Rusiyanın daha bir vətəndaş qarşıdurmasından xilas edilməsi ölkə üçün tarixi hadisə oldu...

Lakin problemlər hələ çoxdur, hətta təsəvvür edildiyindən də... Ukrayna müharibəsindəki uğursuzluq, xarici sanksiyalar, əhalinin onsuz da yüksək olmayan sosial durumu... Bunlar yetər ki, Rusiya indiyədək olan mövcudluğunu qoruya bilsin, xarici düşmənlərə uduzmasın...
XXX
Bu tərəfdən də Priqojinin yaşatdıqları... Sanki yağışdan çıxıb yağmura düşmək bəxtinə yazılıb Rusiyanın... Elə "İyunun 24-də, hadisələr başlayandan mənim birbaşa göstərişimlə çoxlu qan tökülməsin deyə addımlar atıldı. Bu, o cümlədən səhvə yol vermiş şəxslərə fikirlərini dəyişmək şansı vermək, onların hərəkətlərinin cəmiyyət tərəfindən qətiyyətlə rədd edildiyini bildirmək və Rusiya üçün hansı faciəli, dağıdıcı nəticələrə gətirib çıxaracağını aydınlaşdırmaq üçün idi”,- deyən Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bu suallara cavab ixtiyarını özündə saxladığına işarə vurub. Tezadlar.az Rossiya24-ə istinadla bildirir ki, prezident “Vaqnerçi”lərə verdiyi vədi yerinə yetirəcəyinə də söz verib: "Bu gün sizin Müdafiə Nazirliyi və ya digər hüquq-mühafizə orqanları ilə müqavilə bağlayaraq Rusiyaya xidmətinizi davam etdirmək və ya ailənizin və dostlarınızın yanına qayıtmaq imkanınız var. İstəyən Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Yenə deyirəm, seçim sənindir, amma əminəm ki, bu, faciəvi səhvini başa düşən rus əsgərlərinin seçimi olacaq... Biz dəqiq bilirdik ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərinin və komandirlərinin böyük əksəriyyəti həm də vətənini sevənlərdir. Onlar bunu döyüş meydanında göstərdikləri şücaətlə sübut etdilər. Onlardan ölkənin gələcəyi üçün birgə döyüşən silahdaşlarına qarşı istifadə etməyə çalışırdılar”.

Belorusiya müxalifəti isə Priqojinin bu minvalla aradan götürüləcəyinə işarə vuran bəyanatlar yayırlar.

Bir sözlə, Priqojin Rusiya və Putin komandası üçün problem olaraq qalır. Həm də Rusiya ictimaiyyətinin yaddaşında. Özü də həmişəlik.

İndi həm də bu suala cavab axtarılır ki, Rusiyanın müdafiə naziri Şoyqu Ukrayna müharibəsində Putinə tezliklə qələbə çalacaqları vədini nədən və nəyə əsaslanıb vermişdi???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN