20 Noyabr 2025 / 07:57

Göygöl rayonunda avtomobil divara dırmaşdı- 2 ölü və…

Bu gün səhər saatlarında Göygöl rayonunda ağır avtoqəza baş verib, 2 nəfər hadisə yerində dünyasını dəyişib, xəsarət alanlar var. Əraziyə təcili tibbi yardım biriqadaları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Göygöl rayonu ərazisində baş verən ağır yol qəzasında dünyasını dəyişənlərin şəxsiyyəti də müəyyən edilib. Məlum olub ki, “Mercedes” avtomobilinin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və 1990-cı il təvəllüdlü Əhliman Ramiz oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Hadisənin əsl səbəbinin isə sürücü diqqətsizliyi ehtimalıdır. Axı təzə avtomobil idarəetmədən niyə çıxmalıdır? Sürücülərin telefonla danışması avtoqəzaların ən azı 60-70 faizini təşkil edir.

Elşad

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!