...Düz bir il əvvəl-2020-ci ilin sentyabrın 27-də Ermənistanın 30 illik işğalına son qoymaq üçün Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlara başladı.

Cəmi 44 gün ərzində düşmənin 30 illik işğalına son qoyuldu, Ermənistanın fəxrlə xatırladığı "Ohanyan səddi" darmadağın edildi, Ermənistanın hərbi-siyasi rəhbərliyi diz çöküb təslim oldu... On minə yaxın itki verən düşmən hələ də Qarabağ çöllərində ölmüş əsgər və zabitlərinin qalıqlarını yığır...

***

...Və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təşkilat Komitəsindən  verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq. Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək. Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

 Azərbaycan cəmiyyəti həmin günü Anım Günü kimi qeyd etsə də, həmin gün həm də düşmənin işğalına son qoymağımızın başlanğıc günü kimi də tariximizdə əbədi qalacaq! Azərbaycanın bütün şəhidlərinə Allahdan rəhmət diləyir, şanlı Ordumuza "Eşq olsun!" deyirik! 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN