Aİ Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüşün təxirə salındığını bildirib.

 Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında oktyabr ayının sonuna planlaşdırılmış görüş baş tutmayacaq.

 Onun sözlərinə görə, buna səbəb Zaqafqaziya respublikalarının rəhbərlərinin vaxt azlığı olub.

 “Bizim məqsədimiz Qarabağ ermənilərinin öz evlərinə qayıtmasıdır. İndi biz Brüsseldə Paşinyan-Əliyev görüşünü təşkil etməyə çalışırıq.

 Prosesin ləng olmasına baxmayaraq, nəticənin sənədin imzalanması olacağına inanırıq”-, deyə Toivo Klaar əminliklə bildirib.

 Görüşün yeni tarixi hələ açıqlanmayıb.

***

Əlbəttə, biz ermənilərdən fərqli olaraq, bütün xaqlarla, etnik azlıqlarla olduğu kimi, onlarla da mehriban və dostluq münasibətlərində yaşamağa hazırıq. Amma bu işin bir əmması var: ermənilərin Qarabağa qayıtması üçün canfəşanlıq edənlər, əl-ayağa düşənlər, lap elə Aİ 30 il ərzində niyə Qərbi Azərbaycandan - Ermənistanın indiki ərazisindən qovulan 300 min azərbaycanlının da öz doğma yurd-yuvasına qaytarılması üçün çaba göstərmədi. Ermənistanı hədələmədi, ultimatum göndərmədi, bəyanatlar yaymadı, dəsmal tutub ağlamadı... O zaman dədə-baba yurdundan qovulan azərbaycanlılar Zəngəzurdan öz xoşuna gəlməmişdi, onlar ermənilər kimi rahat avtomobillərində əşyalarını toplayıb çıxmamışdılar: ayaqyalın, başıaçıq, çoxu işgəncələrə uğramış, yollarda həyatını itirmişdi... Qarabağdan öz xoşuna, azərbaycanlılarla birgə yaşamaq istəmədiyi və Fransanın, qərbin planları ilə rahat şəkildə köçüb gedən, burnu belə qanmayan erməniləri isə əsgərlərimiz su, çörək verib sərhəddən keçirirdi...

İndi isə onlar - vaxtilə azərbaycanlıların halına yanmayanlar, ermənilərin hüquqlarını araşdırır, müdafiə edir, arxasında dayanırlar... 

Hansı ki, Azərbaycan hökuməti erməniləri qovmayıb, əksinə, ölkəmizin ərazisində normal şərtlərdə, hər birimiz kimi hüquqlara sahib olaraq yaşamağı təklif edib. Və bu gün də Qarabağda qalan ermənilərə çox gözəl münasibət göstərilir, hətta xüsusi sığınacaq da yaradaraq onları 3 dəfə yeməklə də təmin edir, gecələmık istəyənlər gecələyir, evinə getmək istəyən gedir - hələ yüksək səviyyəli tibbi xidməti demirik.

Düşünürük ki, bu gün erməniləri Qarabağa qaytarmaq istəyənlər, azərbaycanlıları da Qərbi Azərbaycandakı dədə-baba yurdlarına qaytarmağı düşünməlidirlər. 

O azərbaycanlıları ki, bütün varidatlarını ermənilərə qoyub gəlmişdilər...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN