Suyun həyat mənbəyi olması inkar edilməz faktlardandır. Həyatı susuz təsəvvür etmək mümkün deyil. Su Tanrının insanlara, təbiətə bəxş etdiyi ən gözəl möcüzələrindən biridir. Susuz bəşəriyyət məhv olar. Bəli, suyun olmaması canlı aləmin məhv olması deməkdir. Həyat mənbəyi olan sudan istifadə etməyin ölçüsünü bilmək çox vacibdir. Necə deyərlər hər şey öz ölçüsündə, qədərində gözəldir. El arasında hətta belə bir söz də var; “Gülü susuz qoyarsan quruyar, çox sulasan çürüyər”. Bəli, bu həqiqətən belədir. Araşdırmalar zamanı məlum olmuşdur ki, suyun insan orqanizmi üçün faydalı və faydasız tərəfləri mövcuddur.
Bu gün biz də “Təzadlar”olaraq oxucularımızla bu faktları bölüşmək istədik.
Suyun insan orqanizmi üçün faydaları
- Dərini gözəlləşdirir.
- Bədən hərarətini tənzimləyir.
- Bədəndə yığılmış zərərli maddələrin xaricə atılmasına imkan verir.
- Hüceyrələrə qida və oksigen daşıyır.
- Qəbizliyin qarşısını alır.
- Böyrək və qaraciyərin yükünü azaldır.
- Qan dövranını təmin edir.
- Beyni, onurğa beyni və bənzər orqanları zərərli xarici amillərdən qoruyur.
- Stres səbəbindən yaranan sızanaqların qarşısını alır.
- Dərini sağlam və elastik edir.
Suyun insan orqanizmi üçün zərərləri
- İsti duş aldıqdan dərhal sonra su içmək qətiyyən olmaz. Əgər içilərsə orqanlar tez qocalar.
- Acı bibər yedikdən sonra su içilərsə qastrit, mədə xorası və bağırsaq xəstəliklərinin yaranmasına səbəb olar.
- Meyvə yedikdən sonra suyun qəbulu mədədə turşuluğun yaranmasına səbəb olur.
- İdman hərəkətləri etdikdən sonra su içmək qaraciyər və dalağın böyüməsi ilə nəticələnir.
- Şirniyyat yedikdən sonra suyun içilməsi şəkərin qalxmasına səbəb olur.
- Ac qarına su içmək köp yaradır.
- Həddindən artıq su içmək su zəhərlənməsinə gətirib çıxarır.
- Çox su içmək aşağı qan təzyiqi kimi simptomlara səbəb ola bilir.
- Buz kimi su içmək miqren xəstəliyi yaradır.
- Normadan artıq sudan isifadə bədəndəki mineral bazasının pozulması ilə nəticələnir.
Bir sözlə, heç bir şey görünüb bilindiyi kimi deyil. Bu gün həyat verən su, sabah sizi boğa bilər!.. Şair Nizami Gəncəvi demişkən:
– Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
Hazırladı: Rövşanə Nağıyeva