Rusiyanın Ukraynadakı müharibəsi ölkədən qaçanların sayını artırıb...

Və maraqlıdır ki, Rusiyadan Gürcüstana gələnlər əsasən daşınmaz əmlak alırlar. Məsələn, Rusiya vətəndaşları təkcə 2022-ci il yanvarın 1-dən sentyabrın 9-dək 13 262 mənzil və ya ev alıblar. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyi sorğuya cavab olaraq məlumat verib. Məlumatda bildirilir ki, qeyd edilən dövrdə ümumilikdə 15 164 daşınmaz əmlak üzərində Rusiya vətəndaşlarının mülkiyyət hüququ qeydiyyatdan keçirilib. Həmin dövrdə Gürcüstanda mənzil və obyekt sahibi olan Rusiya vətəndaşlarının sayı isə 12 335 nəfər olduğu bildirilib.

 Gürcüstanda 10 975 Rusiya vətəndaşı 13 850 torpaq sahəsinə də mülkiyyət hüququnu qeydiyyatdan keçirib.

Beləliklə, Ukraynada müharibənin başlamasından sonra rusiyalıların Gürcüstana kütləvi miqrasiyası ölkədə mənzil bazarında kəskin bahalaşmaya səbəb olub. Paytaxt Tbilisi də daxil olmaqla bir sıra şəhərlərdə kirayə mənzillərin qiymətində 20-30 faizədək artım müşahidə olunur... Ukraynada isə müharibə davam edir. Deməli, Gürcüstan Rusiyadan daşınmaz əmlak, o cümlədən mənzil alanların sayının artacağına hazır olmalıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN