DİN-nin "e-Polis" mobil tətbiqinin PlayStore-də yüklənməsi qısa müddətdə 50 mindən çox olub... Bu barədə tanınmış QHT rəhbəri Osman Gündüz məlumat vetib. Ekspert xatırladıb ki, ePolisdə bir sıra əhəmiyyətli xidmətlər, arayışlar və məlumatları əldə etmək olar. Sitat: "Bunların ən populyarları aşağıdakılardır :
- məhkumluq haqqında arayış
- 102 xidmətə onlayn müraciət (Virtual -102)
- avtomobilin yüklü olub-olmaması haqqında arayış
- DYP cərimələri üzrə müraciət (tətbiqdə son 10 ilin arxivi var)
- etibarnamə üzrə müraciət
- şəxsin özü haqqında məlumat və s.
Bildiyim qədər ePolisdə ən qısa zamanda, itirilmiş əşyalarla bağlı arayışın verilməsi, "102 SOS" xidmətinin, nəqliyyat vasitəsində reklamın yayılmasına icazə üçün müraciətlərin qəbulu və s. daha bir neçə xidmətin də aktivləşdirilməsi nəzərdə tutulub".
Bu da ASAN xidmətin DİN versiyası... Belə layihələr nə qədər çox olarsa, vətəndaşlara xidmət səviyyəsi də bir o qədər çox olar, problemlərin həllinə əlçatanlıq artar...
A.Məmmədli