6 Avqust 2026 / 22:57

“Dinamo Kiyev” – “Qarabağ”: Start heyətləri açıqlandı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək Ukraynanın “Dinamo Kiyev” və Azərbaycanın “Qarabağ” komandalarının start heyətləri bəlli olub.

Tezadlar.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

“Dinamo Kiyev”:

71. Surkis, 5. Sych, 6. Brazhko, 11. Ponomarenko, 15. Rubchynskyi, 21. Lonwijk, 32. Mykhavko, 39. Guerrero, 44. Dubinchak (k), 70. Redushko, 94. Kędziora.

“Qarabağ”:

99. Kochalski, 2. Silva, 4. Várkonyi, 7. Mouaddib, 8. Janković, 10. Zoubir (k), 21. Kaşçuk, 25. Makreckis, 29. Cephas, 35. Pedro Bicalho, 44. Cəfərquliyev.

————–

Bu gün “Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyuna çıxacaq.

Tezadlar.az xəbər verir ki, Polşanın Lublin şəhərindəki “Lublin Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!