Evlərini dəyər-dəyməzinə satdırıb ələ keçirən dəstə peyda olub: Bakının A.Şaiq küçəsi, dalan-1, ev-3 ünvanında yaşayan sakinlər- Rafiq Nuriyev, Aslan Nuriyev, Tahirə Muxtarova, Zeynəb Əliqızı, Zeynəb Muxtarova, Lalə Muxtarova, Əli Muxtarov, Hüseyn Muxtarov, Səccad Muxtarov və başqaları «Təzadlar» vasitəsilə Prezident İlham Əliyevə müraciət etdilər…

Əməkdaşlarımız qeyd edilən ünvanda şikayətçilərlə görüşmüş və bu barədə geniş araşdırma yazısı təqdim ediləcək.

Hələlik isə şikayətçilərin baş verənlərlə bağlı Prezident İlham Əliyevə ünvanlı şikayətini kiçik ixtisarla təqdim edirik:

«Çox Hörmətli Cənab Prezident!

Xalqımızın Dövlət Suverenliyini qeyd etdiyi bir vaxtda, ölkəmizin paytaxtının düz mərkəzində Bakı şəhər İcra Hakimiyyətinin rəsmiləri evimizi başımıza uçurur, qanunsuz əməllərlə məşğuldurlar. Onlar dövlətimizin adından saxtakarlıq edir və  mənzillərimizi qanunsuz sənədlərlə ələ keçirir, bizə cüzi məbləğ təklif edir, sonra özlərinə kağız üzərində yüksək məbləğlə sənədləşdirib dövlətimizin bu niyyətlə ayırdığı pulları ələ keçirirlər.

Aidiyyəti dövlət qurumlarına şikayət etsək də, nəticəsi yoxdur. Odur ki, «Təzadlar» qəzeti vasitəsilə Sizə müraciət etməli olduq.

Hörmətli «Təzadllar», bizi ölkəmizin tanınmış media qurumu kimi sizə bilavasitə yazmağa məcbur edən düşdüyümüz çətin durumdur. Xahiş edirik, bu müraciətimizi cənab Prezidentimizə çatdırasınız. Belə ki, bizlər hazırda yaşadığımız mülklərimizin özlərini dövlət qurumunun işçiləri kimi təqdim edən mütəşəkkil qrup tərəfindən məcburən dəyərindən dəfələrlə ucuz “dövlət adına” satınalmağa zorla vadar edilirik. Cənab Prezident televizya ilə xalqa müraciətində qarşılaşdıqları qanun və hüquq pozuntuları, eləcə də məmur və sahibkar özbaşınalıqları ilə bağlı MƏTBUAT vasitəsi ilə birbaşa özünə müraciət etməyi ictimaiyyətə tövsiyə etmişdir. Biz də Prezidentin bu müraciətini rəhbər tutaraq bizə köməklik göstərməyi, səsimizi aidiyyəti qurumlara çatdlrmağı sizdən xahiş edirik.

 Cənab Prezident! Hazırda yaşadığımız Abdulla Şaiq küçəsi, dalan-1 ünvanında (N.Nərimanov heykəlindən aşağı, Abdulla Şaiqin mənzil muzeyinin yanı (cənub, Hüseyn Məsçidinin qərb tərəfi) bizə məxsus əmlakı dəyərindən xeyli aşağı qiymətə bizdən zorla almağa məcbur edən, əks təqdirdə mülkümüzü başımıza üçurtmaqla bizi hədələyən, özlərini Bakı Şəhəri İcra Hakimiyyətinin (Eldar Əzizovun adında) səlahiyyətli “komissiya nümayəndələri” kimi təqdim edən, lakin kimliklərini, vəzifələrini bildirməyən şəxslərlə bağlı ciddi ölçü götürülməsini xahiş edirik. Kim tikintiyə icazə almış şirkətinin əvəzinə vasitəçilik edən “İcra hakimiyyətinin komissiyası” kimi təqdim olunan fərdlər onlarla şərik olmağa razılaşırsa, mülkiyyət sahiblərinə 1 kv m.-yə 6000-7000 AZN hesablanmış ödəniş edir, saxta sahələr yazırlar, kim rüşvət verməyə razı olmursa, belələrinə isə 2000 manata minnətlə ödəniş təklif edirlər. Çıxarışda göstərilən faktiki sahənin yalnız yaşayış hissəsini hesablayırlar. Halbuki bu ərazidə ucaldılacaq yeni binalarda mənzillərin 1 kvadrat metri təmirsiz halda 4000-4500, bəzən isə 5000 manata satılır. Bu “komissiya üzvləri” adlandırılan şəxslər olduqca kobud hərəkətləri ilə bizi qorxutmağa çalışır, 90-cı illərin zor üslübü ilə – təklif olunan məbləği tədricən azaltmaqla hədə-qorxu gəlirlər, razı olmayacağımız təqdirdə ümumiyyətlə, heç nə ala bilməyəcəyimizi irəli sürərək bizə təzyiq edirlər. Onlar tikintiyə sərəncam almış şirkət barədə məlumatı gizlədərək, bizim birbaşa onlarla danışığımıza mane olurlar. Əmlak sahibləri olaraq, əməkdaşları burada vasitəçilik (maklerlik) edənlər Bakı ŞİH-nin bu məsələdə hər hansı formada iştirak edib-etmədiyini rəsmən bildirmirlər.

Məlumat üçün qeyd edirik ki, torpaqla bağlı sərəncamı Bakı ŞİH verdlyi halda, İH Aparatına tərəfimizdən müraciət edərkən bu məsələ ilə Bakı ŞİH-nin məşğul olmadığı bizə bildirilsə də, İcra Hakimiyyəti Aparatının Nəzarət-təftiş şöbəsinin müdiri İsmayılov Zülfəli Üzeyir oğlu hansı əsasla burada maklerlik edir??? O, gündəlik olaraq gələrək mənzilləri müqabilində məhz nə qədər pul təklif edilməsi məsələsini həmin ara adamlara tapşırır, özlərini “komissiya nümayəndələri” kimi təqdim edən fərdlər isə (xüsusən İlham adlı şəxs) Zülfəli İsmayilova gündəlik hesabat verir, razı olmayanları təhqir edir, hədə-qorxu gəlir. Onlara Azərbaycan Respublikasının vətəndaşları olaraq mülkyyət hüququmuza hörmət edilməsini bildirsək də, bu hüquqa Konstitusiya və Prezidentin qarant olduğunu desək də, buna istehza edirlər, heç kimdən çəkinib qorxmadıqlarını bildirirlər!

Cənab Prezident! Əmlakımızın bu cür əlimizdən zorla alınmasına susmaq fikrimizin olmadığını onlara bildirmiş, “komissiyaya” movcud qanunvericiliyə müvafiq əmlakımıza obyektiv qiymət verilməsini və ya həmin yerdə yeni tikilən binada mənzillə təmin olunmaq təklifini vermişik. Biz onlaraın diqqətinə bu sahəni tənzimləyən normativ hüquqi əsasları, xüsusən Sizin 2007-ci il 7 dekabr tarixli qanunun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli Fərmanınızı («Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməs barədə (bu torpaq sahələrinin, habelə digər daşınmaz əmlakların (binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri» və s.) çatdıranda həmin adamlar bu təklifləri iztehza ilə qarşılayırlar. Onlar heç kimdən çəkinmədiklərini açıq bildirərək, “nə veririk hələ şükür edin, hara istəyirsiz gedin şikayət edin, heç kimdən qorxmuruq” deyirlər. Kimə özləri nə qədər məbləğ və sahə istəyirlər yazırlar (maraqlarına uyğun kiminə 6500/ kv.m kiminə 7500/ kv.m manat və daha çox hesablayırlar), əlavə haqq (xərac) müqabilində məbləği artırmağı təklif edirlər. Kimki bu qanunsuz sövdələşməyə razı olmur, qiyməti kəskin azaldıb, minnətlə 2000-2200 təklif edirlər, razı olmayanı təhqir edirlər! Bu özbaşınalıq Prezident Administrasiysından, Baş Prokurorluqdan, DİN-dən 500 metr məsafədə baş verir və bu adamlar heç kimdən çəkinmədiklərini deyirlər.

Çox hörmətli cənab Prezident!

Hörmətli «Təzadlar»!

 Həyətimizdə inşa edilməsi planlaşdırılan çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpağın Bakı şəhər İcra Hakimiyyəti başçısının imzaladığı Sərəncamla nə vaxt hansı subyektə (hüquqi və ya fiziki şəxsə) ayrılması dövlət sirri olmadığı halda gizli saxlanılır, İcra Hakimiyyətinin işçiləri kimi özlərini təqdim edən və faktiki aradüzəldənlik edən şəxslər isə bizə təzyiq göstrərərək təhqir edirlər, özlərinə yaxın olan notariusla saxtalaşdırma hərəkətləri edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində qeyd olunur ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, dövlət və ya ictimai ehtiyaclar üçün mülkiyyətin alınmasına yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

 Cənab Prezident! Xahiş edirik bizə Konstitusiyamızla zəmanət verilən mülk və əmlak huquqlarımızın qorunmasına, bizə adekvat məbləğdə kompensasiya ödənilməsi və ya həmin ərazidə inşa ediləcək binada mənzil verilməsi üçün aidiyyəti orqanlara göstəriş verəsiniz.

Hörmətlə,

Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan-1, ev-3 ünvanının sakinləri».

«Təzadlar»ın Araşdırma Qrupundan: şikayət məktubunda adı çəkilən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Nəzarət-təftiş şöbəsinin müdiri İsmayılov Zülfəli Üzeyir oğlunun 492-91-17 iş telefonu ilə əlaqə saxlamaqdayıq. Onun da mövqeyini təqdim etməyə hazırıq.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN