booked.netbooked.net booked.net  

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın həyat və fəaliyyəti ilə bağlı iki sənədli film hazırlayıb.

Filmlərdən biri “Birinci xanım”, digəri isə “Bir görüşün xatirəsi” adlanır.

Mehriban Arif qızı Əliyeva. Ziyalı ailəsində doğulub, valideynləri Azərbaycan elmində xüsusi çəkiyə malik insanlardır. O, həm də tarixdə əbədi qalacaq görkəmli dövlət başçısının ailəsinə gəlin köçüb, müdrik bir Azərbaycan qadınının gəlini olub. 

Hər iki ailədə gördüklərini, öyrəndiklərini yaddaşına yazıb. Xalqın sevimlisinə çevrilmək talehin, qismətin işi deyil. Bu sevgini qazanmaq lazımdır. Xalq isə yalnız sevdiklərini ucaldır. 

O, bu sevgini insanlara sadə, səmimi, təmənnasız münasibəti ilə qazanıb. Genetik yaddaş və xalq sevgisi. Bu, onun ən qiymətli sərvətidir. 

İnsan olmaq insanlığı sevmək deməkdir. Bu sevgi ilə insanlığın zirvəsinə ucalanlar isə əsl qəhrəmanlardır. 

AZTV-nin təqdimatında “Birinci xanım” sənədli filmi: 

“Bir görüşün xatirəsi” filmi Birinci vitse-prezident Mehriban Əliyevanın görüşdüyü, səmimi söhbətlər etdiyi vətəndaşların müsahibələri əsasında hazırlanıb.

Onlar Mehriban Əliyeva ilə söhbətlərindən söz açıblar.

“Bir görüşün xatirəsi” sənədli filmini təqdim edirik:

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN