Əsas məzmuna keç

İRANDA “SEPAH” KOMANDİRİ ÖLDÜRÜLDÜ

İran paytaxtı Tehranda İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) polkovnik Səyyad Xodai terror aktı nəticəsində öldürülüb.

Bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusunun ictimaiyyətlə əlaqədar şöbəsi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün axşam saatlarında Tehranın Mocahedin İslam küçəsində baş verib. Belə ki, iki motosikletçi polkovnikə 5 dəfə atəş açıb və mənzilinin qarşısında onu qətlə yetirib.

Məlumatda bildirilir ki, terror aktını törədən şəxslər axtarışa verilib. Terror edilən polkovnik S.Xodayi Suriyada döyüşüb. Onun əks-inqilabçılar tərəfindən öldürüldüyü bildirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…