belə, toy tarixini seçərkən “uğursuz dövrə düşməsin” deyə diqqətli davranırlar. Bəs hansı aylarda evlənmək uğurlu sayılır, hansı aylardan isə çəkinmək lazımdır?  Tezadlar.az mövzu ilə əlaqədar məlumat verir. Yanvar – Ziddiyyətlər […]

Nazirliyin təşkil etdiyi balıq yarmarkasına start verildi – BAZARDAKI QİYMƏTLƏR

Balıq yarmarkasında müxtəlif növ balıqlar satışa çıxarılıb. Xəbər verdiyimiz kimi, bu gündən Kənd Təsərrüfatı Nazirliyinin “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin iştirakı ilə Bakıda balıq yarmarkası  təşkil olunub. Yarmarka 12–14 sentyabrda paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında yerləşən “Keşlə Balıq Bazarı” (3-cü mikrarayon dairəsi yaxınlığı) ərazisində fəaliyyət göstərəcək. Tezadlar.az  xəbər verir […]

Ukrayna DTX-nin dronları Rusiyanın Baltik dənizindəki ən böyük neft terminalını dağıtdı-41 milyon $ ziyan!

Ötən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları Baltik dənizində Rusiyanın ən böyük neft terminalına zərbə endirib.Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Rusiyanın Baltik dənizindəki ən böyük Primorsk neft yükləmə limanı  PUA-lar tərəfindən hücuma məruz qalıb, limanda neftin yüklənməsi dayandırılıb. Nəşrin həmsöhbətinin birbaşa çıxışı: “Ukrayna DTX-nin pilotsuz təyyarələrinin limandakı gəmilərdən birinə və nasos stansiyasına […]

Lukaşenko: Mən onu çox sevirəm…

Belarus prezidenti Aleksandr Lukaşenko pəhriz saxlamağa çalışsa da, “kartofu dəhşətli dərəcədə sevdiyini” etiraf edib. Tezadlar.az xəbər verir ki, bu barədə Belarus dövlətinin başçısı ölkə paytaxtında yenidən qurulan Loşitski kompleksinə səfəri zamanı bildirib. Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Minskdən olan gənc rəssam çəkdiyi rəsm əsərini Lukaşenkoya hədiyyə edib. Prezident “hədiyyəni məmnuniyyətlə qəbul etdi” və onu […]

15 sentyabr – Bilik Gününüz mübarək!

Azərbaycanda 15 sentyabr Bilik Günü kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin cənab prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün Bilik Günü kimi qeyd olunur. Tezadlar.az xəbər verir ki, 15 sentyabr ikinci […]

Almaniya ruslar üçün viza rejimini sərtləşdirməyə çağırır

Ötən il 27,3 min rusiyalı Almaniyaya viza alıb Almaniya Federal Hökuməti Rusiya vətəndaşları üçün Şengen vizalarının verilməsinə yeni məhdudiyyətlər axtarmaq istəyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə NAMPA/DPA agentliyi mənbələrə istinadən məlumat yayıb. “Sənəd Avropa Komissiyasının 2022-ci il üçün Rusiya vətəndaşlarına Aİ ölkələrində turist səfərləri və ya alış-veriş üçün vizaların verilməsini məhdudlaşdırmağa yönəlmiş tövsiyələrinin […]

Səidə Quliyeva qayınana olmağa hazırlaşır – oğlunu evləndirir

Xalq artisti, Prezident təqaüdçüsü, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyeva övladına toy etməyə hazırlaşır. Tezadlar.az xəbər verir ki, sevilən aktrisa bu barədə  “Günə uğurla” verilişində deyib. “Bir balam var. Allah hamının balalarını qorusun. Çox həyəcanlıyam. Toy etmək, hamının qarşısına yaxşı çıxmaq çox çətindir. Amma bu, valideyn kimi borcumdur. Məni tanıyanlar deyə bilər ki, necə […]

Şagirdlərə məktəbdə telefondan istifadə qadağası

Şagird davranış qaydalarına əsasən, şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz. Tezadla.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Bağırov bildirib ki, yaxın günlərdə Şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olunacaq: “Həmin qaydalar əsasında şagirdlərin […]

USQ-nin Xerson vilayətində hücumu nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Bundan əlavə, Krasnoe kəndində bir hektar sahədə yanğın baş verib Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində 1 qadın ölüb, daha 6 nəfər yaralanıb. Tezadlar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vladimir Saldo Telegram kanalında məlumat verib. “Oleşkidə yaşayış sahəsinə hücum nəticəsində 1979 və 1959-cu il təvəllüdlü iki kişi və 1955-ci il […]

Yenə metroda gedişhaqqının artırılması məsələsi gündəmə gətirildi – diferensial qiymət artımı ola bilər…

“Bakı Metropoliteni” tariflərin artırılması və azaldılması kimi səlahiyyətə sahib deyil. Bizim səlahiyyətlər çərçivəsində olmadığına görə bu mövzu müzakirə edilmir”.   Tezadlar.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında “Bakı Metropoliteni”nin sədrinin müşaviri Emil Əhmədov bildirib. O qeyd edib ki, metroda ümumi gedişhaqqı artmasa da, gələcəkdə diferensial qiymət artımı ola bilər: “Bu, gündəmdə olan məsələdir. Lakin bunun […]

Fırıldaqçı özünü dəllal kimi göstərərək təqaüdçünün 10 milyon pulunu ələ keçirib

Təqaüdçü fırıldaqçıya inanaraq əvvəlcə ona əmanət verib, sonra isə kredit götürməyə başlayıb Bratskın yaşlı sakini özünü maliyyə birjasının əməkdaşı kimi təqdim edən fırıldaqçının qurbanı olub. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi özünün Telegram kanalında məlumat yayıb. “O, investisiya şirkəti haqqında dostundan öyrənib. Sonra birjanın saxta əməkdaşı […]

Xalq artisti Sərdar Fərəcovun vəziyyəti orta ağır olaraq qalır

Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Bu barədə tezadlar.az-a  TƏBİB-dən məlumat verilib. Sitat: “Kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”. Xatırladaq ki, bu ilin sentyabrın 5-də səhhəti qəfil pisləşən Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Allah şəfa versin. Xalq artisti […]

Hər gün həyatlarını riskə atan 200-dən çox uşaq bu məktəbdə təhsil alır

Məktəbin tavanı uçub, divarları yıxılmamaq üçün bərkidilib Bir neçə kəndin uşaqları həyatlarını riskə ataraq bilik əldə etməli olurlar. Məktəbin tavanı uçub, divarları yıxılmamaq üçün bərkidilib. Yeni binanın tikintisi on ildən artıqdır ki, davam edir və sonu görünmür. “Bax, mənim əlim ora rahat oturur. Belə çatlar binanın yararsız vəziyyətə düşdüyünə işarədir. Valideynlər qorxurlar ki, bir gün […]

Yaponiyada bu səbəbdən 200-dən çox aviareys təxirə salınıb

Tufan və külək ikinci gündür ki, səngimir Tokioda güclü yağış səbəbindən 200-dən çox aviareys təxirə salınıb. Yaponiyanın mərkəzi rayonlarında artıq ikinci gündür ki, tufan və külək səngimir, yollarda çökmə müşahidə olunur. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, daşqınlar dəmir yolu hərəkətini demək olar ki, tamamilə dayandırıb, yeraltı keçidlər və metrolar su altında qalıb. Artıq […]

Köhnə, sınıq-salxaq maşınların utilizasiyasına görə bunları bilirdinizmi?

…Bakının avtomobil duracaqlarında, küçə və həyətlərində atılmlş, çürümüş, gediş-gəlişə mane olan minlərlə avtomobil yatır. Bu avtomobillərin işlək vəziyyətə gətirilməsi isə mümkünsüzdür. Bəzilərinin ili rəhmətlik Brejnevin hakimiyyəti illərinə gedib çıxır, bəziləri isə avtoqəzada “paralic” olub, yenidən yola çıxması mümkünsüzdür, istifadəsi əlverişsizdir və s. Lakin Nazirlər Kabineti bu problemi aradan qaldırmaq üçün 2024-cü ilin 31 yanvarından etibarən […]

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

zel

Sanksiya siyahısına 3 fiziki və 27 hüquqi şəxs əlavə edilib Böyük Britaniya Xarici İşlər və Birlik Nazirliyi anti-Rusiya sanksiyalar siyahısını 30 maddə ilə genişləndirib. Tezadlar.az xəbər verir ki, bu barədə məlumat hökumətin saytında dərc olunub. “12 sentyabr 2025-ci ildə Xarici İşlər, Birlik və İnkişaf Ofisi GOV.UK saytındakı sanksiyalar siyahısını yeniləyib. Otuz bənd əlavə edilib ki, […]

Fon der Leyen Almaniyada tənqidlərə səbəb olub

Almaniya kansleri Fridrix Merzin mühafizəkar tərəfdaşları Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenin İsraillə bağlı mövqeyini sərtləşdirmək təkliflərini rədd ediblər. Tezadlar.az xəbər verir ki, bunu Bundestaqdakı Xristian Sosial Birliyinin (CSU) lideri Aleksandr Hofman deyib. Onun sözlərini “Politico” sitat gətirib. “Almaniya İsraildən üz döndərə bilməz. Ümid edirəm ki, Avropa Komissiyasının sədri öz mövqeyinə yenidən baxacaq […]

Vüqar Bayramov bir qrup seçicisi ilə görüşdü: Əli hər yerdən üzülənlər deputatdan kömək istəyir…

Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı seçicilərimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri mənzil təminatı, əlillik dərəcəsinin alınması, məşğulluq, iş yerini dəyişmək, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. TEZADLAR.AZ   xəbər verir ki, bu barədə Vüqar Bayramov sosial […]

DTX keçmiş müdafiə nazirini korrupsiya ilə bağlı saxladı

Ordunun büdcəsindən oğurluq etmək Vətənə, xalqa və Dövlətə xəyanətdir! Elə bu mənada sentyabrın 12-də, səhər saatlarında saxlanılan Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze xəstəxanaya yerləşdirilib. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib. Məlumata əsasən, keçmiş nazir bir neçə gün öncə Kaxeti bölgəsində kvadrosikldən yıxılaraq yüngül beyin silkələnməsi alıb və […]

Ədliyyə Nazirliyindən də kimə gəldi orden-medal paylayanlara “DUR!” dedilər…

Bəzi şəxslər və ya QHT-lər kimə gəldi orden, medal, “Fəxri Fərman” və s. paylamaqla cəmiyyətdə ciddi narazılıq yaratmaqdadır. Nəhayət, Azərbaycan Ədliyyə Nazirliyi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi saxta medallarla bağlı birgə bəyanat qəbul edib. Tezadlar.az  həmin bəyanatı təqdim edir: “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə […]

Bu da bəzi yerlərə yağan qar və dolu!

s

Bu gün sentyabrın 12-si, səhər saat 09:00-a olan məlumata əsasən, Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dolu düşüb. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az-a verilən məlumat verilib. Yüksək dağlıq ərazilərə – Şahdağ, Laçın və Kəlbəcərdə isə qar yağıb. Düşən yağıntının miqdarı Qusarda 71, Qubada 63, Sarıbaşda (Qax) […]

4 polis əməkdaşı avtoqəzada həyatını itirdi- SƏBƏB

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Tezadlar.az DİN-ə istinadla bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib. Xatırladırıq ki, hadisə bu gün sentyabrın 12-də, səhər saat 05:00 radələrində […]

Attestasiyada minimal nəticə göstərən müəllimlər üçün xüsusi kurslar təşkil edilib

Attestasiyadan minimal nəticə (5 komissiya üzvündən 2-si tərəfindən “uyğun” hesab edilən) göstərən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində xüsusi ixtisasartırma kursları təşkil edilib. Mədəniyyət Nazirliyindən bildirilib ki, onlar müəyyən müddət kurs keçdikdən sonra yenidən xüsusi müsabiqə əsasında imtahan verərək işə bərpa olunmaq imkanı qazanacaqlar. “Attestasiyadan daha aşağı nəticə (4/1 və ya […]

Benyamin Netanyahu İordan çayının sol sahilində tikinti əmri verdi və Fələstin dövlətinin olmayacağını bəyan etdi

İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilinin E-1 bölgəsində məskunlaşanlar üçün minlərlə mənzil tikmək planlarını təsdiqləyib. O, həmçinin bəyan edib ki, İsrail bu torpağı özününkü hesab edir və ayrıca Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək. Tezadlar.az  xəbər verir ki, Netanyahu bunu sentyabrın 11-də Qüdsdən bir neçə kilometr aralıda yerləşən Maale Adumim şəhərində keçirilən mərasimdə deyib. […]

Bilik Gününə həsr olunmuş ədəbi tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, “Gənc şairlər” uşaq layihəsi və X.B.Natəvan adına 4 №-li kitabxana filialı Bilik Gününə həsr olunmuş “Bilik işığının poeziyası” adlı ədəbi tədbir keçirdilər. Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbir […]

Mayor Kuzvesovdan acı etiraf: “Əməliyyatı şəxsi ambisiyalarımla başladım”

Rusiyanın Sverdlovsk vilayəti üzrə FTX idarəsində iyun ayında Yekaterinburqda azərbaycanlıların saxlanılmasından sonra başlayan və Moskva ilə Bakının diplomatik münaqişəsinə səbəb olan hadisələrlə bağlı genişmiqyaslı yoxlamalar davam edir. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yer alıb. Qeyd olunub ki, əməliyyatın təşəbbüskarı Xüsusi İstintaq Komitəsinin mayoru, xüsusi mühüm işlər üzrə dördüncü şöbənin rəisi Yaroslav Kuzvesov olub. […]

Zelenski Kiyevdə Trampın xüsusi elçisi ilə nələri müzakirə edib?

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ilə konstruktiv danışıqlar aparıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında bildirib. Prezident deyib ki, tərəflər əməkdaşlığın müxtəlif sahələrini, real sülhə nail olmaq və Ukraynanın təhlükəsizliyinə təminatları müzakirə ediblər. Sitat: “Bunlar “Patriot”un istehsalı və alınmasının maliyyələşdirilməsi […]

Süni intellekt nazir təyin edildi- PROFESSOR SALEH MƏMMƏDOV YAZIR

…Süni intellekt dövlət məmurlarına da çatdı, süni intellektlə təbii insan intellekti arasında kəskin rəqabət başlayır. Özü də ən yüksək səviyyədə: Albaniya rəsmi olaraq Süni intellekti dünyada ilk dəfə olaraq NAZİR təyin etdi (müsəlmanlar da ayılmağa başlayıb). Adı da DİELLA. Azərbaycanda da nazir vəzifəsinə böyük rəqabət gəlir. Mənə elə gəlir ki, çətin ki, bu ölkədə Chat […]

Yolumuz bu dəfə Hadrut qəsəbəsinə və Xocalının Badara kəndinədir!-32 İLDƏN SONRA

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlət Qaçqınkom- dan “Təzadlar”a verilən məlumatda deyilir ki, bu səhər Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Badara kəndinə 14 ailə – 55 […]

Bu heyyətə yeni oyunçu cəlb edildi

“Murov Az Terminal” kollektivi heyətini yeni voleybolçu ilə gücləndirib. Klubdan “Tezadlar”a verilən məlumata görə, komanda rusiyalı Boris Fistyulyovla anlaşıb. Hücumçu 2025/2026 mövsümü ərzində “Murov Az Terminal”ın şərəfini qoruyacaq.

Çexiya Rusiyanı Polşanın hava məkanını “qəsdən pozmaqda” ittiham etsə də…

Rusiya səfiri Aleksandr Zmeevski Çexiyaya Polşada pilotsuz təyyarələrlə bağlı insidentin kimə faydası barədə düşünməyi tövsiyə edib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Telegram-da məlumat yayıb. Sentyabrın 11-də diplomat Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb və orada departament rəhbərinin müavini Yan Marian ilə söhbət edib. Məlumatda deyilir ki, görüş zamanı Çexiya tərəfi Rusiyanı […]

Braziliya prezidenti ABŞ-ın təhdidlərinə cavab verdi

Braziliya keçmiş prezident Jair Bolsonaroya qarşı çıxarılan təqsirli hökmdən sonra ABŞ-ın mümkün sanksiyalarından qorxmur. Tezadlar.az xəbər verir ki, bunu Braziliyanın hazırkı lideri Luis İnasio Lula da Silva Band telekanalına müsahibəsində deyib. “Heç bir narahatlıq yoxdur. Qorxmuram. Bir ölkənin prezidenti digər suveren dövlətin qərarlarına qarışa bilməz. Əgər hər hansı bir addım atmaq qərarına gəlsə, bu, tək […]

Pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfərinin orta hesabla xərclədiyi məbləğ açıqlandı – bir ayda

Bu ilin yanvar-avqust aylarında ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Tezadlar.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq […]

Kiberdələduzlar indi də saxta konsert, teatr, sərgi biletləri satırlar – Onlayn alışla bağlı xəbərdarlıq

konsert

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır. Bu barədə Tezadlar.az-a    ETX-dən məlumat verilib. Bildirilib ki, dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli və ya […]

Rusiya hərbi qulluqçuların maaşlarını artırır, o cümlədən…

Rusiya hökumətinin qərarına əsasən, çağırış və müqavilə əsasında xidmət edən hərbi qulluqçuların, eləcə də bəzi dövlət qurumlarının işçilərinin maaşları oktyabrın 1-dən 1,076 dəfə və ya 7,6% artırılacaq. Tezadlar.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl hökumətin 9 aprel 2025-ci il tarixli fərmanında maaşların 4,5% artırılması təklif edilib. “Rusiya Federasiyası Hökumətinin 9 aprel 2025-ci il […]

Braziliyanın eks prezidentini hazırkı liderə qarşı sui-qəsddə ittiham edən hakimlərin sayı artdı -çəmbər daralır

Braziliyanın Ali Federal Məhkəməsi sabiq prezident Jair Bolsonaronu Braziliyanın hazırkı lideri Luiz İnasio Lula de Silvanın hakimiyyətə gəlməsinə mane olmaq üçün ordu ilə əməkdaşlıq etməkdə təqsirli bilib. Tezadlar.az  xəbər verir ki, bu, hakim Karmen Lusiyanın təqsirli hökmü qüvvədə saxlayan beş hakimdən üçüncüsü olmasından sonra baş verib. “Prokurorluq inandırıcı şəkildə nümayiş etdirdi ki, Jair Messias Bolsonaronun […]

“Bu gün “sərhədi açmağa hazırıq” şəklində bəyanat verdilər”- Serdar Kılıç

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç İğdıra yollanıb. Tezadlar.az  xəbər verir ki,  jurnalistlərə açıqlama verən səfir Kılıç Ermənistan tərəfi ilə təmasların davam etdiyini vurğulayıb: “Bu araşdırmaları nəzərdən keçirəcək və əvvəlki işləri dəyərləndirəcəyik. Gələcəkdə iki ölkə, xüsusilə də bölgənin iqtisadi həyatı üçün nələrin edilə biləcəyini müzakirə edəcəyik”. Bundan başqa, səfir […]

Musa Qurbanlı ailə həyatı qurur – Qurban Qurbanovun oğlunun toyu

Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Musa Qurbanlının bu gün toyudur. “Tezadlar” xəbər verir ki, Qurban Qurbanovun oğlunun toy mərasimi paytaxt restoranlarından birində keçirilir. Toy mərasimdən fotonu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, Musa Qurbanlı “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı ilə ailə həyatı qurur.  

Əfqanıstanda zəlzələdən sonra yarım milyona yaxın insan təcili tibbi yardıma möhtacdır

Əfqanıstanın şərqində baş vermiş zəlzələdən sonra 500 minə yaxın əfqanın təcili tibbi yardıma ehtiyacı var. “Tezadlar” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. “498 mindən çox insanın, o cümlədən 11 600-dən çox hamilə qadının təcili tibbi yardıma ehtiyacı var. Hazırda onlar həddindən artıq dolu olan müvəqqəti sığınacaqlarda sanitar şəraiti pis olan yerlərdədirlər […]

ÇL 2027 finalı “Metropolitano” stadionunda keçiriləcək

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyunu İspaniyanın “Atletiko” klubunun stadionu “Metropolitano”da keçiriləcək. “Tezadlar” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda keçirilməsinə qərar verilib. Qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək. 2027-ci ildə […]

5 nəfəri qətlə yetirən Əhməd Əhmədova məcburi müalicə təyin edildi

CİNAYƏT İŞİ Qısa arayış… 2024-cü il fevralın 13-də Bakıda ailə qətliamı olur. DİN məlumat yayır ki, saat 16:30-da Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovun qətlə yetirilməsi barədə 35-ci Polis Bölməsinə məlumat daxil olub. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1999-cu […]

Ev elektrik xərclərini artıran cihazlar açıqlandı

Bəzi məişət cihazları evdə gözləniləndən daha çox elektrik enerjisi sərf edir. Mütəxəssislər bildirirlər ki, elektrik sobası bəzən 65 soyuducunun eyni vaxtda işləməsi qədər enerji “yeyə” bilər. Bu da aylıq ödənişlərin ciddi şəkildə artmasına səbəb olur. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, elektrik sobalarının əksəriyyəti 2000-dən 5000 vattadək enerji sərf edir. Onlardan tez-tez istifadə olunduqda aylıq […]

Mourinyonun Premyer Liqaya qayıdış ümidlərinə zərbə

Joze Mourinyonun “Fənərbağça”dan mübahisəli şəkildə ayrılması onun Premyer Liqaya qayıtma ümidlərini yarımçıq qoyub.  Tezadlar.az-ın xarici mediaya istinadl aməlumatına görə, “Vest Hem” üçün adı çəkilən portuqaliyalı məşqçi ilə bağlı keçmiş baş məşqçi Sam Allardyce deyib:,”Potter getsə belə, Mourinyo düşünülməyəcək”. Bu arada İngiltərə mətbuatı Mourinyonun “Fənərbağça”dakı uğursuz dövrünü işıqlandıraraq, onun artıq elit sayılmadığını yazıb. “Fənərbaxça”ya  böyük ümidlərlə […]

Arayik Harutyunyan və digərlərinin işi üzrə məhkəmədə yeni faktlar elan olundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Berlin PUA insidentindən sonra Polşa hava məkanında nəzarəti artırır

Almaniya hökuməti Rusiya PUA-ları ilə bağlı insidentdən sonra Polşa üzərində hava patrullarını genişləndirmək niyyətindədir. “Tezadlar” xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib. “Baltikyanı ölkələr və Polşada mövcud öhdəliklərə əlavə olaraq, Almaniya hökuməti Polşa üzərində hava patrullarını gücləndirəcək və genişləndirəcək”, – Kornelius PUA insidentini şərh edərkən deyib. O, həmçinin vurğulayıb […]

PUA insidenti ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək

PUA insidenti ilə bağlı Varşavanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclası sentyabrın 12-də keçiriləcək. “Tezadlar” xəbər verir ki, bu barədə PAP agentliyinə Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski məlumat verib. “BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası cümə günü Polşa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 23:00-da – red.) keçiriləcək”, – agentlik onun sözlərindən […]

İsveç Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırdı

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın krallıqdakı səfirini çağırıb. “Tezadlar”ın xəbərinə görə, bu barədə xarici siyasət idarəsinin press-relizində bildirilib. “Bu gün, sentyabrın 11-də İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini çağırıb. Bu, Rusiyanın sentyabrın 10-da Polşanın hava məkanını pozmasına etiraz olaraq edilib”, – məlumatda deyilir. Xatırladaq ki, sentyabrın 10-da Polşa ordusunun operativ komandanlığı ölkənin hava məkanını […]

ABŞ rəsmisi Brendan Hanrahan sentyabrın 11-12-də Ermənistanda olacaq

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Hanrahan sentyabrın 11-12-də Ermənistanda səfərdə olacaq. “Tezadlar” xəbər verir ki, bu barədə ABŞ-nin İrəvandakı səfirliyi məlumat yayıb. “Bu səfər ABŞ və Ermənistanın regionda sülh və sabitliyin təşviqinə sadiqliyini vurğulayır. Strateji tərəfdaşlığımızın əsaslarını inkişaf etdirərək, biz ikitərəfli əlaqələri gücləndirməyə və qarşılıqlı maraq doğuran əsas […]

16 yaşlı qıza qarşı zorakılıq: dörd rayon sakini barəsində həbs qətimkan tədbiri seçildi

Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən dörd nəfər 3 aylıq həbs edilib. “Tezadlar”ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib. Zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşlarının keçirdikləri […]

Serdar Kılıç: “İğdır və Qarsın iqtisadiyyatına töhfə vermək istəyirik”

Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir. “Tezadlar” xəbər verir ki, bunu Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç jurnalistlərə açıqlamasında deyib. “Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq İğdır […]

HƏMAS: İsrail Qətərdəki hücumla atəşkəs danışıqlarını pozmaq istəyir

HƏMAS İsrailin təşkilatın Qətərdəki müzakirəçilərinə hücumunun Qəzza zolağında atəşkəs danışıqlarını pozmaq məqsədi daşıdığını bildirib və ABŞ-ni bu hücumda əlbir olmaqda ittiham edib. “Tezadlar” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi Fauzi Bərhum mətbuat konfransı zamanı deyib. “Bu cinayət… bütün danışıqlar prosesinin məhv edilməsi idi… Biz iddia edirik ki, ABŞ administrasiyası bu cinayətdə […]

Dam örtüyündən qopan şifer 67 yaşlı qadının başına düşdü

Naxçıvanda güclü külək zamanı bir nəfər xəsarət alıb. “Tezadlar”ın yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

“Səbail” iranlı hücumçu Ali Babaeini transfer etdi

Azərbaycan I Liqasında çıxış edən “Səbail” legioner futbolçu transfer edib. Klubdan “Tezadlar”a verilən məlumata görə, “dənizçilər” son olaraq Kosovanın “Dukagjini” kollektivində çıxış etmiş  iranlı hücumçu Ali Babaei ilə anlaşıb. 24 yaşlı futbolçunun müqaviləsinin müddəti birillikdir. Qeyd edək ki, “Səbail” ötən mövsüm Misli Premyer Liqasında 22 xalla sonuncu yeri tutaraq I Liqaya yollanıb.

“ADY Əmlak”ın direktoru dəyişdi – vəzifə Əkbər Mədətliyə həvalə olundu

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Əmlak” MMC-nin direktoru Elçin Niyazov vəzifəsindən azad edilib. “Tezadlar” xəbər verir ki, şirkətə rəhbərlik Əkbər Mədətliyə həvalə olunub. O, yaxın aylara qədər “ADY Ekspress” MMC-nin, ondan əvvəl isə “ADY Konteyner”in direktoru olub. E. Niyazov isə azad edildiyi vəzifəyə 2 il bundan əvvəl təyin olunub, bundan əvvəl isə Rəqəmsal İnkişaf və Nəqliyyat […]

ABŞ-da qətlə yetirilən fəalın işi üzrə tüfəng ələ keçirildi

ABŞ Federal Təhqiqat Bürosu (FTB) amerikalı fəal Çarli Kirkin qətlində istifadə edildiyi ehtimal olunan silahı aşkar edib. Bu barədə “Tezadlar” xarici mediaya istinadən məlumat verir. “Biz atəş zamanı istifadə olunduğunu ehtimal etdiyimiz silahı tapmağa nail olduq”, – FTB nümayəndəsi Robert Bols bildirib. Onun sözlərinə görə, tüfəng atəş açanın gizləndiyi meşəlik ərazidə tapılıb. R.Bols Kirkin qatilinin hələ də […]

Xaçmazda 202 cüdoçu kəmər imtahanı verdi

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. “Tezadlar” xəbər verir ki, imtahanda Şimal bölgəsindən olan 202 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. Sınağı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib. Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların […]

27 yaşlı model ağ libası ilə diqqətləri üzərinə topladı

Leonardo Di Kaprionun sevgilisi, 27 yaşlı sevgilisi model Vittoria Ceretti, onun “Bir döyüşün ardınca” adlı filminin Los-Ancelesdəki Çin teatrında keçirilən premyerasını qaçırmayıb. Bu barədə Tezadlar.az xarici mediaya istinadla xəbər verir. Model Vittoria Ceretti məşhur sevgilisinə dəstək olmaq üçün tədbirdə göründükdə, Tom Ford imzalı uzun ağ libası ilə möhtəşəm görünürdü. Minimalist tərzdə seçilmiş geyim boş biçimə malik olub, […]

Professor: “İnsanın yaşını qulaq məməsi ələ verir”

İspaniyanın Komplutense Universitetində estetik tibb üzrə magistratura professoru Mariya Anxeles Lopes Marin bildirib ki, insanın yaşını qulaq məməsi ələ verir. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, ekspertin sözlərinə görə, zaman keçdikcə qulaq məməsi kollagen və elastinin reabsorbsiyası səbəbindən incəlməyə məruz qalır. Onun qeyd etdiyinə görə, klips və ağır sırğalar qulaq məməsinin qocalma prosesini sürətləndirir. Marin […]

Polşa XİN rəhbəri vətəndaşlara çağırış etdi: “Rusiya və Belarusa getməyin”

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib. “Tezadlar” xəbər verir ki, o, bu məsələ ilə bağlı RFM24 radiosunda çıxışı zamanı danışıb. “Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlər – bizim isə hər zaman mübadilə üçün təklif edə biləcəyimiz “girov” olmur… Bir daha xahiş edirəm, […]

OPEC+ avqustda hasilatı artırsa da, planı yerinə yetirə bilmədi

“OPEC+” ölkələri avqust ayında neft hasilatını gündəlik 529 min barel artırıblar. “Tezadlar” xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında qeyd olunur. Bununla belə, onlar könüllü azalmalar və kompensasiyalar nəzərə alınmaqla plandan gündəlik 321 min barel geri qalıblar. Rusiya avqustda planlaşdırılan hasilatdan gündəlik 86 min barel, Səudiyyə Ərəbistanı isə 47 min barel az neft hasil edib. Geriləməyə, həmçinin plandan gündəlik 300 min barel geri qalan Meksika, […]

Alla Puqaçova: “Vətənim mənə xəyanət etdiyi üçün Rusiyanı tərk etdim”

Rusiyanın Xalq artisti, məşhur müğənni Alla Puqaçova uzun müddət sonra ilk dəfə geniş müsahibə verib. “Tezadlar” xəbər verir ki, Puqaçova jurnalist Katerina Qordeyevaya müsahibəsində əsas olaraq Rusiyanı tərk etməsi səbəbləri barədə danışıb. Müğənni xatırladıb ki, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra övladları və həyat yoldaşı Maksim Qalkinlə ölkəni tərk edərək İsrailə yollanıblar. […]

Neftçalada faciə: ana körpəsini qucağından saldı, uşaq öldü

Neftşalada bir yaşlı körpə ana qucağından düşərək ölüb. “Təzadlar” xəbər verir ki, hadisə rayonun II Qaralı kəndində baş verib. İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz uşaqlarından biri – 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb. Faktla bağlı araşdırma aparılır.

Qəzada sürücü yerində ölmüşdü, sərnişin də xilas olmadı

Hacıqabulda iun ayında yol qəzasında xəsarət alan şəxs ölüb. Tezadlar.az xəbər verir ki, hadisə iyunun 28-də Padar kəndi ərazisində qeydə alınıb. Qəza zamanı xəsarət alaraq, Ağsu rayon xəstəxanasına yerləşdirilən sərnişin, 26 yaşlı Xəlilli Xəyal Valeh oğlu görülən tədbirlərə baxmayaraq, sentyabrın 8-də həyatını itirib. Qeyd edək ki, iyunun 28-də Hacıqabul sakini, 33 yaşlı Manafov Şahid idarə etdiyi “Opel” markalı […]

ABŞ Prezidenti yaxın silahdaşını ölümündən sonra mükafatlandırır

Dünən qətlə yetirilən ictimai xadim Çarli Kirk ölümündən sonra Azadlıq Medalı ilə təltif ediləcək. “Tezadlar” Qərb mediasına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tramp Kirkin öldürülməsi ilə bağlı kədər və qəzəbini ifadə edib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın yaxın silahdaşı, mühafizəkar xadim Çarli Kirk sentyabrın 10-da Yuta Vadisi Universitetində (Utah […]

Tramp Hindistanın ticarət nazirini Vaşinqtona dəvət edib

ABŞ prezidenti Donald Tramp Hindistanın ticarət naziri Piyuş Qoyalı ticarət sazişi üzrə danışıqları yekunlaşdırmaq üçün gələn həftə Vaşinqtona səfərə dəvət edib. Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Senatda keçirilən dinləmələrdə ABŞ-ın Hindistandakı səfiri vəzifəsinə namizəd Sercio Qor bildirib. Diplomatın sözlərinə görə, tərəflər fəal danışıqlar aparır və sazişin yekun detallarını müzakirə edirlər. Hindistanlı nazirin […]

Hücumçu Kamran Quliyev klubdan ayrıldı

“Sumqayıt” futbolçusu Kamran Quliyevlə yollarını ayırıb. “Tezadlar” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Polis: spirtli içki və narkotik təsiri altında avtomobil idarə edənlər cərimələndi

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirib. Tezadlar.az xəbər verir ki, tədbirlər zamanı axtarışda olan 7 nəfər saxlanılıb, “isti izlərlə” 8 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 29, xırda xuliqanlıq, məişət səs-küyü, tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi və s. qanun pozuntuları ilə əlaqədar 59 fakt […]

“Atletiko Madrid” Yunus Akgünü transfer siyahısına saldı

İspaniyanın məşhur klubu “Atletiko Madrid” “Qalatasaray”ın futbolçusu Yunus Akgünü transfer hədəfinə alıb. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi oyunçunu yaxından izləmək üçün skautlarını Türkiyəyə göndərmək qərarına gəlib. Əgər klub rəsmiləri 25 yaşlı futbolçunun çıxışından razı qalsalar, transferi reallaşdırmaq üçün 14 milyon avro ödəmələri lazım olacaq. Qeyd edək ki, Yunus Akgünün “Qalatasaray”la müqaviləsi […]

Xaçmaz xəstəxanasında faciə: antibiotik iynəsindən pasiyent öldü

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında vətəndaşın antibiotik iynəsindən həyatını itirdiyi təsdiqlənib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 10-u, saat 16:00-da 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs üçlü sinirin nevralgiyası, astenonevrotik vəziyyət, xroniki haymoritin kəskinləşməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. “Onda vurulan antibiotik inyeksiyası sınağından sonra allergik reaksiya nəticəsində anaflaktik şok […]

İsrailə görə daha iki ölkə “Eurovision”dan çıxmağa hazırdır

Onların qərarı dekabrın sonuna qədər açıqlanmalıdır İsrailin iştirakına icazə verilərsə, İrlandiya və İspaniya “Eurovision” Mahnı Müsabiqəsində iştirakdan çıxmağa hazırdırlar. Tezadlar.az xəbər verir ki, İrlandiyanın RTE yayımçısının baş direktoru Kevin Bakxerst ölkənin iştirakı ilə bağlı yekun qərarın Avropa Yayım Birliyinin rəyindən sonra veriləcəyini açıqlayıb: “Qəzzada davam edən və dəhşətli insan itkiləri nəzərə alınmaqla İrlandiyanın iştirakı qəbuledilməz […]

Sumqayıtda futbolçunun toyu – gəlin müğənni Nurana görə kövrəldi

Azərbaycanlı futbolçu Vüqar Bəybalayevin toyu olub. Tezadlar.az xəbər verir ki, V.Baybalayev Günel adlı xanımla ailə qurub. Sumqayıtdakı restoranlardan birində keçirilən toydan görüntülər sosial şəbəkədə yayılıb. Məclisdə müğənni Nuranı görən gəlin kövrəlib. Məlum olub ki, bəy xanımına sürpriz edərək köhnə dostu olan müğənni Nuranı dəvət edib.

Siyarto Ukrayna ilə münasibətlərin pisləşdiyini etiraf edib

Macarıstanla Ukrayna arasında münasibətlər daha da pisləşə bilər və buna görə Kiyev məsuliyyət daşıyır. Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib. Bundan əvvəl Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Taras Kaçkanın başçılıq etdiyi nümayəndə heyəti ilkin olaraq elan edilmiş xarici işlər naziri Andrey Sıbiqanın əvəzinə […]

İrəvan parlamenti Qazaxıstanla miqrasiya əməkdaşlığına “hə” dedi

Ermənistan parlamenti Qazaxıstanla miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib. “Tezadlar” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Sənəd bir ölkənin vətəndaşlarına digər ölkədə 90 gün müddətində vizasız qalmağa icazə verir. Bundan sonra iş, təhsil, müalicə və digər məqsədlər üçün müvəqqəti yaşayış icazəsi almaq mümkün olacaq. Bundan əlavə, Ermənistan və Qazaxıstanın miqrasiya sahəsində dövlət […]

Sentyabrın 12-nə olan proqnoz: Abşeronda güclü külək

Sentyabrın 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə,  Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Məşhur aktyor pəhrizlə fit görünüş əldə etdi

Türkiyəli məşhur aktyor Ahmet Mümtaz Taylan may ayında pəhrizə başlayıb və 4 ayda ümumilikdə 18 kilo arıqlayıb. Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, fit görünüşü ilə seçilən Taylanın formasını qorumaq üçün pəhrizə davam etdiyi bildirilib. Yay tətilini evində keçirən sənətkar belə deyib: “Həyatımın ən gözəl tətillərindən birini yaşadım, artıq 1 aydır evdəyəm. Möhtəşəm dincəldim. Evdə vaxt […]

“Xalq Bank” nizamnamə kapitalını 446,6 milyon manata çatdırdı

“Xalq Bank” ASC nizamnamə kapitalını 7,5 % artıraraq 415 milyon 596 min 744 manatdan 446 milyon 599 min 506 manata çatdırıb. “Tezadlar” xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 3 milyon 630 min 300 ədəd səhminin nominal dəyərinin 114,48 manatdan 123,02 manata çatdırılması hesabına baş tutub. Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50 %-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i “Euro Standard” MMC-yə (“Xalq […]

Xiyar niyə “sağlamlıq giləmeyvəsi” adlanır? – 8 əsas səbəb

Müntəzəm olaraq xiyar yemək sağlamlığı nəzərəçarpacaq dərəcədə gücləndirə bilər. Xiyar həm yüngül qəlyanaltı, həm də salatlara, soyuq şorbalara və ya içkilərə əlavə kimi əla seçimdir. Botanika baxımından giləmeyvə sayılır, amma mətbəxdə tərəvəz kimi istifadə olunur və həm giləmeyvənin, həm də tərəvəzin üstünlüklərini özündə birləşdirir. O, vitaminlər, minerallar və orqanizmin normal fəaliyyəti üçün lazım olan su ilə zəngindir. Tezadlar.az xarici […]

FGX gömrük adından saxta poçt göndərişləri barədə məlumat verib

Rusiya Federasiyasının Federal Gömrük Xidməti (FGX) beynəlxalq poçt göndərişlərinin yenidən bəyan edilməsi tələbi ilə xidmət adından fırıldaqçılar tərəfindən poçt göndərişləri hallarını qeydə alıb. Tezadlar.az xəbər verir ki, bu barədə FGX Telegram kanalında məlumat yayıb. “Diqqətli olun: fırıldaqçılar. Gömrük orqanları adından vətəndaşlara IPO-nun təkrar bəyan edilməsi (beynəlxalq poçt göndərişləri) və təhlükəsizlik gömrük ödənişlərinin ödənilməsi tələbləri ilə […]

Mi-8 sərt eniş etdi, xəsarət alan olmadı

Rusiyanın Kalininqrad şəhərində Mi-8 helikopteri sərt eniş edib. Bu barədə “Tezadlar” xəbər verir. Məlumata görə, təyyarədə 3 ekipaj üzvü və 20 sərnişin olub. Xrabrovo hava limanındakı məlumatlı mənbə hadisənin əlverişsiz hava şəraiti və güclü külək səbəbindən baş verdiyini vurğulayıb. Xəsarət alan yoxdur.

