Suraxanı rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri davam etdirilir.

Rayon ərazisində sakinlərin asudə vaxtının xoş və səmərəli keçirilməsi məqsədilə nümunəvi abad məhəllələr salınır, eləcə də məhəllələrdə təmir bərpa işləri aparılır.

Belə məhəllələrdən biri də Yeni Günəşli qəsəbəsinin "V" yaşayış sahəsində yerləşən 1, 5,28 və ətraf binaların məhəllələridir. Son günlər isə 5 və 1-ci evlərin məhəllələrində genişmiqyaslı abadlıq işlərinə başlanılmışdı. Belə ki, binaların daxili həyətləri asfaltlanmış, istirahət üçün xüsusi konstruksiyadan ibarət oturacaqlar, qocalar evi tikilmiş, uşaqlar üçün atraksionlar quraşdırılmış, gözəl park salınmışdır. Parka su xətti çəkilmiş, işıq dirəkləri, kamera quraşdırılmışdır. Parka yüzlərlə dekorativ və həmşəyaşıl ağaclar, gül-çiçəklər əkilmişdir. Sakinlərin tam rahatlığını təmin etmək üçün parka çoxlu skamyalar qoyulmuş, boş sahələrə süni yaşıl ot döşənmişdir.Sakinlər dövlətimizin bu qayğısından çox məmnundurlar və onların, uşaqların sevincinin həddi-hüdudu yoxdur. Park  o qədər gözəl tərtib edilib ki, burada hansısa bir qüsur tapmaq mümkün deyil. Parkda quraşdırılmış ən müasir işıq dirəkləri gecələr məhəlləni tam işıqlandırır və uşaqlar hətta gecələr də quraşdırılan atraksionlardan əl çəkmək istəmirlər.

 Sakinlər  dövlətimizə, eyni zamanda Suraxanı Rayon İcra hakimiyyətinə dərin təşəkkürlərini bildirirlər.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN