...Azərbaycanda 2-ci ildir tətbiq edilən İcbari Tibbi Sığorta Dövlətin əhaliyə pulsuz tibbi xidmət layihəsidir, alqışa layiqdir... "Təzadlar" bu barədə bir neçə dəfə təhlilli yazı verib. Lakin problem ondadır ki, söhbət etdiyimiz həkimlər bildirilər ki, Dövlət qarşıladığı külli miqdarda vəsait həkimlərin məvacibində demək olar müsbət dəyişikliyə səbəb ola bilmir. Niyə? Halbuki bu layihə icra ediləndən bəri bir vaxtlar üzünə həsrət olan xəstəxanalarımız indi xəstə bolluğu yaşayır, həkimlərə onqat artıq çalışma məhkumluğu yaradıb...
***
Tanınmış Professor Aidə Qasımova da bu problemə maraqlı yanaşma ilə diqqəti çəkir. Sitat:"...Müəllim həmkarım deyir ki, icbari tibbi sığortaya verdiyi pul boş-boşuna sığorta şirkətinin kisəsinə gedir. Çünki onun həmişə müraciət etdiyi klinika sığorta ilə işləmir, dövlət klinikalarında isə növbə baş yarır. "Özüm də bilmirəm ki, mən hər ay nəyə görə sığorta şirkətinə 86 azn ödəyirəm? Əgər pulu mən ödəyirəmsə, niyə istədiyim klinikaya gedə bilmərəm?" Həkim rəfiqəm isə şikayətlənib deyir ki, xəstənin kassaya ödədiyi puldan ona cəmi bir-iki faiz, adətən 2-3 manat pul düşür. Ödənişin böyük hissəsi sığorta şirkətinin hesabına gedir. Orada xəstə şikayətçidir, burada həkim, ortada qazanan isə sığorta şirkətləridir. Sivil dünyada işçi öz sığorta hesabının sahibidir və istədiyi klinikada müayinə və müalicə oluna bilər. O istəsə, hətta ailə üzvlərini də öz sığorta kartı ilə müalicə etdirə bilər. Həkimlərə gəlincə, onlar ən yüksək maaşı alırlar. Məs. ABŞ-da bu rəqəm ildə təxminən 160 000 -- 200 000 dollardır.
Tibbi sığorta adı ilə insanların cibinə girmək... Vallah, ayıbdır...".
Əlavə şərhə ehtiyac qalmır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN