Bu gün Azərbaycan Dəmiryolu İdarəsinin tarix muzeyində idarə rəhbərliyinin xeyir- duası ilə ən yaxşı hekayə müsabiqəsinin qaliblərinin yaradıcılıq nümunələrinin ifadəsi olan "Yağışlı bir gün idi..." kitabının təqdimatı oldu...

Tədbiri açıq elan edən ADA Universitetinin professoru Şəfəq Mehrəliyeva Azərbaycan Dəmiryolunun tarixindən və bu günündən danışdı... Sonra idarə rəhbərliyinin yaradıcı insanların ən yaxşı hekayələrinin toplusunu çap etdirib həm dəmiryolçulara, həm də sərnişinlərə hədiyyə etmək təşəbbüsündən bəhs etdi.

Beləliklə, məlum oldu ki, görkəmli yazıçı, ustad Mir Cəlalın xeyirxahlığının nümunəsi kimi, onun yaşadığı evin təcəssümü olan "Ədibin evi" muzeyinin rəhbərliyinin sayca 4-cü hekayə müsabiqəsinə yekun vurulub. Nəticə olaraq 48 ən yaxşı hekayələrin toplandığı "Yağışlı bir gün idi" adlı kitab nəşr edilib. Kitabın təqdimatına ən yaxşı hekayələrin müəllifləri və ölkənin tanınmış ziyalıları dəvət edilmişdilər.

Təqdimat mərasimində, həmçinin Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, AXCP sədrinin müavini, politoloq, şair Elçin Mirzəbəyli, eləcə də ADA Universitetinin rəhbərliyi, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri İlham Rəhimli, Azərbaycan Dəmiryolu İdarəsinin rəhbər şəxsləri... iştirak edirdilər. 

Xatırladırıq ki, "Yağışlı bir gün idi" hekayələr toplusunda "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin "Borc dəftəri" hekayəsi də yer alıb. Hekayədə 44 günlük Vətən müharibəsi, eləcə də məcburi köçkün həyatı və s. bədii təsvir vasitələri ilə oxucuya təqdim olunur (Hekayənin elektron versiyası aşağıdakı linkdə verilmişdir).

https://tezadlar.az/index.php/en/video-news/health/260-az-rbaycanda-daha-75-n-f-r-covid-19-a-yoluxub-3-n-f-r-v-fat-edib

asif-dem-4

“Ədibin evi” Ədəbiyyata Dəstək Fondu iki ildən bir Mir Cəlal adına Hekayə Müsabiqəsi elan edir. 2017-ci ildə təsis edilən müsabiqəyə isə bu günə qədər 11000-dən çox hekayə təqdim olunub. Ədəbiyyatda hekayə janrına son zamanlar artan marağı nəzərə alaraq iki ildən bir keçirilən müsabiqə bu ildən başlayaraq isə hər il keçiriləcək. 

 Müsabiqənin şərtləri dəyişməz qalır. Təqdim edilən hekayələr Azərbaycan dilində yazılmalı, həcmi 1500 sözdən çox olmamalı, yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalıdır. Əsərlər müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərilməlidir. Hekayələrin mövzusu sərbəstdir. Mükafat fondu 1-ci yer üçün 3000 manat, 2-ci yer üçün (2 nəfər) 2000, 3-cü yer üçün (3 nəfər) 1000 manat nəzərdə tutulub. Münsiflərin yüksək qiymətləndirdiyi ən yaxşı hekayələr isə bu dəfəki kimi kitab şəklində çap olunur.

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur. 

JASMİN 

 asif-dem-2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN