Azərbaycanda Tacikistan Respublikasının Mədəniyyət günləri bu dəfə də Heydər Əliyev Mərkəzində keçirilir...

"Təzadlar" qəzetinin əməkdaşlarının da iştirak etdiyi təntənəli tədbirdə Tacikistanın tanınmış mədəniyyət işçiləri və bu ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyyəti, həmçinin Azərbaycanın mədəniyyət xadimləri, ziyalılar iştirak edirlər. 

Mərasimin açılışında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbir nitqi söylədi. Nazir Tacikistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən, eləcə də mədəniyyət sahəsindəki sıx bağlantılardan danışdı.

 Sonra Tacikistanın mədəniyyət naziri xanım Mətlubxan Sattarixon təbrik nitqi söylədi, Azərbaycanda olmalarından olduqca şad olduqlarını bildirdi. Nazir Azərbaycanla bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin getdikcə inkişafda olduğunu söylədi.

Sonra Tacikistanın mədəniyyət və incəsənət xadimlərinin geniş konsert proqramına start verildi.

A.Məmmədli

cdc3fbe7-40b4-4922-b530-6cd8f3d8adb8

113cd978-78dc-4954-927b-2fdfd7bae20c

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN