Bu gün nəhayət, Qərbi Ukraynanın Lvov şəhərində Ukrayna prezidenti Vlodimir Zelenski, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş keçirilib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, görüşdə 3 əsas məsələ müzakirə olunub. Məlumata əsasən, tərəflər taxıl ixracını, Rusiya tərəfindən işğal olunmuş Zaporojye AES-dəki qeyri-sabit vəziyyəti və təxminən 6 aya yaxın davam edən müharibəyə son qoymaq səylərini müzakirə ediblər. Qeyd edək ki, üç tərəfli görüş təxminən 40 dəqiqə davam edib.

Türkiyənin siyasi mənbələri isə həm də məlumat yayıb ki, R.T.Ərdoğan Putinlə Zelenskinin dı görüşünün təşkilinə hazırlıq görməkdədir... Ekspertlər hesab edir ki, müharibəninayandırılmasına xidmət mənasında bu tarixi və vacib görüş indiki halda daha çox Rusiyaya lazımdır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN