Əsas məzmuna keç

Bu dəfə inəklər yox, onlar dabağın güdazına getdi…

Dabaqdan da dələduzluq əməli kimi istifadə edirmişlər… Budur, “Kraska”-nı spirtə qarışdırıb dabaq əleyhinə dərman hazırlayıb satan şəxslər ifşa olunublar. Tezadlar.az DİN- nin Mətbuat Xidmətinə istinadla bildirir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları birgə tədbir keçiriblər. Tədbirlərlə inşaat boyalarını texniki spirtlə qarışdıraraq saxta dərman kimi qablaşdırıb satan Zərbi və Rəvan Zamanovlar saxlanılıblar. Araşdırmalarla bu məhlulun dabaq xəstəliyinə qarşı heç bir effektinin olmadığı müəyyən edilib. Faktla bağlı araşdırma davam edir.
Beləcə, bu dəfə inəklərin bəxti gətirdi, çünki bu binəva heyvanların xəstəliyindən sui- istifadə edərək şəxsi qazanc əldə etmək istəyənlərin özləri dabağın güdazına getdi… Yoxsa, nə qədər mərdimazar əməllər heyvanları və onların sahiblərini quru yurdda qoyacaqdı…
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…