Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənlə özünün sosial platformasında Azərbaycan Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovla bağlı maraqlı fakt paylaşıb... Söhbət Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Kanadada Ontario gölü sahilindəki (Oakville) meşəlikdə tikdirdiyi villadan gedir... Jurnalist bildirir ki, Orxan Eyyubov Kanada vətəndaşıdır.
Bəli, kikinsə hansısa ölkənin vətəndaşı olmasına hansısa qadağa qoyulmayıb. Lakin ölkədə ən yüksək vəzifə tutan şəxsin bir ayağının Kanadada, bir ayağı başqa ölkədədirsə, bu o deməkdir ki, həmin şəxs gələcəyini milyonlar qazandığı ölkədə, yəni Azərbaycanda görmür... Biz hələ onu demirik ki, bu günlərdə yerli mediada Azərbaycan Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun oğlunun adına Latviyanın paytaxtı Riqa şəhərindəki bankda yerləşdirdiyi 1 milyard dolların dondurulması barədə xəbər yayıldı.  Bu azmış kimi, Yaqub Eyyubovun Azərbaycandan xaricə, xüsusilə də Kanadaya yüz milyonlarla vəsait çıxarması barədə faktlar illər öncə də yayılıb.

XXX

78 yaşı olan Yaqub Eyyubov 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi başlayıb. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998-1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini tutub. Yaqub Eyyubov 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. 
XXx 
Bəli, ailəsi, övladları xaricdə yaşayan və özünə biznes quran, faktiki olaraq ölkədən yüz milyonlarla vəsait daşıtdıran məmurun vəzifəədn çıxandan sonra Azərbaycanda nə işi var?! 
SONDA: Belə faktlara mediada çox rast gəlmişik... Amma maraqlıdır, ölkə xaricinı çıxan sadə vətəndaş normadan (10 min dollar) artıq pul gizlədirsə, ona cinayət işi başlayırlar ki, niyə deklarasiyaya düzgün məlumat yerləşdirməmisən, deməli, dövlətə və Gömrük Komitəsinə fırıldaq gəlirsən və s. Bəs yüz milyonlar, milyardlar ölkədən necə çıxarılır???

"Təzadlar"

25293d31-7fe4-4f60-8e6a-07d34256b476

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN