...Otuz ilə yaxındır Azərbaycanın deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, “Bir daha Avropa Şurasının ermənipərəst lobbisinin fəaliyyətinin şahidi olduq”


Əslində isə, biz Avropa Şurasının ermənipərəst lobbisinin fəaliyyətinin şahidi olmadıq, Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətininin fəaliyyətsizliyinin şahidi oluruq. Özü də düz iyirmi ildən çoxdur. Anadangəlmə, əbədi və əzəli, ingilis dilini yaxşı bilən deputat Səməd Seyidov otuz ilə yaxındır Avropaya gedib-gələndən deyir ki, “Bir daha Avropa Şurasının ermənipərəst lobbisinin fəaliyyətinin şahidi olduq”
Rəhmətlik Səməndər Rzayev demiş, ayə, bu nətəhər olur əəəə???? Bəs bu otuz ildə bizim lobbimiz nejə oldu, həəə? Öldü??? Avropa səfərlərinizə çəkilən büdcə pullarına Avropadakı o yaramazları satın almaq olardı... Prezident İlham Əliyev Ordumuzu səfərbər edib 44 günə Ermənistanı diz çökdürdü, siz otuz ilə yaxındır 3-5 ermənisifət deputatları ram eliyə bilmirsinizsə, daha sözümüz yoxdur...
Görün o boyda nümayəndə heyətinə uzun illərdir rəhbərlik edən Səməd müəllim hələ nə deyir: "Beynəlxalq təşkilatlar yeni reallığı əks etdirə bilmirlərsə, demək onlar özləri özlərini ifşa edirlər".
***
Xatırladırıq ki, dünən AŞPA-nın işə başlayan payız sessiyasının iclası zamanı "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə layihəsinə münasibət bildirərkən deyib. S.Seyidov Avropa Şurasının ermənipərəst lobbisinin Azərbaycanla bağlı qətnaməyə böhtan və yalan məlumatlar daxil etdiyini bildirib: "Bu qətnamənin qəbul olunmasını müsbət qiymətləndirirəm. Çünki qətnaməyə Azərbaycanın milli maraqlarını əks etdirən xeyli sayda məsələ daxil edilib. AŞPA yeni real vəziyyəti qəbul edir və bizim qətnaməyə təklif etdiyimiz əlavələrimiz qəbul olunub. Lakin qətnamənin əleyhinə səs verməyə məcbur olduq. Çünki erməni böhtanları da Avropa Şurasının erməni lobbisinin dəstəyi ilə qətnaməyə daxil etdirildi. Hansısa bir xülya ilə yaşayan erməni lobbisi öz böhtanlarını qətnaməyə daxil etməyə nail oldu. Təəssüf ki, belə məqamlar məruzəni heçə endirir".
S.Seyidov Avropa Şurasının ermənipərəst lobbisinin Azərbaycanı zəiflədə bilməyəcəyini deyib: "Bu gün yeni real vəziyyət fonunda beynəlxalq təşkilatlar yeni reallığı əks etdirə bilmirlərsə, demək onlar özləri-özlərini ifşa edirlər. Bir daha Avropa Şurasının ermənipərəst lobbisinin fəaliyyətinin şahidi olduq. Lakin onlar Azərbaycanı zəiflədə bilməyəcəklər. Bu, əvvəllər mümkün idi, çünki torpaqlarımız bizdə deyildi. Lakin torpaqlarımızı geri qaytarmağa nail olmuşuq. Digər reallıqlar da get-gedə qalib gələcək. Necə ki, Qarabağ qalib gəlib".
Bax burda hönkürüb ağlamayasan, neyləyəsən?! Necə yəni "Avropa Şurasının ermənipərəst lobbisi Azərbaycanı zəiflədə bilməyəcək"??? Bu nə ifadədir? Təkrar edirik, Azərbaycan 44 günə Ermənistanın və onların Avropada da yox. dünyadakı erməni lobbisinin bütün niyyətlərini cəhənnəmə vasil elədisə, AŞPA-dakı 3-5 ermənipərəst deputat kimdir ki, Azərbaycanı zəiflədə???
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN