booked.net booked.net  

"Təzadlar" qəzetinin rəsmi internet səhifəsində 18.05.2023-cü il tarixdə yayımlanmış "TİBBİ SIĞORTA VƏ HƏKİMLƏRİN MAAŞLARI...- SUALLAR ÇOXDUR..." yaısına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən açıqlama göndərilmişdir...

Rəsmi açıqlamada deyilir:

"Hörmətli redaksiya"

Hörmətli media nümayəndələri!

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 18 may 2023-cü il tarixində internet səhifənizdə yerləşdirilmiş “Tibbi sığorta və həkimlərin maaşları... – Suallar çoxdur...” başlıqlı məqalə ilə bağlı rəsmi açıqlamanı diqqətinizə çatdırır.

Öncə məqalədə vətəndaşın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə müqaviləsi olmayan özəl tibb müəssisəsi məsələsinə aydınlıq gətirmək istərdik.  Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri vətəndaşlar üçün icbari tibbi sığorta çərçivəsində qarşılamaq məqsədilə 2020-ci ildən başlayaraq müqaviləli tibb müəssisələri də prosesə cəlb edilir.  Son 3 il ərzində  Agentliyin müqavilə bağladığı müqaviləli tibb müəssisələrinin sayı 20-dən 126-ya yüksəlib.

Vətəndaşların tibbi xidmətlərə əlçatanlığının yüksəldilməsi məqsədi ilə Agentlik lazımi ambulator və ya stasionar tibbi xidmətin mövcud olduğu daha geniş çeşiddə xidmət göstərməyə malik özəl tibb müəssisələri ilə müqavilələri imzalamağa davam etdirir.  Qeyd edək ki, hər il bu siyahı müsbət dinamika ilə artmaqda davam edir.  Məqalədə dövlət tibb müəssisələrindəki növbələrlə bağlı toxunulan məsələyə gəldikdə isə bildiririk ki,  son zamanlar planlı xidmət üçün tibb müəssisələrinə müraciət edənlərin sayı çoxalıb. İcbari tibbi sığorta ilə müraciət edən şəxslərə tibbi xidmət gözləmə müddəti ərzində növbə ilə göstərilir.

  • İxtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
  • İnstrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
  • Koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.

 Təcili və təxirəsalınmaz hallarda, sığortaolunana tibbi yardım tibbi göstərişə əsasən dərhal göstərilir. Habelə, şəhid ailə üzvləri və müharibə iştirakçıları növbədənkənar qəbul olunur. Hazırda növbələrin tənzimlənməsi məqsədilə “e-tabib” mobil tətbiqi vasitəsilə randevu və onlayn qeydiyyat sisteminin tətbiqi istiqamətində işlər aparılır. Sistem aktivləşdirildikdən sonra tibb müəssisələrində növbələrin qarşısının alınması planlaşdırılıb.

 Vətəndaşlardan yığılan icbari tibbi sığorta haqqından həkimlərin əməkhaqlarına az miqdarda ödəniş edilməsinə gəldikdə diqqətinizə çatdıraq ki, icbari tibbi sığorta fondunun gəlirlərinin 80 faizi icbari tibbi sığorta ödənişlərinə və tibb müəssisələrinin saxlanması üçün istifadə olunur. Bu gəlirlərin təqribən 70 faizi tibb işçilərinin əməkhaqlarının (sabit  əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr) ödənilməsinə sərf olunur.  Bununla yanaşı, tibbi avadanlıq, dərman, sarğı ləvazimatının və materiallarının, tibbi sərflərin alınması,  tibb müəssisələrinin saxlanma xərcləri və s.  üçün istifadə edilir.

İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlir və xərclərinin istiqamətlərinə dair ətraflı məlumat Agentliyin rəsmi saytında yerləşdirilib: https://its.gov.az/uploads/law/159/860782.pdf

Həkimlərin əməkhaqları ilə bağlı isə qeyd edək ki, ölkədə icbari tibbi sığorta tətbiq olunduqdan sonra həkimlərin əməkhaqlarına həvəsləndirici əlavələr (sabit  əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr) tətbiq edilib. Belə ki, icbari tibbi sığortanın tətbiqindən sonra minimum vəzifə maaşı alan həkimin əməkhaqqısı orta hesabla 3 dəfə artmışdır.  2019-cu ildə minimum vəzifə maaşı alan həkimin əməkhaqqı 2023-cü ildə sabit həvəsləndirici əlavə ilə birlikdə 1352 manat təşkil edir. Bundan başqa, tibb müəssisələrində çalışan həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr də (bonus) verilir.

Bu ödənişlərə sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə, ixtisas dərəcəsinə görə əlavə, fasiləsiz əmək stajına görə əlavə, gecə vaxtı yerinə yetirilən işə görə əlavə, əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə və işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə və digərləri də daxildir".

Təqdim etdi: A.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA