Xankındidə uzun illərdir at oynadan və 1828-ci ildə İrandan və Türkiyədın Qarabağa köçürülmüş ermənilər bu tarixi niyə unutmaq istəyirlər?

Yaxşış o tarix bir az köhnədir, bəs Azərbaycan ordusunun iki il əvvəlki Qarabağda Ermənistanın bütün bu arzularını puç edib təslimçilik aktına imza atdırmasını niyə belə tez unudublar??? Unudublar deyə, yenə  Xankəndidə yaşayan ermənilər diqqəti öz üzərlərinə cəlb etmək məqsədi ilə etiraz aksiyası keçiriblər. Yenidən dəmir yumruq dadmaq istəyən ermənilər Azərbaycanın tərkib hissəsinə çevrilməyə etiraz ediblər. Qondarma rejim "Artsax"ın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayacağını bildirən bəyanat qəbul edib. Etirazçılar Nikol Paşiniyanın təkbaşına qərar verməli olmadığını və beynəlxalq təşkilatları bu məsələdə müdaxilə etməyə çağırıblar.
 Məsələ ondadır ki, Bu gün oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli danışıqlar aparacaq. Bu danışıqların nəticəsi olaraq Paşinyan 2 il əvvəl imzaladığı təslimçilik aktına uyğun olaraq Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Əks halda, Ermənistan iki yol ayrıcında qalacaq: ya sülh müqaviləsi, ya da Dəmir yumruq!

İndi seçim Ermənistanındır.

A.Məmmədli


 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN