Daşkəsəndə leysandan sonra qısa müddətli dolu yağışı qeydə alınıb

Oxunma sayı: 487

Gəncə və ətraf rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraiti Daşkəsən rayonunda da öz təsirini göstərib.

Tezadlar.az  xəbər verir ki, bu gün axşam saatlarında yağan leysandan sonra təxminən 5–10 dəqiqə ərzində rayonun bir neçə kəndinə dolu yağıb.

Dolu əsasən qısa müddətli olub və ciddi fəsadlara yol açmayıb.

Hazırda isə qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.

Xəbəri paylaş

22 İyun