Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin Batman şəhərində Ziya Baltaş (67) 14 mərtəbəli binanın 6-cı mərtəbəsindəki liftdə qalmış biri uşaq olmaqla iki nəfəri xilas etməyə çalışarkən lift şaxtasına yıxılaraq həyatını itirib.
Tezadlar.az CNN-əistinadən xəbər verir ki, hadisə səhər saatlarında Belde Məhəlləsindəki Lotus Park Sahəsindəki C Blok Mənzil binasında baş verib.
Hadisə yerinə səhiyyə, polis və yanğınsöndürmə qrupları göndərilib. Tibb işçiləri Baltaşın öldüyünü müəyyən ediblər.
Evli və üç uşaq atası olan Baltaş hadisə yerində aparılan araşdırmadan sonra yarılma üçün Batman Təlim və Araşdırma Xəstəxanasının morquna aparılıb.
Liftdə qalmış iki nəfər qruplar tərəfindən xilas edilib. Hadisə ilə bağlı araşdırma başlanıb.
E.ŞİRİNOV