Ermənistan Ombudsmanı həşir salıb, bəs bizim Ombudsman niyə susur???

Xəbər verildiyi kimi, Ermənistan hərbçiləri Qubadlı istiqamətində sərhədçilərimizə hücum edərək bir zabitimizi ağır yaralayıblar. Xoşbəxtlikdən o, sağ qalıb, hazırda müalicə olunmaqdadır… Azərbaycanın hərbi rəhbərliyi ermənilərin bu hərəkətinə cavab olaraq Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini bağlatdırıb. İndi Ermənistanla İranın yük və minik avtomobillərinin yolu bağlanıb. Dərhal nə baş verir: Ermənistanın ombudsmanı dünyaya həşir salıb ki, bəs insan haqları pozulub, onların sərbəst hərəkətinə maneçilik var, ermənilər Qarabağda lazımi yüklə, yəqinki silah-sursatla, təchiz olunmur və s.

Jurnalist Azər Həsrət özünün fb səhifəsində bu məsələyə maraqlı şərh yazıb: «…Çox həyasız adamdır. Təsəvvür edirsiniz, Azərbaycan öz ərazisində nəsə iş görür, bu heyvərə durub ölkəmizi ittiham edir. İndi də bu Gorus-Qafan yolu məsələsilə bağlı həyasızcasına bəyanatlar verir ki, Azərbaycan “ermənilərin sərbəst hərəkət etmə hüququnu pozur”. Torpaq bizim, yol bizim, bunlara keçid vermişik, onlar da bizim əsgərimizə hücum ediblər, üstəlik də lənət yuvası İrandan şübhəli yükləri o yolla daşıyıb Qarabağa aparırlar. Amma biz bir balaca qanunauyğun davranan kimi ittiham olunuruq… Nə isə, sözüm heç bunda deyil. Sadəcə bilmək istərdim ki, niyə Ermənistan ombudsmanının açıqlamaları zorla gözümə soxulmaqdaykən Azərbaycan ombudsmanından xəbər yoxdur? Bu təsadüfi adamları niyə vəzifəyə təyin edirik ki, belə böhranlı vəziyyətlərdə də çaşıb qalırlar? Axı Prezident bu xanıma etimad göstərib, iş tapşırıb. Niyə işləmir? Nə işlə məşğuldur bu qadın? Buyursun, Ermənistan ombudsmanının cavabını versin də...».

Bəli, Azərbaycanın və Azərbaycan Ombudsmanının cavab haqqı var. Vaxtında atılmalı addımların ardınca da vaxtında verilməli cavablarımız olmalıdır…Susduqca, günahlı olduğumuzu düşünənlərin sayı artacaq. Bir də gördünüz Jirinovskinin ağzı açıldı, nə açıldı… Onda da gərək İsfəndiyar Vahabzadəni tapaq ki, cavabını versin?!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN