Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu günkü müraciətində deyib ki, Moskva Azərbaycan və Ermənistan arasında yeni hərbi münaqişənin qızışdırılmasında maraqlıdır... 

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə sabiq prezident Mixeil Saakaşvili sosial media hesabında qeyd edib. Onun sözlərinə görə, Kreml tərəfləri məsələni hərbi yolla həll etməyə sövq edir ki, burada da məqsəd Azərbaycanın beynəlxalq mövqelərinə xələl gətirmək, İrəvanda isə hakimiyyəti dəyişməkdir. Bu məqsədlə Saakaşvili Azərbaycan və Ermənistan xalqlarına müraciət edib. Sitat: "Moskva Azərbaycanla Ermənistan arasında yeni hərbi münaqişənin qızışmasında, bütün bunların nəticəsində regionun siyasətinə daha fəal müdaxilə etməkdə, həmçinin öz ordusunun əlavə hissələrini burada yerləşdirməkdə həyati dərəcədə maraqlıdır. Rusiya Azərbaycanın beynəlxalq mövqelərinə xələl gətirmək, İrəvanda hakimiyyəti dəyişmək və öz “sərhədçiləri”ni dəhlizdə yerləşdirmək istəyir. Əslində, dünyada oxşar məsələlərin həlli ilə bağlı daha ağrısız və müsbət təcrübələr var, onlardan biri də Moldova ilə Ukrayna arasında yol icarəsi müqaviləsidir. Mən Odessa qubernatoru olanda Odessadan Dunay bölgəsinə gedirdim, Ukraynanın icarəyə götürdüyü yolun Moldova ərazisindən keçən hissəsində Ukrayna sərhədçiləri nəzarət edirdi. Mən magistralın qalan hissəsi ilə birlikdə Moldovadakı hissəni də əsaslı şəkildə yeniləmişdim. Moldova bu yolu icarəyə verməklə böyük iqtisadi səmərə əldə edirdi. Məhz eyni şeyi Ermənistan və Azərbaycan da edə bilər, əgər yol icarəsi müqaviləsi əldə olunarsa, Ermənistan çoxlu gəlir əldə edə bilər, həmçinin mühüm nəqliyyat və logistika mərkəzinə çevrilərək əsas beynəlxalq marşrutlara çıxış əldə edə bilər”.

Saakaşvilinin müraciətində həqiqət var, amma o da var ki, ermənilər Moskvanın qızışdırmasından asılı olmayaraq düşmənçiliyə meyillidir. Və qonşusu ilə düşmən olmaq istəməyən kənar təsirlərdən də asılı olmamalıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN