Tehranda bu gün keçirilməsi planlaşdırılan “3+3” (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) formatında keçiriləcək iclasda, Gürcüstan təmsil olunmayacaq.

Tezadlar.az Gürcüstan Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir. “3+3” formatında keçirilən iclasın əsas məqsədlərindən biri region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsidir. 

 “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilib... İndi nə baş verir, siyasilər dəqiq səbəbi göstərmirlər. Əslində, Gürcüstanın bu formatlı görüşə qatılmaması bəllidir. Çünki Rusiya 2014-ğü ildən Gürcüstan ərazisini işğal edib və ölkə ərazisində 2 qondarma respublika yaradılıb... Rusiya Moldovada, Azərbaycanda da eyni vəziyyəti yaratmışdı. Ukraynada baş verənlər də eyni ssenarinin tərkib hissəsidir... Yalnız Azərbaycan 2020-ci ilin 27 sentyabr tarixindən başlatdığı anti-terror əməliyyatı ilə qondarma "Artsax" adlı "respublika"nı arxivə göndərməyə başladı, 2023-cü ilin sentyabrın 20-də isə həmin separatçılar özləri-özlərini buraxdılar, indi Xankəndidə Azərbaycan bayrağı dalğalanmaqdadır... Bu, separatçıların tarixində ilk nümunədir...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN