Son zamanlar tez-tez  Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə

narkotik vasitələrin qanunsuz dövriyyəsi və onların təbliği ilə məşğul olan şəxslərin araşdırılaraq tapılması və istintaqa cəlb olunmaları barədə məlumatlarını oxuyuruq. Həbs edilənlərin çoxunda isə başqa narkotik vasitələrlə yanaşı, “patı” deyilən narkotik vasitənin aşkarlanması barədə xəbərlər diqqət çəkir. Demək olar ki, “patı” kəlməsinə bu mövzuda paylaşılan əksər xəbər başlığında rast gəlinir. Qeyd edək ki, “patı” deyilən bu narkotik vasitənin adı son zamanlar dillərə düşüb. Sən demə, bu narkotik vasitənin əsl adı metanfetamin imiş...

Metafetamin isə şüşə tərkibli sintetik narkotik vasitədir. Bu maddəni ilk dəfə İkinci Dünya müharibəsi zamanı alman əsgərlərə oyaq qalmaları və aclıq hiss etməsinlər deyə məcburən verildiyi barədə də məlumatlar var.

Bəzi mənbələrin məlumatına görə, o, bədəndə yaralar yaradır, ağ ciyəri deşir, ömrü qısaldır, yəni ondan istifadə edənlərin maksimum 3-4 il ömrü olur. Və bu narkotik vasitə, hətta “arıqlamaq” üçün qadınlara təklif edilirmiş...

Tibb Baş İdarəsinin narkologiya üzrə inspektoru-həkim Fərman Fərmayılov da  bu maddənin bəzən arıqlamaq vasitəsi kimi  istifadə edildiyi fikrini təsdiqləyib: “Son zamanlar “patı” deyilən narkotik vasitədən arıqlamaq üçün istifadə olunur. Bu, iştah küsdürür, maddələr mübadiləsini sürətləndirir və bədəndə piylər əriməyə başlayır”.

Həkimin sözlərinə görə, bunun nəticəsində orqanizmin daxili imkanları hesabına kənardan əlavə qidaya ehtiyac olmur, enerji ehtiyatı çoxalır: “Bu da bir müddətdən sonra orqanizmin daxili enerjisinin tükənməsinə səbəb olur. Bu narkotik maddənin ən təhlükəli xüsusiyyəti odur ki, ilk qəbuldan asılılıq yaratmır və aldadıcı təsir göstərir”, - deyə o, bildirib.

Bəşəriyyətin bəlasına çevrilmiş narkotikanın narkotacirlər tərəfindən bu “arıqladıcı” xüsusiyyətini önə çəkərək nə qədər insanın bu bəlaya mübtəla edildiyi də artıq ortaya çıxır. Deməli, bu, xüsusi məqsədlə edilir – nə qədər çox narkotika asılısı yaranarsa, o qədər çox gəlir əldə etmək. Başqalarının bədbəxtliyi, həyatı bahasına milyonlara, milyardlara sahib olmaq... 

Elə bu bəşəri bəla ilə daim mübarizə aparan hüquq-mühafizə orqanları da ictimaiyyətdən dəstək, kömək istəyir. Bu məqsədlə də bu günlərdə Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatla bağlı ictimaiyyətə müraciət etdi.

Müraciətdə qeyd edilirdi ki, hazırda xüsusi karantin rejimi ilə əlaqədar kütləvi tədbirlər keçirmək mümkün olmadığından vətəndaşların köməyinə həmişəkindən daha çox ehtiyac duyulur.

“Biz bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvənirik, eyni zamanda mediadan, sosial şəbəkə istifadəçilərindən, blogerlərdən və jurnalistlərdən də gözləntilərimiz çoxdur. 

Ümid edirik ki, “narkotiklərə yox” devizi hamılıqla dəstəklənəcək, hər kəs XXI əsrin ən ağrılı problemlərindən biri olan narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini verəcəkdir”, - deyə müraciətdə vurğulanır.

Göründüyü kimi, bu ağrılı məsələdə hər birimiz səfərbər olmalıyıq. Bu dəhşətli bəlanın bir gün bizim də qapımızı döyməməsi üçün.

JASMİN 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA