Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Yollarla bağlı daha bir şikayət Lənkəran rayonunun Viravul kəndindəndir.
Rayon sakinlərinin sözlərinə görə, 30 ilə yaxındır yolları keçilməz olub: “Yolun asfalt örtüyü dağılıb, yağışlı havalarda yaranan su gölməçələri insanların və avtomobillərin hərəkətə mane olur”.
Bildirilir ki, kəndin mərkəzi və ara küçələrində yayda toz-torpaq, qışda isə su gölməçələri səbəbindən yolda hərəkət etmək çox çətindir. Hava şəraiti pisləşəndə vəziyyət daha da çətinləşir.
Kəndin mərkəzi yolunun uzunluğu 4.4 km-dir. Sonuncu dəfə 1991-ci ildə əsaslı təmir olunub. Yol dağıntılara məruz qaldıqdan sonra bir neçə dəfə daxili imkanlar hesabına təmir edilib. Amma yolun son vəziyyəti göz qabağındadır”.
Sakinlər bildirir ki, dəfələrlə məsələ ilə bağlı icra başçısı Taleh Qaraşova şikayət etsələr də, bir nəticəsi olmayıb.
E.ŞİRİNOV