booked.net booked.net  

 «Təzadlar»a daxil olan bir oxucu məktubu bizi xeyli düşünməyə vadar etdi…

Aşabıda həmin məktubu kiçik redaktə ilə təqdim edirik:

Hörmətli «Təzadlar», salam!

Bu günlərdə saytların birində oxudum ki, yanvarın 18-də Beynəlxalaq Muğam Mərkəzində mərhum Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçirilək. Xəbər məni sevindirdi, çünki bu böyük söz ustadını həmişə sevə-sevə oxumuşam, böyük məhəbbətlə dinləmişəm. Hansı yolla olursa- olsun tədbirdə iştirak etmək istədim. Amma kimdən dəvətnamə əldə edə biləcəyimi bilmirdim. İndiyədək Zəlimxan Yaqubla bağlı böyük salonlarda, Heydər Əliyev Sarayında tədbirlərdə tamaşçı qismində iştirak etmişəm və hər dəfə salon ağzına kimi dolu olub. İndi isə düşünürdüm ki, məkan balaca olduğundan yəqin dəvətnamə çətin olacaq. Dost-tanışlara müraciət etdim ki, kömək eləsinlər. Sonda öyrəndim ki, sən demə, bu xatirə gecəsində iştirak etmək üçün şəhərdəki kassalardan 10 manata bilet almaq lazımmış. Zəlimxan Yaqubla bağlı tədbir üçün 10 manat yox, lap min manat da verərəm, of eləmədən. Amma di gəl ki, xatirə gecəsinə bilet satılması məni çox sarsıtdı. Axı bu nə deməkdir? Xatirə gecəsi də pullumu olar? Özü də Zəlimxan Yaqub kimi bir dühanın xatirə gecəsi. Bu necə təşkilatçılıqdır? Bu necə tədbir keçirməkdir? Kimlərdir bu tədbiri keçirən? Mədəniyyət Nazirliyi hara baxır? Axı tədbir məhz onların tabeliyində olan məkanda keçirilir. Yoxsa elə nazirliyin xeyir-duası iləmi keçirilir? Gərək burda da qazanc güdülsün? Yəni artıq xatirə gecələrini də biznes maraqları üzərindən qururlar?

zelim-1

zelim-2

Kimsə deyə bilər ki, yalandır, bilet satışı yoxdur. O zaman xahiş edirəm, bilet satışıyla məşğul olan saytlara baxın ( https://iticket.az/events/concerts/memorial-night-of-peoples-poet-zalimkhan-yaqub/84345 ). Dedim ki, hər necə olur- olsun, o tədbirə qatılmaq istədim, həm də ona görə ki, görüm tədbiri necə təşkil ediblər. Bir nəfər dedi ki, guya bilet söhbətini yığışdırıblar. Sevindim və Muğam mərkəzinə zəng etdim (yanvarın 13-də). Dedilər biletlədir, biletin qiyməti də 10 manatdır. Mənə məsləhət gördülər ki, iticket.az saytından onlayn və ya şəhərdəki kassalardan əldə bilərəm. Ancaq sonra məlum oldu ki artıq bilet qalmayıb. Yəni təşkilatçılar biletləri müxtəlif yollarla satıb qurtardıqdan sonra indi deyirlər ki, biz tədbirə bilet satmırıq. 

Yenə deyirəm, Zəlimxan Yaqubu sevənlər üçün 10 manat elə böyük pul deyil. Amma niyə xatirə gecəsi pulla olmalıdır ki?! Bunun nəyi xatırlamaq oldu ki?! Ayıb deyilmi? Budurmu xalqın öz böyük şəxsiyyətinə hörməti? 

Hesab edirəm ki, bu məsələyə heç kim biganə qalmamalıdır. Çünki bu gələcəkdə bir ənənəyə çevrilə bilər. Gəlin Zəlimxanımızın timsalında böyük şəxsiyyətlərimizə qarşı hörmətsizliyin qarşısını alaq. 

 Sabir Bayramov

REDAKSİYADAN: tədbirin təşkilatçılarının da mövqeyini dərc edə bilərik...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA