Gözlənildiyi kimi, bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə görüşlər start götürəcək. Tezadlar.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçiriləcək.
Matçlar G, H və K qruplarında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı D qrupunun oyunları sentyabrın 5-də başlayacaq.
21 mart
H qrupu
21:00 Kipr – San Marino
23:45 Rumıniya – Bosniya və Herseqovina
G qrupu
23:45 Malta – Finlandiya
23:45 Polşa – Litva
K qrupu
23:45 Andorra – Latviya.
23:45 İngiltərə – Albaniya