Dünyanın cəmi 7 ölkəsinin hava keyfiyyəti ÜST standartlarına cavab verir – ən çirkli ölkələr isə…

“Dünya əhalisinin 99%-i havanın keyfiyyəti ilə bağlı tövsiyə olunan səviyyələrə cavab verməyən ərazilərdə yaşayır”.

***

Hava keyfiyyətinin monitorinqi şirkəti IQAir (historic air quality information) tərəfindən toplanan məlumatlara əsasən, 2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hava keyfiyyəti standartlarına yalnız yeddi ölkə əməl edib.

Tezadlar.az    xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Belə ki, 2024-cü ildə havanın ən təmiz olduğu ölkələr Avstraliya, Yeni Zelandiya, Baham adaları, Barbados, Qrenada, Estoniya və İslandiyadır.

2024-cü ildə dünyanın ən çirkli havası olan ölkələr Çad, Banqladeş, Konqo, Pakistan və Hindistandır. Sonuncu, dünyanın ən çirkli doqquz şəhərindən altısına ev sahibliyi edir, o cümlədən siyahının lideri, ölkənin şimal-şərqində yerləşən sənaye şəhəri Birnihat.

Mütəxəssislər hesab edirlər ki, dünyanın bir çox yerlərində daha dəqiq araşdırmalar mümkün olmadığından, faktiki havanın çirklənmə səviyyəsi daha yüksək ola bilər. İstifadə olunan məlumatlar 138 ölkədə 8954 yerdə müxtəlif qurumlar, o cümlədən dövlət qurumları, tədqiqat institutları, qeyri-kommersiya təşkilatları, məktəblər, universitetlər, özəl sektor şirkətləri və vətəndaş alimləri tərəfindən idarə olunan 40 000-dən çox tənzimləyici hava keyfiyyətinin monitorinqi stansiyalarından əldə edilmişdir. Reytinqləri tərtib etmək üçün tədqiqatçılar bir təqvim ili ərzində yer səviyyəsində toplanmış real vaxt rejimində havanın çirklənməsinə dair məlumatların orta göstəricilərindən istifadə ediblər.

ÜST-nin məlumatına görə, havanın çirklənməsi hər il dünyada 7 milyondan çox vaxtından əvvəl ölümə səbəb olur. Bildirilir ki, dünya əhalisinin 99%-i havanın keyfiyyəti ilə bağlı tövsiyə olunan səviyyələrə cavab verməyən ərazilərdə yaşayır. Havanın çirklənməsi tənəffüs və inkişaf sağlamlığına əhəmiyyətli təsir göstərdiyinə görə, ölüm üçün ikinci aparıcı qlobal risk faktoru və 5 yaşadək uşaqlar arasında ölüm halları üçün ikinci aparıcı risk faktorudur.

***

Xatırladaq ki, qeyd edilən məlumatlar dünyanın yalnız 138 ölkəsində aparılıb. Dünyadakı bütün ölkələrin sayına  müxtəlif beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən fərdi olaraq, öz hesablama meyarlarından istifadə etməklə müəyyən edilir. Nəticədə, dünya ölkələrinin sayı ilə bağlı məlumatlar mənbədən asılı olaraq çox vaxt fərqlənir. Məsələn, ümumi tanınan və nüfuzlu siyahılardan birini ən böyük beynəlxalq birlik kimi BMT-nin məlumatları hesab etmək olar: 2025-ci ilə qədər təşkilata 193 dövlət daxildir, daha ikisi müşahidəçi statusuna malikdir. Eyni zamanda, təşkilatın statistika bürosunun məlumatlarına müraciət etsək, bu siyahı xeyli genişlənəcək – 248 ölkə.

“Ölkə” və “dövlət” anlayışları arasında isə mühüm fərq var: ölkə müəyyən sərhədləri, əhalisi, mədəniyyəti və tarixi olan ərazini ifadə edən coğrafi və sosial-mədəni anlayışdır. Onun öz hökuməti ola bilər və ya başqa dövlətin tabeliyində ola bilər.

Dövlət də öz növbəsində siyasi və hüquqi anlayışdır. Bu, müəyyən bir ərazidə hakimiyyətə malik olan, qanunlar təyin edən və onların həyata keçirilməsini təmin edən cəmiyyətin təşkilatıdır: dövlət başqa dövlətin ərazisi ilə əhatə oluna bilər və yenə də müstəqil qurum (anklav) olaraq qala bilər.

Y.Məmmədli

P.S. Qeyd edək ki, Azərbaycanın adı həmin siyahıda 49-cu yerdə, narıncı bölgüdə-18.3 (Exceeds by 3 to 5 time) qərarlaşıb.

Xəbəri paylaş

18 Mart