Gürcüstanın "Tv Pirveli" kanalı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən din xadimlərinin şəxsi həyatlarının izlənilməsi ilə bağlı süjet hazırlayaraq, müxtəlif sənədlər paylaşıb.

Bu məsələ ölkədə ciddi narahatlıq və narazılıqla qarşılanıb. Hakim partiyanın parlament çoxluğunun rəhbəri Mamuka Mdinaradze bu məsələdə "Vahid Milli Hərəkat" partiyasını günahlandırıb. O, müxalifət partiyasını Gürcüstan dövlətçiliyinin və kilsənin düşməni adlandırıb: "Vahid Milli Hərəkat və ona aid olan telekompaniyalar tərəfindən dövlətçiliyimizə və kilsəyə qarşı növbəti hücumu görmüş olduq. Biz dövlət və kilsəni qarşı-qarşıya qoymağın daha bir uğursuz cəhdini gördük. Bu anti-dövlət və anti-kilsə kompaniyasının davamıdır və bunu radikal siyasi qüvvə illərdir ki, həyata keçirir. Saakaşvili, Bokeria, Qvaramia, Meladze və bizim dövrümüzün digər bolşevikləri artıq uzun müddətdir ki, bizim milli identliyimizin əsasını zədəlmək istəyirlər. Onlar dövlətə və kilsəyə qarşı hücuma keçirlər. Ancaq, onların bu cəhdləri uğursuzluğa düçar olur. Gürcü xalqı Vahid Milli Hərəkata, gürcü dövlətçiliyi və kilsənin düşmənlərinə 2 oktyabrda cavab verəcək", - deyə Mdinaradze bildirib.

Zərurət yarandığı təqdirdə xüsusi xidmət orqanlarının belə addımları gözləniləndir. Xüsusən də din xadimlərinin. Çünki onlar əhali arasında daha çox olurlar və onların söylədikləri daha tez ictimai rəyə təsir edə bilir.

Amma, məsələn, sosial şəbəkələrdə yazırlar ki, Ermənistanda bu problemin asan həlli yolunu tapıblar. Belə ki, kilsə rəhbərlərini əsasən DTX əməkdaşından seçirlər. Bununla da əlavə əziyyətə ehtiyac qalmır...

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA