Sonradan öyrəndim ki, mənim kimliyimi öyrəniblər və adımı “ölüm siyahısı”na salıblar... Artıq mənə çarə yox idi. Və İrandan bircə fotoaparatımı götürüb ata-anamla xudahafizləşib getdim...

Bunu TEZADLAR.TV-nin efirində qonaq olan Fransada yaşayıb fəaliyyət göstərən, Azərbaycan əsilli fotoqraf – jurnalist Reza Deqati bildirib.

Rza Deqati Iranda Məhəmməd Şah Rza Pəhləvinin devrilməsindən, İran inqilabı dövründən, o zamankı yeni hakimimiyyətdən - Ruhullah Musəvi Xomeynidən, fotolarına görə təqib olumasından, Fransaya mühacirət etmə səbəbindən danışıb.

“...Onlar  əvvəlcə Tehran Universitetinə hücum etdilər, tələbləri vurmağa başladılar. Mən bütün baş verən hadisələrin fotolarını çəkib dünyaya yaymağa başladım. Bu hadisədən sonra türkmənlərin ziyalılarını, aydınlarını... gecə vaxtı qətlə yetirdilər, hansı ki, mən onları tanıyırdım. Bütün bu hadisələri də dünyaya çatdırdım” , - deyə Reza bəy bildirib.

O, İranda təqib oluna biləcəyi səbəbindən  soyadını dəyişərək fotolarını təqdim etməyə başladığını bildirib. Onun sözlərinə görə, İranda kişilər arasında Reza adı  çoxluq təşkil etdiyi üçün bu ad altında fəaliyyət göstərmək rahat olub.  Reza bəy bildirib ki, yeni hakimiyyətin törətdiyi bir çox qanlı hadisələrin fotolarını çəkib dünyaya yaydığı üçün adı onların “ölüm siyahısı”na salınıb.   

“Onlar (o zamankı İran hakimiyyəti-red) görəndə ki, bu fotolar dünyaya yayılıb çaşıb qaldılar. Düşündülər ki, biz hər tərəfə yolları bağlayırıq, jurnalistlər gəlib-gedə bilmir, amma baş verənlər yayılır . Bu fotoları çəkib yayan kimdir?.. Sonradan öyrəndim ki, mənim kimliyimi öyrəniblər və adımı “ölüm siyahısı”na salıblar... Artıq mənə çarə yox idi. Və İrandan bircə fotoaparatımı götürüb ata-anamla xudahafizləşib getdim”,- deyə bildirib.

Məşhur fotoqraf bildirib ki, o zaman dünyada 2 böyük şəhər vardı ki, dünya səviyyəli fotojurnalistlər orda toplaşardı: biri Paris idi, digəri Nyu-York idi.

“Mən Parisə getdim...

O zamanlar “qaynar nöqtələr”ə tez getmək üçün bu qədər təyyarə yox idi. Qəflətən Afrika ölkələrində, Livanda hansısa hadisə baş verdikdə  Parisdən getmək daha yaxın idi. Artıq 43 ildir ki, Parisdə yaşayıram və İrana getməmişəm... O zamandan deyirəm ki, heç zaman imkan verməyin ki, hökumət din adamlarının əlinə keçsin – istər müsəlman olsun, istər məsihi, istərsə də yəhudi . Din başqadır, dövlətçilik başqa. Bunlar bir-birinə qarışanda aləm qarışır. Görün, bu 43 ildə bunlar İranın başına nə oyun açdılar...Livanda, Suriyada, Yəməndə, Fələstində xalqa nələr etdilər...

Xatırladaq ki, Reza Deqati Cənubi Azərbaycanda, Təbriz şəhərində dünyaya göz açıb. Fəaliyyəti ilə bağlı (fotoları) gənc yaşlarından İrandakı təqiblərdən (həbsxana, işgəncə) yaxa qurtarmaq üçün Fransaya mühacirət etmək məcburiyyətində qalıb. Qəlbi Azərbaycanla döyünən, Qarabağ həqiqətlərini öz fotolarının yaddaşına köçürərək dünyaya çatdıran, saysız-hesabsız sərgiləri təşkil olunan fotoqraf-jurnalist bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xidmətlərinə görə “Dostluq ordeni” ilə mükafatlandırılıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN