Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Sentyabr 2021 / 05:28

FLORA KƏRİMOVA İLƏ FAİQ AĞAYEVDƏN “BİR DAHA”…

Xalq artisti Flora Kərimova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Belə ki, müğənni illərdir danışmadığı Xalq artisti Faiq Ağayevlə videolarını İnstaqram hesabında yayımlayıb. Paylaşımda ifaçıların illər əvvəl eyni səhnədə “Bir daha” mahnısını duet şəklində oxuduğu yer alıb.

F.Kərimova paylaşımına “Bu alqışlar gözəl bəstəyə görə Eldar Mansurova və söz müəllifi Pənah Rüstəmədir” – deyə qısa şərhini yazıb.

Xatırladaq ki, F.Kərimova və Faiq Ağayev illərdir danışmır. Onlar dəfələrlə bir-birinin ünvanına xoş olmayan ifadələr səsləndirib. Hər iki müğənni heç vaxt barışmayacağını açıqlayıb. 

Yoxsa, bu, Flora xanımdan barışığa doğru atılan ilk addım, yaxud rəmzi barışıq jestidir? Amma hər bir halda, bunun niyə və nə üçün edildiyini bilmək maraqlıdır. Hesab edirik ki, bunun açıqlaması olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!