“Real”ın ulduzu məşqdən uzaq, çimərlikdə sevgisi ilə vaxt keçirir

İngiltərə Serbiya ilə gərgin oyundan əvvəl ciddi məşq edərkən, Cud Bellinqqm 27 yaşlı model sevgilisi Eşlin Kastro ilə Sardiniyada əla vaxt keçirib. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Real”ın 22 yaşlı yarımmüdafiəçisi çiynindən əməliyyat olunduqdan sonra iyul ayından bəri sıradan çıxıb və istirahətdən maksimum yararlanır. Cütlük sevgilərini çimərlikdə nümayiş etdirməkdən çəkinməyiblər.       Eşlinin […]

Sarımsağı uzun müddət necə saxlamaq olar?

Bir çox evdar qadınlar yaxşı bilirlər ki, sarımsağın yığımından cəmi bir neçə ay sonra cücərməsi və ya çürüməsi necə üzücüdür. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, sadə bir üsul var ki, onun sayəsində bu ətirli tərəvəz gələn yayadək təzə qala bilər və bunun üçün nə mürəkkəb şərait, nə də soyuducu tələb olunur. Saxlama üçün sarımsağın […]

Tramp Netanyahunu xəbərdar etdi: “Qətərə hücum etməyin”

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. “Tezadlar” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Portalın məlumatına görə, D.Tramp onu Qətərə hücum əmrləri verməməyə çağırıb. “Bu qəbuledilməzdir, tələb edirəm ki, siz bunu bir daha təkrarlamayasınız”, – adı açıqlanmayan mənbə Trampın sözlərini sitat gətirib.

Güclü külək təhlükəsi ilə bağlı yol polisindən xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 11–12 sentyabrda güclü küləkli hava şəraiti gözlənilir. Bu isə yol hərəkəti iştirakçıları üçün əlavə risklər yaradır. Tezadlar.az xəbər verir ki, bununla əlaqədar olaraq  Bakı Dövlət Yol Polisi İdarəsi (BDYPİ)  sürücülərə və piyadalara müraciət edib. ” Sürücülərə tövsiyə: • Sürəti azaldın, hərəkəti hava şəraitinə uyğun qurun. • Təhlükəsiz ara məsafəsini qoruyun. • […]

Şahbaz Şərif: İsrailin Qətərə hücumu beynəlxalq hüquqa ziddir

Pakistan Qətərin suverenliyi və ərazi bütövlüyünün qorunması üçün onun gördüyü bütün tədbirləri dəstəkləməyə hazır olduğunu bildirib. “Tezadlar” Qətərin QNA agentliyinə istinadən bildirir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu sözləri Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar zamanı deyib. Tərəflər regiondakı son hadisələri, xüsusilə İsrailin bu yaxınlarda Qətərin paytaxtına endirdiyi aviazərbələri, […]

Kot-d’İvuarda suayğırı faciəsi: 11 nəfər itkin düşdü

Kot-divuarda begamotun hücumu nəticəsində 11 nəfər itkin düşmüş hesab olunur. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, begamot Sassandra çayında 14 sərnişin daşıyan qayığı aşırıb. Hazırda yalnız üç nəfərin sağ qaldığı məlumdur. Qalan sərnişinlər hələ də axtarılır. Onların arasında qadınlar və uşaqlar da olub. Mütəxəssislərin sözlərinə görə, Kot-divuarda təxminən 500 suayğırı var. Onlara ən çox ölkənin […]

Təyyarədə sərnişinlərin əl “baqaj”ından oğurluq edən əcnəbilər saxlanıldı – VİDEO

Hava nəqliyyatından istifadə edərkən təyyarənin göyərtəsində olan sərnişinlərin əl yüklərindən oğurluq əməlləri etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar. DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əcnəbi vətəndaşlar — 45 yaşlı Van Hong və 43 yaşlı Zhou Longgen saxlanılıblar. Tezadlar.az  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla məlum olub ki, şübhəli […]

Çarli Kirk kimdir? – Güllələnən siyasətçi haqqında DOSYE

ABŞ-li fəal Çarli Kirk qətlə yetirilməzdən bir gün əvvəl sosial şəbəkədə son paylaşımını ABŞ metrosunda bıçaqlanaraq öldürülən ukraynalı qaçqın İrina Zarutskayaya həsr edib. Tezadlar.az xəbər verir ki, o, cinayəti Demokratların yumşaq siyasətinin nəticəsi kimi qiymətləndirib. “Əgər biz dəyişikliklər istəyiriksə, o zaman İrina Zarutskayanın mənasız qətlini 100% siyasiləşdirməliyik, çünki məhz siyasət imkan verib ki, daha əvvəl […]

Son vaxtlar bank kartlarından edilən oğurluqla bağlı statistika açıqlanmır, maarifləndirməyə stop qoyulub – niyəsini Osman Gündüz açıqlayıb

DİN bank kartları ilə bağlı kibercinayətlərin statistikasının açıqlanmasını nə üçün dayandırıb? Bir zamanlar DİN hər gün bank kartları ilə bağlı kibercinayətlərin statistikasını paylaşırdı. Bu açıqlamalar cəmiyyətin diqqətini çəkir, insanları maarifləndirir, hər kəsi daha ehtiyatlı olmağa vadar edirdi. DİN bu məlumatları həm özündə toplanan datalardan, həm də banklarla DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi arasında real vaxtda […]