Tanınmış televiziya aparıcısı, prodüsser Tarix Əliyevə (Tolik)  Acun İlaclının konsertinə getmək baha başa gəlib...

Beləki, ötən gün aparıcı Acun Ilıcalının konsertinə gedərkən həmin məkanda avtomobilini parkinq etmək üçün ondan  ağlağbatmaz məbləğ istənilib.

TEZADLAR.AZ xəbər verir ki, Tolik həmin hadisəni instaqram hesabında paylaşıb:

"Bakı Konqres Mərkəzində qanunlardan baş açmaq olmur. Şəhərin mərkəzində insanları bu qapıdan o qapıya, o qapıdan da bu qapıya göndərirlər. VİP dayanacaq üçün yer 40 manatdır. Yığdım ki, 430 manatlıq 2 ədəd biletim var, dayanacaq yerini özüm almaq istəyirəm. Dedilər, əlavə bilet almalısan. Bu, nə qanundur yaradıblar? Arxa qapıdan keçmək üçün də əlavə pul ödəməlisən. Altıncı sıraya biletim olduğu halda sürətli keçiddən keçməyə icazə yox imiş".

a

Xatırladaq ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra: AYNA) əməkdaşları da artıq paytaxtda boş yer qoymayıblar ki, qalsın - küçələrin hamısı ağ zolaqlarla rənglənərək pullu avtomobil dayanacaqlarına çevrilib - 1 saatı 70 qəpiyə. Bu hal isə sakinləri boğaza yığıb, narazılığa yol açıb.

Baha qiymətə bilet alıb konsertə getmək istəyənləri isə Konqres Mərkəzi kimi yerlər bir daha dərisini soymağa çalışır... Bunun qarşısını alan tapılacaqmı, bax, bu, sual altındadır...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN