İndi dünya mediası bundan yazır ki, niyə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya martın 7-də ABŞ prezidenti Cozef Baydenin Senat və Nümayəndələr Palatasında illik çıxışında iştirak etməklə bağlı dəvətini rədd edib...

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, hətta bu barədə “The Washington Post” (WP) məlumat yayıb. Məlumatda yazılıb ki, Zelenskayanın Aleksey Navalnının dul arvadı Yuliyanın yanında oturacağı planlaşdırılırdı. Bu da ukraynalılar arasında diskomfort yaradıb. Belə ki, Aleksey Navalnının Krımla bağlı açıqlamaları ukraynalılar tərəfindən narazılıqla qarşılanmışdı. Başqa bir ABŞ rəsmisi nəşrə bildirib ki, Zelenskayanın dəvətdən imtina etmək qərarı həm də Ukrayna rəhbərliyinin Baydenlə çox yaxından əlaqəli sayılmaq istəməməsi ilə bağlıdır. Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Kiyevə hərbi yardım göstərməsi məsələsinin daha da siyasiləşdirilməsini istəmir. Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bir müddət əvvəl keçirdiyi brifinqdə Baydenin Yuliyanı çıxışına dəvət etdiyini, lakin onun iştirak edə bilməyəcəyini söyləyib.

Bir sözlə, ağsaqqalın sözü yerə düşüb və bəzi siyasilər bunu Ağ Evin Ukraynaya qarşı son vaxtlar olan soyuq münasibəti ilə əlaqələndirirlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN