booked.netbooked.net booked.net  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçiləri indi daha çox tariximizin yollarını çəkir, bu yolları gələcəyə aparır…

…Bu gün onların peşə bayramıdır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

***

Bəli, yol mədəniyyətdir, Azərbaycanın bütün bölgələrini birləşdirən bir bağlantıdır, strateji əlaqələrin birləşdirilməsidir. Bu yollar təkcə tikilib-çəkilmir, həm də bu günümüzdən sabahımıza, sabahımızdan gələcəyimizə uzanan bir şah damardır! Yol-həm də bir həyati fəlsəfədir. Bu fəlsəfənin qəhrəmanları 15 ildir ki, peşə bayramlarını qeyd edirlər. Onlar- avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytında da elə beləcə düsturlanır: «…Yol inşaatçıları ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsiqorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir…».

saleh-mem-2

yol-a-seher

Bəli, hazırda Agentliyin balansında 1532 körpü, ümumi istifadədə olan 17755 km uzunluqda avtomobil yolu var ki, bunun da  4538 km-i Respublika əhəmiyyətli13217 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.  

Hazırda davamlı olaraq strateji əhəmiyyətli yolların çəkilişi, yenidən qurulması üzrə layihələr davam etdirilir. Məsələn, bunlara misal olaraq Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri davam edir, Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşıb, bu günlərdə yeni piyada keçidi ilə piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunub, Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 19-cu km-dən ayrılan Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba marşrutu üzrə avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu layihəsinin icrasına start verilib. 

fuz-3

yol-fuzuli-1

 Ümumiyyətlə, təkcə son ilyarımda AAYDA-nın kollektivinin işğaldan azad edilmiş bölgəmizdə layihələndirdiyi və həyata keçirdiyi işlərin həcmi inanılmaz dərəcədə böyükdür. Məsələn, bu işlər  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda, Kəlbəcər-Laçın avtomobil yolunda, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda, Qubadlı-Eyvazlı avtomobil yolunda, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunda, Füzuli-Hadrut avtomobil yolunda, Hadrut-Tuğ-Azıx avtomobil yolunda, Bərdə-Ağdam avtomobil yolunda və Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunda davam etdirilib. Bu layihələrin bir çoxu inanılmaz dərəcədə qısa vaxt ərzində tamamlanıb, çəkilən yollar istismara verilib, bir hissəsi isə davam etdirilməkdədir.

***

Bəli, gələcəyimizə çəkilən və qurulan bu yolların yolçularının-zəhmət çəkənlərinin bu gün peşə bayramıdır. Şübhəsiz ki, bu bayram yollarımızla tarix yazan bir komandanın rəhbərinin, başda AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov olmaqla, bütün kollektivin çəkdiyi zəhmətinin təzahürü və bu əməyə Prezident İlham Əliyev tərəfindən verilən böyük qiymətin ifadəsidir!

Bayramınız mübarək, gələcəyimizin yolçuları!

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN