Ukrayna vətəndaşı Zaporojye vilayətində casusluq ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin Mərkəzi Hərbi Dairə üzrə İdarəsi məlumat yayıb.

Departamentin məlumatına görə, məsuliyyətə cəlb edilən şəxs Ukrayna kuratorlarına Rusiya ordusu hissələrinin onlara hücum etmək üçün yerləşdiyi yer barədə məlumat çatdırıb.

“Ukrayna vətəndaşı M.A.Suxaçevin Zaporojye vilayətində hava hücumundan müdafiənin aparılması zamanı Rusiya Silahlı Qüvvələrinin zenit-raket bölmələrinin istifadəsi ilə bağlı məlumatların toplanması və Ukrayna xüsusi xidmət orqanlarına ötürülməsində iştirakı sübuta yetirilib”, - idarənin mətbuat xidməti xəbər verib.

Bundan əvvəl Rusiya FTX-nin LPR üzrə İdarəsinin əməkdaşları Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və Rusiya qoşunları haqqında Ukrayna Silahlı Qüvvələrinə məlumat ötürən qadını saxlayıblar. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi “Dövlətə xəyanət” ilə cinayət işi açılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN