ABŞ prezidenti Co Bayden Ukraynanın "Leopard" tankları ilə təmin olunması ilə bağlı sualı cavablandırarkən bildirib ki, Ukrayna Rusiya ordusu ilə mübarizə aparmaq üçün lazım olan bütün yardımları alacaq.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Ağ Evdəki tədbiri tərk edərkən Bayden bir jurnalistin Polşanın Ukraynaya Alman istehsalı olan tanklar göndərmək ideyasını dəstəkləyib-dəstəkləmədiyini soruşduqda, o,  "Ukrayna lazım olan bütün köməyi alacaq", -deyib. Bu artıq Baydenin Putinə son sözü kimi də qəbul edilə bilər: yəni, biz Ukraynanın qələbəsi üçün hər şeyi edəcəyik...
Xatırladırıq ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Qərb müttəfiqləri Ramşteyn görüşündə Ukraynaya Leopard 2 əsas döyüş tankları verməyə hələ razı olmayıblar, lakin o, nazirliyinə “gələcək günə” hazırlaşmağı tapşırıb. Prezident Vladimir Zelenski isə ABŞ prezidenti Co Baydenə və Amerika xalqına Ukraynaya böyük hərbi yardım paketi təqdim etdiyinə görə minnətdarlığını bildirib. Bu artıq o deməkdir ki, Baydenin söylədikləri doğrudur.

Sonda: hazırda Rusiya TV-ləri Ukraynanın Donetskidə raket atəşləri nəticəsində böyük dağıntıların baş verdiyini, çoxsaylı insanların öldüyünü təqdim edir. Bu arada Rusiyanın Anqarsk dəmiryolunda böyük neftbazanın yandığını göstərən kadrlar yayılıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA