booked.netbooked.net booked.net  

Son vaxtlar bəzi sosial şəbəkələrdə MEDİA Agentliyinin maliyyələşdirdiyi saytlarla bağlı fərqli fikirlər səsləndirilir. Mövzu əsasən bu saytların Azərbaycan xalqına və ölkə ictimaiyyətinə verdiyi səmərənin nədən ibarət olması haqqındadır…

Tezadlar.az saytının rəhbəri Asif Mərzili bu və ya digər suallara cavab kimi özünün sosial şəbəkə hesabında bəzi faktları açıqlayıb. Aşağıda təqdim edirik:

- Bəziləri mahiyyəti bilmədən yazır ki, MEDİA Agentliyi niyə bu qədər sayta dəstək verir, onların xeyri nədir Azərbaycan cəmiyyətinə və s. Vüqar Səfərli və Əli Həsənov dönəmini müqayisə etsəniz, bilərsiniz ki, MEDİA-nın ətəyində namaz qılmaq olar... Bəli, şərtlər ağırdır, günə ən azı 21  özəl xəbər hazırlamaq, özü də hamının 3 aydır yay istirahətində olduğu bir vaxtda, mox çətindir... Amma "Təlimat" belə tələb edir. Bəzən isə elə olur ki, məsələn, "Təzadlar"da 21 deyil, 30-40 xəbər yayımlanır, onun da ən azı 80-90 faizi özəl xəbər olur. Eləcə də Türkiyə mediasında özümün yazılarım olur, bu daha bir üstünlükdür... Özümüzdən danışa bilərəm: MEDİA-nın dəstəyi sayəsində tezadlar.az saytının virtual aləmə-dünyaya çıxışının texniki təminatını ən yüksək səviyyəyə çatdırdıq. Məsələn, saytda bütün yazıların erməni dilindən tutmuş dünyanın 38 dilinə avtomatik tərcümə proqramı var. Yazıları erməni dilinə təmiz tərcümə edib ermənilərin fb səhifələrinə atırıq. 2.Yeganə saytdır ki, təqvimdə həm də gündəlik yazıların-xəbərlərin sayı ifadə olunur, əlavə monitorinqə ehtiyac qalmır (şənbə-bazar və bayram günləri monitorinqə düşmür). 3-cü, MEDİA-nın dəstəyi və güvəni sayəsində Türkiyə mediasında Azərbaycanla bağlı indiyədək onlarla yazım və xəbərlərim yayımlanıb. 4.MEDİA-nın güvəni sayəsində 2021-ci ildən Avropa Mətbuat Federasiyasının üzvü seçilmişəm, 38 ölkədə akreditə edilmişəm. 5. Türkiyənin https://anadoluyakasihaber.com saytının köşə yazarı və Azərbaycan üzrə rəsmi təmsilçisi seçilmişəm. 6.MEDİA-nın güvəni sayəsində Türkiyə Qəzetiçilər Assosiasiyasının üzvüyəm. 7.Həmçinin Türkiyə mənşəli trtajans.az saytının İdarə Heyətinin sədr müavini seçilmişəm. 8.Medianın dəstəyi sayəsində "TEZADLAR TV" internet TV-nin texniki bazasını qurmuşuq, yaxın vaxtlarda canlı efirdəyik... Və sair. Bütün fəaliyyətdə məqsəd və niyyət Azərbaycanın uğurlarını gözü kor, qulağı kar və dili lal dünyaya çatdırmaqdır... Biz də əlimizdən gələni edirik. Azərbaycana bundan artıq media əməkdaşları olaraq nə edək? Aylıq maaş isə 600-55 (vergilər) = 545 manatdır…

Təqdim etdi: E.Şirinov

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN