Tovuzun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanı oğurlamaqda,

47 gün sonra onu öldürüb, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun vəkilləri onun 18 il azadlıqdan məhrum edilməsi barədə hökmdən apelyasiya şikayəti verib.

İlkin Süleymanovun işinə bu dəfə Gəncə Apelyasiya Məhkəməsində Teyyub Muxtarovun sədrliyilə, Rafiq Cəfərov və Salman Hüseynovdan ibarət hakimlər kollegiyası baxır.

Avqustun 8-də həmin şikayət üzrə məhkəmə prosesi başlayıb. Məhkəmədə məlum olub ki, Nərmin Quliyevanın atası, zərərçəkmişin hüquqi varisi qismində prosesdə iştirak edən Şərif Quliyev də apelyasiya şikayəti verib.

O, İlkin Süleymanova verilən cəzanın ağırlaşdırılmasını, onun ömürlük azadlıqdan məhrum edilməsini istəyir. Lakin o, şikayət vermək üçün qanunda nəzərdə tutulan 20 günlük müddəti ötürüb. Hakim bildirib ki, müddət keçdiyinə görə hökmü çıxarmış Gəncə Ağır Cinayətlər Məhkəməsi bu məsələyə baxmalıdır.

Baş verənlərlə bağlı İlkin Süleymanovun qardaşı Adil Süleymanov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.  

 

 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN