...Sakaşvili yenidən Gürcüstana qayıdacağında israrlıdır. O, bir daha bəyan etdi ki, heç nədən qorxmur və Gürcüstana qayıtmaqda israrlıdır...

"Gürcü xalqı İvanişviliyə Gürcüstan dövlətinin qurucusunu həbsə yollamaq imkanı verərsə, bu zaman demək ki, biz hər şeyə layiqik. Mən heç nədən qorxmuram və qərarı gürcü xalqı verəcək".  Mixeil Saakaşvili "Formula" telekanalının efirində canlı bağlantı zamanı belə bildirib. O, əlavə edib ki, Gürcüstan dövlətçiliyinin əsasını qoyub və ölkədən getdiyi zaman, 1 qəpik belə aparmayıb: "Nə üçün təhdid edilirəm? Heç bir cinayət törətmədiyimə görə? Ona görə ki, gürcü dövlətçiliyini qurmuşam? Ona görə ki, ölkədən getdiyim zaman 1 qəpik belə aparmamışam? Ona görə ki, büdcəni 12 dəfə böyütdüm, yoxsulluğu 3 dəfə azaltdım? Gürcüstanı rüşvət olmayan ölkəyə çevirdiyim üçün? Niyə bu sualları vermirsiniz? Biz ölkəmizi itiririk və buna görə də mən sonadək gedirəm. Əgər gürcü xalqı İvanişviliyə Saaakşvilini həbsə göndərmək imkanı verərsə, bəli buna qərar versin. Ancaq, əsas məsələ odur ki, mən ölkədən 1 qəpik belə aparmamışam. Həqiqətən də mənə qarşı irəli sürülmüş ittihamlar başdan sonadək yalandır. Bunu hər kəs bilir, bunu onlar da bilirlər", - deyə Saakaşvili əlavə edib. Onun sözlərinə görə, gürcü xalqı baş verənlərə səssiz qalmayacaq və öz sözünü deyəcək.

 Gürcüstanın siyasi rəhbərliyi isə Saakaşvilinin bu açıqlamasına sərt reaksiya verib və heç bir halda onun ölkəyə qayıdışına imkan verilməyəcəyini bildirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN